Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

"Rejissor Azərbaycan aktyorlarından çox razıdır..."
Tarix: 3-09-2024, 06:30 | Çap et
"Rejissor Azərbaycan aktyorlarından çox razıdır..."
“İkinci dəfədir ki, Rusiya istehsalı olan ekran işində rol alıram. Əlbəttə ki, bir aktrisa kimi bu mənim üçün çox gözəl hissdir. Birinci işim Belarusiya və Rusiyanın birgə istehsalı olan “Ərik acısı” serialı “Domaşnıy” kanalının sifarişi ilə çəkilirdi. Fevral ayında nümayiş etdirildi. Bu serialın rejissoru Aleksandr Moxov idi. Rejissoru Sergey Çekalov olan “Didərginlər” adlı serialın çəkilişlərinə isə may ayından başlamışıq. Mənim çəkilişlərim eyni məkanda olduğu üçün artıq bitib. Amma aktyor yoldaşlarım müxtəlif məkanlarda çəkildiklərinə görə gedib gəlirlər. Azərbaycandan ilk dəfə idi ki, 15-ə yaxın aktyor Rusiyada seriala cəlb olunurdu. Buna görə mən Səbuhi Məmmədova təşəkkürümü bildirib, onu təbrik edirəm ki, belə bir layihədə prodüsserlik edib. Səbuhi Məmmədov “Azərbaycan aktyorlar agentliyi”-nin rəhbəridir. O əlindən gələni edir ki, Azərbaycan aktyorları müxtəlif ölkələrin film və seriallarında rol alsınlar. Bu ekran işlərindən ikisi də mənim yaradıcılıq payıma düşdü. Ümid edirəm və buna çox inanıram ki, davamlı olacaq”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Hüsniyyə Mürvətova deyib.

“Əlbəttə ki, bir aktrisa kimi mənim üçün çox maraqlıdır ki, başqa bir dövlətin filmində, serialında çəkilib, əcnəbi rejissorla işləyirəm. Bu həm də çox məsuliyyətlidir. Orada məsuliyyət birə-yüz artmalıdır. Artır da. Çünki sən burada təkcə özünü yox, Azərbaycan aktyorlarını, aktyor məktəbini təmsil edirsən. Birinci işimdən də, çəkildiyim “Ərik acısı” serialının rejissoru Aleksandr Moxov da işimizdən çox razı qaldı. Serial çox yüksək reytinq qazanaraq tamaşaçılar tərəfindən çox böyük sevgi ilə qarşılandı. “Didərginlər” serialının rejissoru Sergey Çekalov da işimizdən çox razı idi. Hətta serialın prodüsseri şəxsən özümə dedi ki, rejissor Azərbaycan aktyorlarından çox razıdır. Rolum çox maraqlıdır. Tarixi bir serialdır. Davamı Azərbaycanda da çəkiləcək, oktyabr ayında ölkəmizə gələcəklər” deyə aktrisa bildirib.

Sənətkar yerli seriallara çəkilməməsi ilə bağlı suala bu cür cavab verib.

“Düşünmürəm ki, mən yerli seriallardan uzaq düşmüşəm. İctimai televiziyada yayımlanan “Gündəlik” (rejissor Pərviz Həsənov) serialına çəkildim. 3 mövsümdür efirə gedən “Molla Nəsrəddin”-də çəkildim. Dövlət Televiziyasının sifarişi ilə “Şuşanın səsi” (layihə rəhbəri Elnur Məmmədov, rejissoru Nazim Məmmədov) verilişi üçün Xurşidbanu Natəvanın obrazını canlandırdım. Ola bilər ki, mən qonorarı çox istəyirəm. Bəlkə də bu qonorar onları qane etmir. Çox çəkilməməyimin səbəblərindən biri bu ola bilər. Amma tam uzaqlaşmamışam. Mən inanıram ki, hansısa bir rejissora lazım olsam yenə də davamlı olaraq çəkiləcəm. Həm də teatrda da mənim rollarım var. Teatrla ciddi şəkildə məşğulam. Gündəlik seriala çəkilmək çox çətindir. Çox həyəcanlı olursan. Mən Rusiyada bilirsiniz niyə rahat çəkilirəm? Bilirəm ki, 15 günlük məhz bu işə görə bura gəlmişəm. Mənim işim gedib istirahət etmək və setə gəlib seriala çəkilməkdir. Çox rahat oluram və çəkilirəm. Azərbaycanda olanda isə həm teatrdakı məşqlərə qaçıram, həm dublaya, həm serial çəkilişlərinə, üstəlik də tədbirlərə gedirsən. Çatdırmaq çox çətin olur. Mən seriallara o qədər də can atmıram. Film mənim üçün daha maraqlıdır. Sonuncu çəkildiyim film “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) oldu. Xalq artisti Məmmədsəfa ilə birlikdə oynamışdıq. Ssenarisi də festivalda birinci yerə çıxmışdı” deyə əməkdar artist bildirib.

Hüsniyyə Mürvətova bildirib ki, Bakı Bələdiyyə Teatrında çalışdığı üçün qürur duyur.

“Amaliya xanımın dünyadan getməsi təkcə bizim teatrımız üçün deyil, ümumilikdə Azərbaycan üçün böyük bir itkidir. Biz böyük bir sənətkarı itirmişik. Bizim Bakı Bələdiyyə Teatrı fəaliyyətini çox gözəl davam etdirir. Amaliya xanımın ruhunu şad etmək üçün biz var gücümüzlə işləyirik. Sentyabr ayının 10-da biz mövsümü mənim də baş rolda oynadığım Çingiz Aytmatovun “Ana tarla” əsəri ilə açacağıq. Çox gözəl tamaşalarımız hazırlanır, premyeralarımız olur. Biz artıq Azərbaycana səs salmış teatrıq. Bütün bu səylərimiz də ona görədir ki, Amaliya xanımın ruhu şad olsun. Onun yaratdığı teatr yaşayır. Amaliya xanımın qızı Aynur Muxtarova çox böyük səylə onun işini davam etdirir. Xalq artisti, teatrımızın baş rejissoru Mərahim Fərzəlibəyovun rejissorluğu ilə bir-birindən gözəl tamaşalarımız təhvil verilir. Hər şey çox gözəldir. Şükürlər olsun Allaha” deyə sənətkar bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru