Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                 

Ədliyyə generalı Xanlar Zeynalovu kimlər və niyə hədəfə alıb? - Məhkəmə icraçıları ilə bağlı yaranmış problem onu "nişangaha gətirib"
Tarix: 21-02-2015, 13:38 | Çap et
Ədliyyə generalı Xanlar Zeynalovu kimlər və niyə hədəfə alıb?
Azərbaycanda məhkəmə sisteminin təkmilləşməsinə, həmin strukturun fəaliyyətinə ciddi əngəl törədən səbəblər barədə dəfələrlə danışılıb və yazılıb. Hazırda bu sahədə ən əsas problem məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Müşahidələr belə deməyə əsas verir ki, məhkəmə icraçılarının fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi!) ictimaiyyətdə ciddi narazılıq doğurur.

Qeyd edək ki, əksər hallarda iddiaçılar rayon məhkəmələrinin onların xeyrinə çıxardığı qərar, qərardad və ya qətnamənin daha etibarlı icrası üçün yuxarı məhkəmə instansiyalarına da müraciət edirlər. Sonuncular da məlum hökmü təsdiqləyərək qüvvəsində saxlayır. Amma zərərçəkmişlərin üzləşdikləri ən əsas problem hökmün icra olunmaması üzündən onların maddi və mənəvi zərərə düşməsi və buna görə hər hansı bir kompensasiyanın ödənilməməsidir.
Onu da deyək ki, Azərbaycanda məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyinin tərkibindəki aidiyyatı qurum - İcra baş idarəsi tərəfindən tənzimlənir. Bu idarənin rəisi baş məhkəmə məmuru, ədliyyə generalı Xanlar Zeynalovdur. Ədliyyə generalı Zeynalov bu posta polis sistemindən gətirilib. O adıçəkilən idarəyə rəis təyin edilənədək Səbayel rayon polis idarəsinin rəisi postunu tutub və deyilənə görə bu vəzifədə xüsusi olaraq “seçilib”.
Hazırda isə Xanlar Zeynalovun rəisi olduğu İcra baş idarəsinin işçiləri ilə bağlı mətbuatda davamlı şəkildə şikayətlər oxumaq mümkündür. Görünən odur ki, xüsusilə rayonlarda məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər var və bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına yol açıb.
Əksər vəkillər də mətbuata açıqlamalarında bildirirlər ki, bölgələrdə məhkəmə qərarlarının icrası sözün həqiqi mənasında müşkül məsələyə çevrilib. Ölkənin məhkəmə sistemində islahatların aparılmasına baxmayaraq bəzi yerlərdə hələ də icra məmurları vətəndaşları süründürməçiliyə salır, məhkəmə qərarlarının icrasını yubadır və ya icra etmir. Nəticədə əlində qanuni məhkəmə qərarı olan vətəndaş hüquqlarını bərpa edə bilmir. Məhkəmə icraçıları insanlarla sanki oyun oynayır. Vətəndaşın xeyrinə məhkəmə qərarının çıxarılmasına baxmayaraq icra məmurları bu qərarın icrasını müəyyən maraqlarına görə istifadə edir. İcra məmurları Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarlarını icra etmək istəmir.
Qəzetimizə daxil olan məlumatlar və ictimai müşahidələr belə deməyə əsas verir ki, bölgələrdə süründürməçilik, rüşvət müqabilində məhkəmə qərarlarının icrasına etinasızlıq artıq məhkəmə icraçıları üçün adi hala çevrilib. Bunu bir çox rayonlarda məhkəmə icraçılarının komfortlu həyat tərzi ilə maaşları arasındakı dərin uçurum da əyani olaraq təsdiqləyir.
Ən acınacaqlısı odur ki, rayonlarda hətta icrası bir neçə ildir yubadılan və yaxud zərərçəkmiş şəxsin razılığı, xəbəri olmadan dayandırılan çoxsaylı məhkəmə qərarlarına rast gəlmək olar. Hesab edilir ki, bu cür hallar məhz əleyhinə məhkəmə qərarı olan şəxslərlə məhkəmə icraçıları arasında hansısa qanunsuz sövdələşmənin nəticəsidir.
Bildirildiyinə görə, əyalətdə məhkəmə icraçılarının öz işini düzgün, zamanın tələblərinə uyğun qura bilməməsi və qeyri-qanuni fəaliyyəti ilə bağlı Baş icra idarəsində də məlumatlıdırlar. Amma Xanlar Zeynalovun belə hallara qarşı lazımi tədbirlər görməməsi də göz önündədir. Nəticədə isə məhkəmə icraçıları faktiki olaraq vətəndaşları incitməklə, onları hökumətdən narazı salmaqla məşğuldurlar.
Elə bu səbəbdən də son vaxtlar Xanlar Zeynalovun hakimiyyət daxilində mövqelərinin zəiflədilməsinə başlandığı bildirilir. Qeyd olunur ki, ölkədə məhkəmə qərarlarının icrası sahəsində yaranan xoşagəlməz mənzərəni dəyişdirmək, vətəndaşları narazı salan nöqsanları aradan qaldırmaq, məhkəmə icraçılarının fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaq üçün İcra baş idarəsinin rəisinin əvəzlənməsi tamamilə real görünür.
\\ unikal.org \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru