ASTARANIN İCRA BAŞÇISINA DƏLƏDUZLUQ İTTİHAMI
Tarix: 14-03-2013, 11:36 | Çap et
MASALLI SAKİNİ ŞİKAYƏTÇİDİRMasallı şəhəri, D.Əbilova küçəsi, ev-21 sakini Elnur Həsənov “Azadlıq”a məktub göndərib. Masallı sakininin problemi həll olunmadığından o, mətbuata üz tutub: “Masallı RIH-in vəzifəli şəxsləri olan Laçın Sadıqzadə, Məmmədhüseyn Hüseynov, Sirac Isayev Masallı RIH-in sabiq icra başçısı Qəzənfər Ağayevlə əlbir olaraq vəzifəli şəxs kimi onlara olan etibarımdan sui-istifadə edib. Onların aldatma yoluyla 45.000 manat dəyərində külli miqdarda əmlakımı alması faktıyla Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət etmişəm. Idarənin prokuroru Pərvin Quliyev qanuna müvafiq tədbirlər görməyib və işi barələrində şikayət verilən şəxslərə göndərib. Təkrar şikayət ərizələrimin araşdırılması Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin prokuroru Nazir Quliyevə həvalə olunub, lakin korrupsiya faktını ört-basdır etdiyi üçün P.Quliyev Neftçala rayon prokuroru vəzifəsinə təyin edilib. Çoxsaylı müraciətlərim əsasında prokuror N.Quliyev idarəyə dəvət edərkən mənə hər şeyin qanun çərçivəsində, ədalətlə həll olunacağını bildirsə də, fəqət bəzi məsələlərin onun səlahiyyətində olmadığını dedi. N.Quliyevin məsləhətiylə hazırda Astara RIH başçısı vəzifəsində çalışan Q.Ağayevin qəbulunda üç dəfə olarkən, vəziyyəti ona izah edib pulumu tələb etmişəm. Cavabında isə o: “Demişəm, tapşırmışam, sənin pulunu qaytaracaqlar, ora-bura şikayət etmə, şikayət etməklə öz məsələni çətinləşdirirsən” deyib. Danışıqların məzmununu hər dəfə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə bildirsəm də, onların bu məsələnin həllində aciz olduqlarını görmüşəm. Bugünə qədər şikayət ərizələrimin həll olunmaması, ərizələrimin araşdırılması üçün qanuna zidd olaraq onların özünə göndərilməsi, əmlakımın qaytarılması üçün təsirli tədbirlərin görülməməsi adını çəkdiyim vəzifəlilərin yüksək dairədən himayə olunduğunu deməyə əsas verir. Müxtəlif dövlət orqanlarına verdiyim şikayətlərim həll olunmamaqla cavabsız saxlanılır, korrupsiya faktı gizlədilir. Hətta rəsmi şəkildə verdiyim ərizəmin əsasında qəbul olunmuş qərarın surəti indiyədək mənə göndərilməyib. Araşdırma zamanı əldə olunmuş izahatlar, maddi sübutlar əsas verir ki, cinayət təqibinə başlanılsın. Prokuror P.Quliyev bu istiqamətdə əhəmiyyət kəsb edən sənədlər, sübutlar toplasa da tərəddüd edərək dələduzluq yoluyla əmlakımı ələ keçirən şəxslər barədə şikayəti onların özünə göndərib. Bu, qanunda nəzərdə tutulmayan və gülüş doğuran vəziyyətdir. Bu barədə dövlət başçısına, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə, Ombudsmana, həmçinin, müxtəlif orqanlara müraciətlərim nəticəsiz qalıb. Vəzifəli şəxslərin cinayət əməlləri, korrupsiya faktı KQMI-də açıq-aşkar ört-basdır edilir, onlara qarşı cəzasızlıq hökm sürür, vətəndaş kimi qanunla qorunan əmlak hüquqlarım pozulur. Mənə qarşı vəzifəli şəxslərin özbaşınalığının, korrupsiya faktının gizlədilməsinin ictimailəşdirilməsini və bu məsələnin araşdırılmasını xahiş edirəm".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|