Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

Əhmədzadə kadrlarını yeni sədrdən qoruya biləcəkmi? - NARAHATDIRLAR...
Tarix: 23-04-2021, 09:55 | Çap et
Əhmədzadə kadrlarını yeni sədrdən qoruya biləcəkmi?
Uzun çəkən illərdən sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə aprel ayının əvvəlində tutduğu vəzifədən kənarlaşdırıldı. Prazidentin məlum sərəncamından bircə gün sonra keçmiş sədr mətbuata qəribə bir açıqlama verdi ki,uzun illərdir səksəkə içində yaşayıb. Amma niyə səksəkə içində yaşadığını açıqlamayan Əhməd Əhmədzadənin bu etirafının nə dərəcədə səmimi olduğunu buraxaq öz insafına. Amma bizə elə gəlir ki, onun səksəkəli günləri elə indən sonra başlayır.

Məlum olduğu kimi,”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə bütün rayonlarda əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin aparılması məqsədi ilə hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılıb. Görülən işlər isə göz qabağındadır. Bunları Prezident İlham Əliyev 2020-ci ilin iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən və sözügedən quruma yeni təyin olunmuş Zaur Mikayılovu videoformatda qəbul edən zaman açıq şəkildə bildirdi.Bütün bunlardan sonra Əhməd Əhmədzadənin rahat olmasına,istirahət etməsinə yer qalıbmı?

Əhməd Əhmədzadənin özü kimi bir çox sevimli kadrlarının da səksəkəli günləri bundan sonra başlayacaq. Belə ki, yeni sədr onun bir çox kadrlarının fəaliyyətinin araşdırılmasına qalxarsa çox gizlinlər üzə şıxacaq, çoxlarının yuxusu ərşə çəkiləcək. Daha çox isə ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı və Meşə Meliorasiya İdarələrinin müdürlərinin. Çünki səhmdar cəmiyyətin digər bir çox idarələrindən fərqli olaraq qeyd etdiyimiz bu qurumları uzun illər dövlət vəsaitlərinin talanması rolunu oynayıblar. Buralarda В«ölü canВ»lardan, texnika üçün ayrılan yanacaq və sürtgü materiallarının, həmçinin ehtiyat hissələrinin satışından tutmuş, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə qədər kifayət qədər ciddi nöqsanlar tapmaq mümkündür.Elə Şirvan Meşə Meliorasiya İdarəsində olduğu kimi.

Aktualinfo.org ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə tabeçiliyində olan Şirvan Meşə Meliorasiya İdarəsin tərəfindən keçirilmiş bir sıra tender prosedurları ətrafında kiçik bir araşdırma aparıb.İdarənin istismarında olan meşə zolaqları barədə məlumatlar əldə edə bilməsək də buraya il ərzində ayrılmış vəsaitlər barədə müəyyən məlumatlar tapa bildik.

Belə ki, Şirvan Meşə Meliorasiya İdarəsi cari təmir işləri üçün inşaat materiallarının satınalınması üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş olduğu açıq tenderdə 150 000 manat dəyərində satınalma müqaviləsini “NİCAT-2012″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Əsaslı təmir işləri üçün inşaat materiallarının satın alınması üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş olduğu açıq tenderdə 75000 manat dəyərində satınalma müqaviləsi də “NİCAT-2012″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NİCAT-2012″ Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.01.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, YEVLAX ŞƏHƏRİ, QANBAY QULİYEV, ev 1A, m. 2, qanuni təmsilçisi kimi isə Əsədov Rauf Mehti oğlu qeyd olunub.

Göründüyü kimi İdarə bir gün içində tender elanından cəmi 40-45 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə 225 min manat məbləğində satınalma müqaviləsi bağlayıb.Bu “Dövlət Satınalmaları Haqqında” Qanunun tələbləri ilə nə dərəcədə üst-üstə düşür?

Şirvan Meşə Meliorasiya İdarəsinin maşın və torpaqqazan mexanizmlərə ehtiyat hissələrinin satınalınması üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 141 500 manat dəyərində satınalma müqaviləsi “AVTO-066″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO-066″ Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.12.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, ARAN ŞTQ, ARAN 1, qanuni təmsilçisi kimi isə Hacıyev Sənan Çingiz oğlu qeyd olunub.

Kolektorların lildən təmizlənməsi üzrə 13.03.2021-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 283499.11 manat dəyərində satınalma müqaviləsi YEVLAX MELİOSERVİS İDARƏSİ ilə bağlanmışdır.

Şirvan Meşə Meliorasiya İdarəsi Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması üzrə 21.02.2020-ci il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 155 000 manat dəyərində satınalma müqaviləsi “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Maşın və mexanizimlərə ehtiyat hissələrinin satınalması üçün Şirvan Meşə Meliorasiya İdarəsi “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01.02.2019-cu il tarixdə 104776 manat, 09.02.2018-ci il tarixdə isə 91 863 manat dəyərində satınalma müqavilələri bağlamışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HƏSRƏT-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.12.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının YEVLAX RAYONU, ARAN ŞTQ, ARAN 1, qanuni təmsilçisi kimi isə Cəfərov Həsrət Əhməd oğlu qeyd olunub.

Şirvan Meşə Meliorasiya İdarəsinin İnşaat materialları üzrə 01.02.2019-cu il tarixdə müsabiqə yolu ilə keçirilmiş açıq tenderdə 248 800 manat dəyərində satınalma müqaviləsi bağladığı “Ruzi-AF İKŞ” və inşaat materialları üzrə 09.02.2018-ci il tarixdə 144200 manat dəyərində satınalma müqaviləsi bağladığı “Elnar 2009 İKŞH” şirkətləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.Məlumat ancaq ondan ibarətdir ki,bu MMC-lər sözügedən zonada “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli bütün qurumların keçirdikləri tenderlərin mütləq qalibləri olublar. Hamısının da başında Əhməd Əhmədzadənin sevimli kadrları İlyas Səfərov və Telman Əsədov dayanıb.

Qeyd edək ki,hazırda Şirvan Meşə Meliorasiya İdarəsini rəisi Telman Əsədovdur.Uzun illərdir ki,meliorasiya və su təsərrüfatı sahəsində çalışır.Sistemin müxtəlif idarələrində rəhbər kimi həmişə Əhməd Əhmədzadənin maraqlarını ifadə edib.Hələ 2003-cü ildə Melioservis idarəsinin rəisi vəzifələrindən başlayaraq 2004-2015-ci illərdə Yevlax Suvarma Sistemləri İdarəsinin rəisi, 2015-2016-cı illərdə Yuxarı Şirvan Kanal İstismar İdarəsinin rəisi işləyib. 2016-cı ildən isə Şirvan Meşə Meliorasiya idarəsinə rəis təyin olunub.Göründüyü kimi Telman Əsədov karyerası boyu Əhməd Əhmədzadəyə xidmət edib,şəriki,iş ortağı olub. Amma o, bu illər ərzində Əhməd Əhmədzadənin “səksəkəsinə” şərik olubmu,bəlli deyil. Çox güman ki,bundan sonra olacaq. Çünki bütün bu göstərdiklərimiz və bir çox gizlinlər artıq onun da səksəkəyə düşmə ehtimalını artırır, əsaslar verir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru