“AzerGold” QSC tərəfindən təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən elan edilən tenderə yekun vurulub.
"DİA-AZ" xəbər verir ki, “Bank maliyyələşdirilməsinə yararlı texniki‑iqtisadi əsaslandırma üzrə məsləhət xidməti”nin satın alınması üçün keçirilən tenderin qalibi məlum olub. Qalib şirkət olaraq Çinin strateji dövlət müəssisəsi olan Sinosteel Equipment & Engineering Co., Ltd seçilib.
Qurumla 4 165 000 manat dəyərində müqavilə imzalanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Sinosteel Equipment & Engineering Co., Ltd Çin mənşəli iri dövlət şirkətidir və əsas ixtisaslaşma sahəsi metallurgiya və dağ-mədən sənayesi üçün mühəndis‑texniki xidmətlərdir. Şirkət dünya üzrə müxtəlif ölkələrdə sənaye və infrastruktur layihələrinin layihələndirilməsi, tikintisi və məsləhət işlərini həyata keçirir.