PA RAMİZ MEHDİYEVİN ADAMINI ARAŞDIRIR
Tarix: 1-04-2013, 14:58 | Çap et
 ARZU RƏHİMOVUN İDARƏSİNDƏ ÖZBAŞINALIQ ƏNƏNƏYƏ ÇEVRİLİB
DİA.AZ: - Məlum olduğu kimi, bu gün Sabirabad rayon Hərbi Komissarlığından əsgərliyə çağırılmış Mirnağı Həsənov ağır vəziyyətdə Bakıdakı Hərbi Hospitala çatdırılıb. Onun yaxınlarının verdiyi məlumata görə, əsgər Həsənovun ağır duruma düşməsinə səbəb onun kəskin vərəm xəstəsi olması və ağ ciyərində 17 iri ləkənin mövcudluğu olub.
Əsgərin qohumları onu da bildirib ki, Mirnağı Həsənov hələ xeyli müddət imiş vərəm xəstəliyindən əziyyət çəkirmiş. Hətta onun hərbi xidmətə qədər dönəmdə bir neçə dəfə vərəmdən müalicə aldığı da verilən məlumatlar sırasında var. Hazırda əsgərin durumunun heç də yaxşı olmadığı bildirilir.
Bu əsnada o da məlum olub ki, Mirnağı Həsənovun vərəm olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Həkim Komissiyasının üzvü Rasim həkimə də məlumat verilib. Lakin o, heç nəyə məhəl qoymadan gənci hərbi xidmətə yararlı hesab edib. Əsgərin valideynləri bildirir ki, məhz Rasim həkimin səhlənkarlığı üzündən Mirnağı hərbi xidmətə aparılıb və orada vərəmin ağır formasına tutulub.
DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində geniş şəkildə tücyan edən buk imi faktlar yeni yaradılmış qurumda baş verən özbaşınalıqların təzahürüdür. Onu da xatırladaq ki, buna qədər də bir-iki ayın əsgəri olan neçə gəncimizin ölüm xəbərini və yaxud da ağır xəstəliklə xəstəxanalara yerləşdirilməsinə şahidlik etmişik.
Məlumatlı mənbənin bildirdiyinə görə, bu kimi faktların geniş vüsət alması nəhayətdə müvafiq dövlət qurumlarının da hərəkətə keçməsinə nədən olub və hətta bu məsələnin Prezident Administrasiyası tərəfindən nəzarətə götürüldüyü də deyilir. Qeyd edək ki, bir zamanlar Bakı Baş Polis İdarəsinə rəhbərlik edən və Azərbaycanın Tacikistanda səfiri olmuş Məhərrəm Əliyev hazırda PA rəhbərinin hərbi məsələlər üzrə köməkçisi vəzifəsini tutur. Yəni bu sahə onun nəzarəti altındadır və bu yaxınlarda səs-küylü əsgər ölümü faktına reaksiya verən Məhərrəm Əliyev bildirmişdi ki, həmin fakt üzrə araşdırmalar aparılacaq və iş onun nəzarəti altında olacaq.
Məlumatı verən mənbənin bildirdiklərindən o da aydın olur ki, PA tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində cərəyan edən olayların araşdırılması üçün start düyməsi basıla bilər: В«Əslində burada da hakimiyyətiçi münasibətlərin təzahürü yetərincədir. Quruma rəhbərlik edən Arzu Rəhimovun birbaşa olaraq PA şefi Ramiz Mehdiyevin adamı olması faktdır. Və PA tərəfindən aparıla biləcək hər hansı araşdırmanın mümkünlüyü və yaxud da obyektiv qərar verməsi də Ramiz Mehdiyevin prosesə təsir imkanlarından birbaşa asılıdır. Amma araşdırmalar artıq başlanılıbВ».
Onu da bildirək ki, nə zamandır mətbuatda ayrı-ayrı rayon hərbi komissarlıqlarının işindəki nöqsandan danışılır və bildirilir ki, hərbi komissarlar məhz В«yuxarılarınВ» tələbi ilə xeyli sayda sağlam çağırışçını hərbi xidmətdən yayındırır, bunun əvəzində xəstəliyi olan, amma imkanı olmayan gənclərimizi əsgərliyə cəlb edir ki, bunun da nəticəsində yuxarıda toxunduğumuz problemlər ənənə halını alır.
Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin ayrı-ayrı regionlardakı nümayəndələrinin bu kimi əməllərinin cəzasız qalması bir müddət əvvəl bütün ölkədə rezonans doğurmuş əsgər Ceyhun Qubadovun məsələsində də özünü nəzərə çarpdırdı. Belə ki, mərhum Ceyhun Qubadovu hərbi xidmətə yola salan Abşeron rayonunun hərbi komissarının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun yaxın qohumu olması faktı, səhhətində problemlər olan bir gəncin hərbi xidmətə hansı səbəblərdən göndərilməsi hadisəsinin ört-basdır edilməsilə nəticələndi.
Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|