Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

Göyçaydakı atəşfəşanlığın tüstüsü hələ də çəkilməyib... - İcra başçısına yaxınlığın qiyməti neçəyədir?
Tarix: 17-06-2015, 10:36 | Çap et
Göyçaydakı atəşfəşanlığın tüstüsü hələ də çəkilməyib...
Göyçayda vətəndaşları suya həsrət qoyan Suvarma Sistemləri İdarəsi müdiri Şakir Əhmədov Mübariz Ağayevin icra başçısı təyin olunması münasibəti ilə təşkil edilən “atəşfəşanlığın” sponsoru olub

Şakir Əhmədov əsas su kanallarından gələn suyu böyük təsərrüfat sahiblərinə verərək yerdə qalan əhalini heç düşünmür.

Göyçaydan AzFakt.com-un elektron poçtuna rayon Suvarma idarəsinin müdiri Şakir Əhmədovla bağlı şikayət məktubu daxil olub. Həmin məktubda qeyd olunur ki, idarə müdiri uzun müddətdir işlədiyi Göyçay Suvarma Sistemləri İdarəsini sözün həqiqi mənasında öz “ata mülkü” kimi idarə edir. Şakir Əhmədovun sayəsində rayonun bir çox kəndləri üzün müddətdir ki, sussuzluqdan əziyyət çəksələr də, idarə müdirinin “quş, ya da aslan südünə” belə ehtiyacı yoxdur. Daha doğrusu Şakir Əhmədovun ürəyi istədiyi hər şeyi var. Hətta “quş südü” belə...

Göyçayın tanımış məmur-oliqarxlarından olan Şakir Əhmədov uzun illər boyu Melorasiya və Su Təsərrüfatı ASC-dən Göyçaın “payına düşəni” öz “payına” çevirib və bu üzdən də idarə müdirinin yerdən göyə heç bir şeydən ehtiyacı yoxdur. Amma Göyçay kəndlərinin suya ehtiyacı var. Və bu Göyçay Suvarma Sistemləri İdarəsinin müdirinin umuruna belə deyil. Xüsusilə Alpoud, İnçə, Qaraməryəm, Bığır, Qarabaqqal, Çayarxı, Hacalıkənd, Potu, Şəhadət, Cəyirli, Çərəkə, Yalman, Qaraman, Qızılağac, Mırtı və digər kəndlərində yaşayan əhali suvarma suyuna həsrətdir. Bu kəndlərdə 100 ildir ki, əhali içməli suyu da maşınlardan pulla alırlar və heç kim də su probleminin yaxın günlərdə həll olunacağını gözləmir. Amma kənd əhalisinin əsas dərdi əkinlərinin suvarılmasıdır ki, bu da Şakir Əhmədovun insafındadır. Və Şakir Əhmədovun insafı bir qayda olaraq kəndlilərin əkinlərini yandırır. Çünki Melorasiya və Su Təsərrüfatı ASC-dən vəsait ayrılasa da, Göyçayda su kanalları illərlə təmizlənmir. Bu öz yerində. Şakir Əhmədov rayonda varlı ilə kasıb arasında da böyük fərq yaradır. Belə ki, kaksıb olanlar suya həsrət qalsalar da, imkanlı adamlar, həmçinin məmurlar sudan ürəkləri istədikləri qədər yararlanırlar. Şakir Əhmədov əsas su kanallarından gələn suyu böyük təsərrüfat sahiblərinə verərək yerdə qalan əhalini heç düşünmür.

Şikayətçilər bildirir ki, dəfələrlə Şakir Əhmədovun bu özbaşınalığı ilə bağlı aidiyyatı instansiyalara müraciətlər etsələr də, sonucda heç nə dəyişməyib. Şakir Əhmədov yaranmış problemləri kanalların təmir edilməsi və suvarma sırasında sahibkarların çox olmasını hər dəfə bəhanə edir. Ancaq Göyçaydakı bir çox su kanalları uzunmüddətdir ki, təmizlənmir. Əvəzində isə hər il dövlətdən ayrılan külli miqdarda vəsaitlər su kanallarının, arxlarının təmizlənməsi adı altında sənədləşdirilərək mənimsənilir.

Qeyd edək ki, dövlət büdcəsindən Göyçay Suvarma Sistemləri İdarəsinə hər il 150-200 min manat vəsait ayrılasa da, Şakir Əhmədov su kanallarının məmurların böyük təsərrüfatlarına qədər təmizləyir və bu zaman təmizləmə pulunu da elə həmin məmur-fermerlərdən alır. Yəni idarə müdiri dövlətin ayırdığı pulları birbaşa öz cibinə qoyur.

Şakir Əhmədovun vətəndaşlardan topladığı su pullarının taleyini ikinci yazımızda yazacağıq. Hələlik isə onu qeyd edək ki, Şakir Əhmədov hər il əhalidən 300 min manatdan artıq su pulu yığır.

Hazırda isə Şakir Əhmədovun qılıncının dalı da, qabağı da kəsir. Çünki rayona bir neçə ay əvvəl Göyçaya təyinat alan icra başçısı Mübariz Ağayevin güvəndiyi adamdır. Şakir Əhmədov Mübpariz Ağayevin Göyçaya girişini atəşfəşanlıqla qarşılayan və böyük zityafət verən idarə müdiri olaraq tanınır və hamı bilir ki, Mübariz Ağayev Şakir Əhmədovla dostdur. Mübariz Ağayevin Göyçaya icra başçısı təyin olunması münasibəti ilə rayonda təşkil edilən atəşfəşanlığın və ziyafətin sponsorunun da, məhz Şakir Əhmədov olduğu iddia olunur. Bu qonaqlıq və atəşfəşanlığı isə idarə müdiri doğurdan özünə və sərvətinə layiq edib. Yəni əskik heç nə olmayıb. Mənbə bildirir ki, öz növbəsində Mübariz Ağayev Şakir Əhmədovun bu diqqətindən çox məmnun olub.

Qeyd edək ki, ölkə prezidenti dəfələrlə məmurlara xəbərdarlıq edərək onlardan sadə həyat sürməyi tələb edib. Lakin dəfələrlə belə bir xəbərdarlığın edilməsinə baxmayaraq, bir qayda olaraq bəzi məmurlar prezidentin xəbərdarlıqlarını eşitməməzlikdən gəlirlər və Mübariz Ağayevin şərəfinə 5 ay əvvəl Göyçayda təşkil olunan atəşfəşanlıq və ziyafət də bu qəbildəndir. Çünki həmin ziyafətdə israfçılıq xüsusi ilə diqqəti cəlb edib.

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, hazırda Mübariz Ağayev rayonda həyata keçirilən, daha doğrusu köhnə başçı tərəfindən bir müddət əvvəl abadlaşdırılan, Mübariz Ağayev tərəfindən isə yenidən sökdürülən küçələrin abadlaşdırılmasını Şakir Əhmədova tapşırıb. Bu barədə, həmçinin yığılan su pullarının taleyi və Şakir Əhmədovun bənd vurma maxinasiyaları ilə bağlı məlumatlar növbəti yazımızda. Bizi izləyin.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Göyçaydakı atəşfəşanlığın tüstüsü hələ də çəkilməyib...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru