“Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb .....                     Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... .....                     “BakuBus” avtobuslarında XİDMƏT SIFIR... .....                     Əsgər Bəkiyevin intiharının detalları .....                     “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır .....                     İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb .....                     İRAN NƏ İSTƏYİR... .....                     9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur .....                     Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı .....                     Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir .....                     Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? .....                     Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi .....                     Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir .....                     Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı .....                     SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi .....                     "Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." .....                     "Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." .....                     Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... .....                     Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... .....                     Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... .....                     Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... .....                     Tarixə yazılan səfər .....                     Azərbaycanın növbəti diplomatik Zəfəri .....                     Rusiyanı qorxuda saxlayan məhz budur .....                     Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? .....                     İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” .....                     Kreml və Tehranın qorxulu yuxusu .....                     Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri .....                     Tramp və onun komandası olmasaydı... .....                     Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi .....                     Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... .....                     Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır .....                     Onları bir araya gətirən Tramp olmalıdır .....                     "Bu ritual özümü toparlamağa kömək edir" .....                     33 il sonra bu qadağalar aradan qaldırıldı .....                     Rusiya yeni silahlarla HƏDƏLƏDİ .....                     Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq .....                     Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? .....                     Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur .....                     İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı .....                 

“Belə başa düşürəm ki, Vasif Talıbovun göstərişi ilə işdən çıxarıldım” - QALMAQAL
Tarix: 25-01-2022, 10:45 | Çap et
“Belə başa düşürəm ki, Vasif Talıbovun göstərişi ilə işdən çıxarıldım”
DİA.AZ xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının sabiq aktyoru, Azərbaycan Respublikanın Xalq artisti Həsən Ağasoy “Hürriyyət”in redaksiyasına məktub ünvanlayıb. Haqsız yerə teatrdan uzaqlaşdırıldığını bildirən qocaman sənətkarın məktubunu izləyicilərimizə təqdim edirik:

“Mən 1975-79-cu illərdə o vaxtkı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyoru” fakültəsində təhsil almışam. Təhsilimi başa vurduqdan sonra təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəlmişəm. Ötən ilin iyun ayına qədər həmin teatrın aktyoru olmuşam.

Çalışdığım dövrdə doğma teatrın səhnəsində 150-yə qədər müxtəlif xarakterli obraz yaratmışam. Hüseyn Cavid dramaturgiyası yaradıcılığımın ana xəttini təşkil edir. Ölməz ədibin “İblis” faciəsində İblis , “Ana” dramında Orxan, “Şeyx Sənan” mənzum dramında Dərviş və s. kimi personajlara səhnə ömrü vermişəm. Ümumiyyətlə, Cavid yaradıcılığını çox sevirəm.

1984-cü ildə Naxçıvan MR-in Əməkdar artisti, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1999-cu ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülmüşəm. Tərəqqi medalı ilə təltif edilmişəm, 3 dəfə Prezident mükafatçısı olmuşam. Onu da deyim ki, Naxçıvan MR-in rəhbəri Vasif Talıbov mənə hər zaman hörmətlə yanaşıb. 50 və 60 illik yubileylərimdə şəxsən özü mənə zəng vurub, təbrik edib. Bir sənət adamı kimi həmişə ondan diqqət görmüşəm.

Amma 2021-ci ilin uyun ayında vəziyyət dəyişdi. 46 il çalışdığım doğma teatrımdan uzaqlaşdırıldım. Məsələ bundadır ki, mən 2020-ci ildə koronavirus infeksiyasına yoluxdum. Gördüm ki, heç kəs mənimlə maraqlanmır, diqqətdən kənarda qalmışam, yaradıcı insanların qəlbi kövrək olur, biganəlik bizi incidir, depressiyaya salır, mən də özümə qarşı bu münasibətdən sıxılmağa başladım. Düzdür, tam sağalandan sonra Naxçıvan MR-in Mədəniyyət naziri, Aparat rəhbəri zəng vurub səhhətimlə maraqlandılar. Bəzi iş yoldaşlarım da, sağ olsunlar, xəstə olduğum müddətdə mənimlə telefonla əlaqə saxlayırdılar. Amma özümə qarşı Bakıda yaşayıb çalışan xalq artistlərinə göstərilən diqqət və qayğını görmədim.

Sağalıb, teatra qayıtdım. O zaman Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Dədə Qorqud obrazını canlandırırdım. Tamaşanı təqdim etdik. Doğrusu, xəstəlikdən sonra yaddaşım da bir az pozulmuşdu. Həm xəstəliyin doğurduğu fəsadlar, həm də xəstəlik dövründə qarşılaşdığım biganəlik məni məyus edirdi. Düşünürdüm ki, nəyə görə Bakıda yaşayıb çalışan tələbə yoldaşlarıma göstərilən qayğı mənə, buradakı sənət yoldaşlarıma göstərilmir, 64 yaşımı haqlamışam, yarım əsrə yaxındır eyni teatrda çalışıram, peşəmə böyük sevgi və məsuliyyətlə yanaşıram, amma Prezident təqaüdü almıram? Axı, illərdir blokada vəziyyətində olan Naxçıvanda min cür əzab-əziyyətlə teatrı yaşadan sənət fədailəri dövlətin diqqət və qayğısından kənarda qalmamalıdır.

Özünüz bilirsiniz, bizim teatrdan başqa qazanc yerimiz yoxdur. Bu haqda heç vaxt açıq danışmamışam. Heç vaxt hansısa işimi aşırmaq üçün qapılar döyməmişəm. Amma təqaüd məsələsi mənimçün ağrılı məqamdır. Çünki hələ 50 illik yubileyimdə adım təqaüd almağa namizədlərin siyahısına daxil edilmişdi, amma mənə rəsmi qaydada bildirdilər ki, Ramiz Mehdiyev hələ cavan olduğumu qeyd edərək adımı siyahıdan çıxarıb. Söz verdilər ki, 60 yaşım tamam olanda təqaüd alacağam. Amma bu da vəd olaraq qaldı.

Dolanışıq günü-gündən çətinləşir, ümidimizi təqaüdə bağlamışıq, o da verilməyəndə istər-istəməz məyus oluruq. Bizim davamız hakimiyyətlə deyil, işini yarıtmayan məmurlarladır.

Onu da deyim ki, mərhum Heydər Əliyev Naxçıvanda işləyəndə onun ən çox sevdiyi aktyorlardan biri olmuşam. Bilmirəm niyə belə oldu, kim mənə badalaq vurdu... Amma, açığı, başıma gətirilən bütün bu müsibətlərdən sonra çox qırılmışam, qəlbim inciyib, həyata küsmüşəm, bundan sonra çətin ürəyim düzələ.

Giley-güzarımı vatsap durumumda ifadə etməklə təsəlli tapmaq qərarına gəldim. Birinci durumumda Bakı teatrlarında çalışan, Prezident təqaüdü alan tələbə yoldaşlarımın fotolarını paylaşıb yazmışdım ki, halal xoşları olsun, Bakıda onlara xüsusi qayğı göstərirlər. Bizdə isə...(nöqtələr qoymuşdum). Demək istədiyim o idi ki, bizdə yaşlı aktyorlara çoxdandır təqaüd verilmir. İkinci durumumda isə: “Yeyin, için, imarətlər tikdirin, camaat da bir tikə çörək qazanmaq üçün əzab çəksin. İnşallah, yediyinizi qusarsınız”, - deyə ad çəkmədən harınlamış məmurlara müraciət etmişdim.

Bədxahlarım bundan istifadə edib, Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbova haqqımda yanlış informasiya verdilər. Belə başa düşürəm ki, onun göstərişi ilə işdən çıxarıldım. Məni Mədəniyyət Nazirliyinə dəvət etdilər. Nazir mənə bildirdi ki, vatsap durumumdakı paylaşmalara görə öz ərizəmlə işdən çıxmalıyam. Mən: “37-ci ildir bəyəm? işdən çıxmayacağam”, - deyib etiraz edəndə, nazir məni təhdid etdi, “özün çıxmasan, maddə ilə çıxararıq”, -dedi. Amma doğmalarım, ailə üzvlərim problem yaşayacağımdan, onlara da problem yaradacağımdan ehtiyat etdiklərinə görə, məni öz ərizəmlə işdən çıxmağaq razı saldılar. Nazirliyin təkidi ilə: “Xahiş edirəm, səhhətimlə əlaqədar olaraq məni işdən azad edəsiniz” məzmunlu ərizə yazıb, işdən çıxdım.

İki-üç ay gözlədim, ümid etdim ki, sədrin hirsi soyuyar və məni yenidən öz işimə qaytararlar. Dəfələrlə nazirliyə, Muxtar Respublikanın rəhbərliyinə teleqramlar vurdum, amma reaksiya olmadı. Nəhayət, nazir müavini məni qəbul etdi. Ona teatra qayıtmaq istədiyimi dedim, cavab verdi ki, çətin mümkün ola. Doğma teatrıma nədən həsrət qaldığımı indiyənədək anlaya bilmirəm.

Bir müddət Naxçıvan televiziyası üçün oxuduğum verilişlərin hamısı efirdən çıxarıldı. Mən həmin verilişlərin məhv edildiyini düşünürdüm. Amma bu yaxınlarda verilişlərin lent yazılarını mənə göstərdilər, məlum oldu ki, hamısı yerindədir. Sadəcə göstəriş alıblarmış ki, səsim efirdən gəlməsin. O üzdən sözügedən verilişləri başqa aktyorun səsində lentə alıb efirə veriblər. Mənim verilişlərim isə arxivdə qalıb. Bu günə qədər səsləndirdiyim verilişlərin, sənədli filmlərin heç biri efirə verilmir. Demək, hələ də cəzalı sayılıram.

İnanmıram ki, Ali Məclisin sədri belə bir göstəriş versin. Mənə elə gəlir ki, bütün bunları edən Vasif Talıbovun müavini Azər Zeynalovdur. Ondan şübhələnirəm, çünki bizim sahə ilə o, məşğul olur. Haqqımda neqativ fikir formalaşdıran da, zənnimcə, odur.

Başıma gələnləri ictimailəşdirdik. Heydər Oğuz sağ olsun, təsisçisi olduğu “Ovqat.com” saytında, eləcə də digər qəzet və saytlarda dəfələrlə sözügedən problemi işıqlandırdı, amma mənə rəsmi surətdə heç bir söz deyilmir, bütün müraciətlərim cavabsız qalır. Naxçıvan MR-nın Mədəniyyət naziri və indiki iş yoldaşlarımdan savayı səhhətimlə maraqlanan da yoxdur.

İndiki iş yerim isə Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-metodiki Mərkəzdir. Sözügedən mərkəzdə metodist vəzifəsinə təyin edildim. Ailə üzvlərim məsləhət gördü ki, təklifi qəbul edim, başım işə qarışsın, əsəblərim sakitləşsin. Maaşım 281 manat idi, bu aydan artırılıb 332 manat olub. Bu da ömrünün yarıdan çoxunu teatra, incəsənə həsr edən aktyorun sonu!

Yanvarın 21-də işdə başım fırlandı, iş yoldaşlarım yerə yıxılmağıma imkan vermədilər. Təcili yardıma zəng vurdular. Təzyiqimin çox yüksək olduğu məlum oldu. Koronavirusa yoluxandan ürəyimdə aritmiyadan əziyyət çəkirəm, yaşadığım sarsıntılar vəziyyətimi daha da ağırlaşdırıb. İnanın ki, sabaha sağ çıxacağıma belə ümidim yoxdur. Xəstəxanaya aparmaq istədilər, mövcud hakimiyyətin mənə olan münasibətinə görə razılaşmadım. Düşündüm ki, xəstəxanada başıma bir iş gətirərlər. Həkim dostlarım sağ olsun, onların nəzarəti altında evdə müalicə olunuram. Bu gün işdən zəng vurdular ki, ya işə çıxmalısan, ya da öz hesabına məzuniyyət almalısan. Əslində, özümü heç də yaxşı hiss etmirəm, amma məcburən sabahdan işə çıxmalı olacağam.

Məndən sonra oğlumu da işdən azad etdilər, 7-8 aydər işsizdir. 3 övlad atasıdır. Bilmirəm, mənə görə işindən oldu, ya ixtisara düşdü, amma fakt odur ki, işsiz qalıb, iş tapa bilmir ki, işləyib, ailəsini dolandırsın.

Əslində Naxçıvanda da, Bakıda da məni sözdə müdafiə edən insanlar çoxdur. Amma nədənsə Heydər Oğuzdan başqa haqq səsimə səs verən jurnalist, sənət adamı yoxdur. Tələbə yoldaşlarımdan, uzun illər mənimlə eyni səhnəni paylaşan məsləkdaşlarımdan heç biri başıma gələnlərə reaksiya verməyi özünə borc bilmir.

Naxçıvanda üzləşdiyim repressiyalarla bağlı Prezident İlham Əliyevə müraciət ünvanladım, bu müraciəti vatsap profilim vasitəsilə paylaşdım. Ali Baş Komandan İlham Əliyevə dəfələrlə Muxtar Respublika rəhbərliyinə müraciət etsəm də, şikayətlərimə heç bir əhəmiyyət verilmədiyini bildirərək, ondan üzləşdiyim haqsızlığın qarşısının alınmasını, yenidən Naxçıvan MR Musiqili Dram Teatrında işə bərpa olunmağımı xahiş etdim. Amma hələ ki, müraciətimə heç bir münasibət bildirilməyib.

Mən faktiki olaraq repressiyaya uğramışam. Mənə qarşı çox böyük ədalətsizlik ediblər. Mən həyatım boyu bu ədalətsizliyə boyun əymərəm, qul psixologiyası mənə yaddır. Bu üzdən teatrdakı işimə bərpa olunmama, mənə dəyən maddi, mənəvi ziyanın ödənilməsinə, səsləndirdiyim sənədli filmlərin efirə qaytarılmasına nail olana qədər mübarizəmi davam etdirəcəyəm. Başaqa heç bir məqsədim yoxdur. Mən siyasətçi deyiləm, siyasətə qarışmıram, taleyini incəsənətə bağlayan, teatrla nəfəs alan sənət adamıyam. Sənətimdən uzaqda keçirdiyim hər gün, hər saat, hər an ömrümə balta çalır, ölümümü yaxınlaşdırır”

P.S. İnanırıq ki. Azərbaycan Respublikasının Xalq artisti, qocaman sənətkar, tanınmış teatr aktyoru Həsən Ağasoyun ürək ağrısı ilə yazdığı məktub onun sənət dostlarını, tələbə yoldaşlarını ən azından bizim qədər duyğulandıracaq və onlar haqsızlığa düçar olmuş məsləkdaşlarının müdafiəsinə qalxacaq. Axi, heç kəs haqsızlıqdan, ədalətsizlikdən sığortalanmayıb. “Hürriyyət” olaraq aidiyyati qurumlardan, özəlliklə də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən Xalq artistinin qarşılaşdığı problemi detallı araşdırmaqlarını, onun səsinə səs vermələrini xahiş edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb - HESABAT
Bu gün, 10:25
Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... - GƏLİŞMƏ
Bu gün, 10:17
“BakuBus” avtobuslarında XİDMƏT SIFIR... - AXI NİYƏ?
Bu gün, 10:13
Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Bu gün, 10:09
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO
Bu gün, 10:02
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb - DETALLAR
Bu gün, 10:00
İRAN NƏ İSTƏYİR... - ƏSLİNDƏ...
Bu gün, 09:58
9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur - BU NƏDİ BELƏ?
Bu gün, 09:38
Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 09:34
Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir - “RİA Novosti”
Bu gün, 09:32
Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi – Sürpriz qərar
Bu gün, 09:24
Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir - KİV
Bu gün, 09:18
Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı - DETALLAR
Bu gün, 09:16
SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi - “Zelenski kimi səhvə yol verdilər”
Bu gün, 09:08
"Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." - ÇAĞIRIŞ
Bu gün, 09:00
"Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." - GİLEY
Bu gün, 08:56
Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... - İDDİA
Bu gün, 08:47
Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... - ETİRAZ
Bu gün, 08:39
Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... - Nə seçici?.. Nə xalq?..
Bu gün, 08:31
Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... - AKTUAL
Bu gün, 08:21
Tarixə yazılan səfər - MƏQALƏ
Bu gün, 08:13
Azərbaycanın növbəti diplomatik Zəfəri - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10
Rusiyanı qorxuda saxlayan məhz budur - Qrem
Bu gün, 07:10
Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? - İTTİHAM VAR...
Bu gün, 06:26
İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” – Nələr yaşanır?
Bu gün, 06:21
Kreml və Tehranın qorxulu yuxusu – Ağ Evdə sıxılan əl regionu dəyişir
Bu gün, 05:36
Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək
Bu gün, 05:22
Tramp və onun komandası olmasaydı... - deputat
Bu gün, 05:19
Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi - Fotolar
Bu gün, 05:14
Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... - KİV
Bu gün, 05:10
Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - İLGİNC İDDİA
Bu gün, 05:07
Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Dünən, 19:10
"Bu ritual özümü toparlamağa kömək edir"
Dünən, 19:08
33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Dünən, 19:02
Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Dünən, 18:59
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Dünən, 18:55
Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Dünən, 18:52
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Dünən, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Dünən, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Dünən, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Dünən, 11:48
Yemək setini ləğv etmək istədilər, ADY imtina etdi - TƏFƏRRÜAT
Dünən, 11:46
Avropa könüllülər koalisiyası döyüşdən qaçır - "Heç kim Ukraynada ölənlər sırasına qatılmaq istəmir"
Dünən, 11:41
Bakı bunları əldə etdi, İrəvan isə… – Erməni politoloq ŞƏRH EDİR
Dünən, 11:39
ANA VƏ BACILARIMIZIN həyatı bu qədərmi dəyərsizdir?!! - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:29
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Dünən, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Dünən, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Dünən, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru