Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                     Məşhur jurnalist işdən ÇIXARILDI .....                     Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi .....                     Rusiya Ermənistana ordu yığır: .....                     Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir .....                     Russayağı DİSKRİMİNASİYA .....                     Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… .....                     Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir .....                     Azərbaycanda autizmli uşaqların sayı niyə artır? .....                     İran səfirindən erməni kimi açıqlama və hədə: .....                     "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" .....                     Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi .....                     Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… .....                     Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... .....                     “Ədalət”i səngərdə çıxarmışam .....                     Mənzil bazarında yeni fırıldaqçılar .....                     Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                     Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: .....                     Gümrü bazasında daha bir İNTİHAR: .....                     İflic duruma salınan Azərbaycan səhiyyəsi... .....                     Qiyas cehizə görə intihar edib? .....                     Paşinyan Rusiyanın baş nazirini aldada bildi .....                     Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                     Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... .....                     "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar" .....                     Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                 

“Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək” - TƏHLİL
Tarix: 5-02-2021, 09:22 | Çap et
“Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək”
Müşahidələr göstərir ki, müxaifətçi Aleksey Navalnının 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsilə Rusiyada etirazların səngiməsi yox, daha da artması ehtimalı kifayət qədər yüksəkdir.

“AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı Çexiyanın “Respekt” nəşri “Navalnı cəsarətlidir, amma Putinə qarşı daha çox rusiyalı çıxmalıdır” başlıqlı maraqlı məqalə dərc edib. Həmin məqalədə deyilir:

”Moskvadakı son küçə yürüşlərilə bağlı sosial şəbəkələrdə polislərin etirazçıları yerdə necə sürümələrini və onları yaxalayaraq “avtozaklara” doldurmalarını əks etdirən xeyli sayda videoçarx nümayiş etdirilir. Tutulanlar arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da var. İkinci nümayiş zamanı dörd mindən artıq adam həbs olunub ki, onların da 82-si jurnalistdir.

Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın onlarla şəhərində cərəyan edən indiki etirazlar prezident Putinin sonunun başlanğıcıdır. Məsələn, “The Financial Times” qəzetinin siyasi icmalçısı Qayden Rahmen yazır ki, Aleksey Navalnı Putin üçün real təhlükə təşkil etsə də, ona və onun həmfikirlərinə qarşı zorakılıqla cavab verən indiki rejimin yaxın zamanlarda çökəcəyini söyləmək hələ tezdir.

Şübhəsiz ki, siyasi rəhbərliyin onu həbs edəcəyini(heç də ilk dəfə deyil) anlayan Navalnı vətənə qayıtmaqla gözlənilməz cəsarət nümayiş etdirdi. Putin təkcə həyatını riskə atmaq bahasına geri çəkilməyən müxalifətçinin varlığından narahat deyil, onu həyacanlandıran digər məqam, bu müxalifətçinin nəinki iri şəhərlərdə, hətta əyalətlərdə də dəstəklənməsidir.

Küçə yürüşlərində hələ ki, Rusiyanın yaşlı əhalisinin yalnız bir faizi iştirak edir. İctimai rəy sorğusunun nəticələri göstərir ki, hətta, iqtisadi tənəzzülə, pandemiyaya qarşı mübarizədəki bacarıqsızılığa və azadlıq istəyən vətəndaşların döyülüb həbsə atılmasına baxmayaraq, əhalinin 60%-i rejimi dəstəkləyir.

Aleksey Navalnının silahdaşı Lyubov Sobol “Qərb sanksiyaları Putini zəiflədə bilərmi?” sualına cavab verərəkən deyib ki, dəyişiklik uğrunda ilk öncə rusiyalıların özləri mübarizə aparmalıdırlar. Əlbəttə, bu sanksiyaların müzakirəsi zamanı Avropa Birliyinin zəiflik göstərməsi, yekdillik nümayiş etdirməməsi dəhşətdir. Ümumiyyətlə, Lyubov Sobol haqlıdır - qələbə yalnız daxili müqavimətlə mümkündür. Bunun üçün isə, Putinə “yox” deyənlərin sayı indikindən qat-qat çox olmalıdır.

Rusiyalı müxalifətçi Leonid Qozman deyib: ”Rejim Navalnıdan qorxur və ona görə də yaranmış mövcud vəziyyətə qarşı mümükün qədər sərt rekasiya göstərir. Çünki hələ ki, başqa bir şey düşünüb tapmayıblar.

Ona görə də hələlik Putin seçkilərdə uğursuzluğa düçar olmayacaq. Amma müəyyən vaxtdan sonra rejim daxili ziddiyətlərə görə yıxılacaq. İndiki imperiya çökən zaman, əlbəttə ki, sual meydana gələcək - bəs sonra nə olsun? Hüquqi baxımdan xaos gözlənilir, amma bunun uzun sürməyəcəyinə və onun içindən demokratik konstitusiyaya söykənəcək yeni və daha azad dövlətin doğmasına ümid bəsləmək olar”

Bunun nə zaman baş verəcəyi və həmin dövrə kimi Aleksey Navalnının yaşayıb-yaşamayacağı aydın deyil. Navalnısız isə hansısa dəyişikliklərin baş tutacağı az ehtimal olunur.”

Türkiyənin “Cumhuriyet” qəzeti də bu mövzuya toxunub. Qəzetin “Navalnı qızıl gül bağçasındakı ilk tikandır” başlıqlı məqaləsində deyilir: “Prezident Vladimir Putin tərəfindən 21 il ərzində uğurla idarə olunan və müxalifətin olmadığı “tikansız qızıl güllər bağçası” ilk dəfədir ki, xöşəgəlməz mənzərəylə üzləşib. Polis tərəfindən göstərilən zorakılığa, şaxtalı qış havasına baxmayaraq, illərdir ki, Kremlin adını söyləməkdən çəkindiyi 44 yaşlı Aleksey Navalnı hakimiyyətdən narazı olanları küçəyə çıxıra bildi.

2008-ci ildən korrupsiyaya qarşı mübarizəyə başlayan Navalnı hakimiyyətyönlü KİV-lər tərəfindən “qara siyahı”ya salınıb. Navalnı “YouTube” və “Twitter” kimi populyar kanallardan istifadə etməklə, real müxalifətin olmadığı bir ölkədə müxalifət liderinə çevrildi.

Navalnının keçən ilin avqustunda “Noviçok” adlandırılan kimyəvi maddə ilə zəhərlənməsi hakimiyyəti dalana dirədi. Xarici reaksiyanın artacağından ehtiyatlanan Kreml rəhbərliyi Rusiya xüsusi xidmət orqanlarının ittiham etdiyi gənc liderin Almaniyada müalicə almasına icazə verdi.

Navalnının zəhərlənməsində Kremlin ittiham olunması ilə bağlı jurnalistlərin ünvanladığı suallara Putin kinayə ilə cavab verib: ”O, kimə lazımdır ki! Əgər zəhərləmək istəsəydilər, bu işi axıra kimi yerinə yetirərdilər”.

Ancaq o, yenə Navalnının adını çəkməyərək, “Berlindəki pasient” haqqında fikir bildirib.

Almaniyadan qayıdan Navalnının yayımladığı iki saatlıq “Putinin sarayı: ən böyük rüşvətin tarixi” adlı filmdəki əsas tezis Rusiya liderinin 1980-ci illərin sonundan başlayaraq, öz yaxın ətrafıyla birlikdə necə rüşvət və korrupsiya şəbəkəsi qurmasından ibarətdir. Amma ən maraqlı hadisə odur ki, artıq Gəlincikdəki saray barəsindəki ittihamlara Putinin özü cavab verir. Həqiqətən də Navalnının çıxışları Rusiya liderini müdafiə mövqeyinə çəkilməyə məcbur edib. Belə ki, Putin demək olar, ilk dəfədir belə mövqedə dayanır.

Hazırda həbsdə olan və “qurbanlıq” mövqeyinə düşmüş Navalnı bu video sayəsində hakimiyyət üzərində faktiki üstünlük qazanıb. İri şəhərlərdə əsasən orta sinfin nümayəndələri və demokratiya istəyən gənclər tərəfindən dəstəklənən Navalnı Rusiya cəmiyyətinin böyük əksəriyyəti üçün elə də böyük əhəmiyyət daşımır. Küçə etirazlarının bütövlüklə onun aktivinə yazılması doğru deyil. Çünki burada qurtarmaq bilməyən iqtisadi çətinliklərdən, əhalinin güzəranına kimi müxtəlif faktorlar rol oynayır.

Navalnı hakimiyyətə real alternativ ola bilərmi? Belarusda olduğu kimi, Rusiyada da xalq üsyanı alovlana bilərmi? İctimai hadisələrin necə inkişaf edəcəyi cavabı “qəhvə falı”nda tapılmamalıdır. Lakin yaxşıca qulluq göstərdiyi “qızıl gül bağçasında ilk dəfədir tikanla qarşılaşan” Vladimir Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək.

Kremlin bundan sonrakı dövrdə də tutduğu indiki səhv taktikanı davam etdirib-etdirməyəcəyini hadisələrin gedişi göstərəcək. Nəzərə alaq ki, elə məhz həmin taktika sayəsində Navalnı qəhrəmana çevrilib.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Bu gün, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Bu gün, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Bu gün, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Bu gün, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Bu gün, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Bu gün, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Bu gün, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Bu gün, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Bu gün, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Bu gün, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Bu gün, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Bu gün, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Bu gün, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Bu gün, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Bu gün, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Bu gün, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Bu gün, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Bu gün, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Bu gün, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Bu gün, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Bu gün, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Bu gün, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Bu gün, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Bu gün, 12:10
Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Bu gün, 12:03
Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Bu gün, 12:00
“Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Bu gün, 11:52
Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Bu gün, 11:49
Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Bu gün, 11:45
Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: - Ölən və yaralanan var
Bu gün, 11:36
Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Bu gün, 11:34
İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Bu gün, 11:30
Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Bu gün, 11:23
Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Bu gün, 11:15
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Bu gün, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Bu gün, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Bu gün, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru