Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

Katibə işləyəndə mənə gülürdülər… - Nigar Köçərli
Tarix: 4-05-2024, 09:01 | Çap et
Katibə işləyəndə mənə gülürdülər…
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin Kult.az-a müsahibəsi:

- Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz. Dəqiq elmdən kitaba keçid necə baş verdi?

- Uşaqlıqdan kitaboxuyan olmuşam, “kitab qurdu” idim. 4 yaşımda artıq sərbəst oxumağa başlamışdım. 6 yaşımda isə evə yaxın olan iki kitabxananın üzvü idim. Çünki o vaxt bir kitabxana ikidən artıq kitab vermirdi. Bir sözlə, kitabın arasında böyümüşəm, gözümü açıb valideynlərimi də oxuyan görmüşəm. Həyat elə gətirdi ki, ixtisasım başqa olsa da, bu sahəyə yönəldim. Çünki bu işi daha çox sevirdim.

- Nigar xanım, konkret danışaq, kitabda pul varmı?

- Yaxşı sualdır. Ümumiyyətlə, bizim biznes sahəmiz elədir ki, bu, həm maarifçilikdir, həm də gəlirin olur. Mümkün deyil ki, bu işi sevmədən pul qazana biləsən. Olub ki, pullu adamlar kitab sektoruna girmək istəyib, amma hamısı batırıb. Mən bu işə 600 dollarla başlamışam. Düşünürəm ki, sevdiyin işin elə biznesini də qurmalısan. Burada ayıb heç nə yoxdur. Məni də bəzən tənqid edirlər ki, bu, maarifçi deyil, alverçidir. Mən isə gülürəm. Doğrusu, burada böyük pullar yoxdur. Bu işlə məşğul olub milyonçu olmaq olmaz. Amma digər mənada öz adıma deyim ki, normal qazanıram. Məsələn, səyahət edə bilirəm, övladlarım özəl məktəbdə oxuyur. Amma tutaq ki, hazırda maşınım yoxdur.

- Maşın almaq üçün pulunuz çatmır?

- Yox, elə deməzdim, istəsəm, alaram, amma onun yerinə səyahət etməyi, sağlam həyatı seçirəm və pafoslu həyat istəmirəm. Xarakterimdə sahib olduqlarımı göstərmək yoxdur, bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm. Qazandığımı daha səmərəli bölərək xərcləyirəm.

- Adətən qadın biznes-ledilər özünü göstərməyə meyilli olur…

- Bir tərəfdən demək olar ki, pulu var, alır da. Amma təəssüflər olsun ki, bizdə bu, gözdən pərdə asmaqdır. Əgər xanım hər şeyi özü qazanır, əldə edirsə, olar. Yox, onun “saxlayanı” varsa, bu pullar ona müftə gəlirsə, mənasızdır. 20 ildir bu sahədəyəm, hələ təzə-təzə insanların rəğbətini qazanıram. Əvvəl insanlar elə düşünürdü ki, bunun da saxlayanı var, ya da varlı arxa-dayağı. Amma zaman göstərdi ki, hər şey öz əziyyətimlə olur. Hər səhər hamıdan tez işdəyəm və ən sonuncu da mən gedirəm. Səyahət dediyim məsələlər də elə öz işimlə bağlıdır.

- “Azərbaycan kitab satmaq üçün unikal ölkədir” deyirsiniz. Amma bir tərəfdən də deyirlər, kitab oxuyan azdır…

- Unikallıq o barədə deyirəm ki, bizdə 4 dildə kitab oxuyurlar - türk, rus, ingilis, Azərbaycan. Dünyanın heç yerində belə şey yoxdur. Baxmayaraq ki, bizdə kitab oxuyan azdır. Müqayisə üçün deyim ki, Azərbaycanda 50 kitab mağazası var, onun 11-i bizə məxsusdur. Məsələn, Gürcüstanda isə 250 kitab mağazası var.

- Yaxşı, bəs səbəbi nədə görürsünüz oxumamaqda?

- Sizə bir söz deyim, bizdə əvvəl “Kitab oxuma, dəli olarsan”, ”Çox bilmək adamın ağlını alır” düşüncəsi var idi. Adamlar var, xaricdə təhsil alır, gəlir burada iş tapa bilmir. Tapanda da 300-400 manata. Onu görən adam heç oxuyar? Düşünəcək ki, elə oxuyan da belədirsə, daha nə oldu? Səbəblər isə ümumilikdə çoxdur.

- Bəs siz özünüz işçilərinizə işlərinə uyğun maaş verirsiniz?

- Xeyr. Əlimizdən gələn qədər hər ay müəyyən işçilərin maaşını qaldırmağa çalışırıq, həvəsləndiririk. Yüksək maaşı isə təbii olaraq verə bilmirik. Amma aşağı da vermirik. Əgər hazırki imkanlarla onlara layiq olduqları maaşı verə bilsək, qısa müddətdə müflis olarıq.

- Sosial şəbəkələrdə kitablara etdiyiniz reklamlar narazılığa da səbəb olur. Məqsədli edirsiniz?

- Bəli, bəzən məqsədli edirik. Düzdür, bir dəfə səhvən bir şey olmuşdu, dizayner qrupa atılan bir şəkli paylaşmışdı, ona görə də dəfələrlə üzr istədim. Amma digərləri normaldır. Nə olsun ki, kitab sahəsidir? Bu o deməkdir ki, əyləncəli nəsə etməyək? Tiktok kanalı açanda da dedilər, bunlar necə səviyyəsizdir. Amma indi hamı oradadır, reklam edir. Hər şeyə səviyyəsiz deməklə olmur, maraqlı olmaq lazımdır.

- Ən çox satılanların detektiv, sevgi kitabları olduğu deyilir. Düzdür?

- Belədir. Amma mən buna çox normal baxıram. Dünyada da bu proses belədir. İstəyərəm ki, bizdə hamı kitab satsın, onlar da qazansın, mən də. Mənə görə bütün ədəbiyyat gözəldir.
- Sizə görə, məsələn, detektiv bir kitabla elmi kitab arasında fərq yoxdur?

- Əlbəttə var. O, başqa məsələdir. Umberto Ekonun “Qızılgülün adı” əsəri postmodernistdir deyirlər. Amma məsələn, mən düşünürəm, o, detektivdir. Özümsə detektivi çox sevirəm. Üstəlik, bu, kitab oxumaq üçün əla janrdır. Təzə-təzə kitab oxuyanlar da məhz detektiv oxusalar, yaxşı olar.

- Bizim müəlliflər həmişə şikayət edir ki, kitablarının az satılmasının bir səbəbi də mağazalardır.

- Tamamilə haqlıdırlar. Bilirsiniz, bütün yerlərimiz icarədədir. Balaca mağazalardır, orada da rəqabət gedir. Hər kitabı önə qoymaq olmur, vallah, satılmır. Məsələn, baxıram ki, şeir kitabıdır. Bilirəm ki, az satılacaq. Mən belə olanda onlayn satmağı təklif edirəm. Amma bütün yazıçılarımız bunu istəyir ki, məni önə qoy. Bir dəfə xaricdə sual verdim ki, görüm onlarda necədir? Məlum oldu ki, kitabı necə yerləşdirməyə mağaza özü qərar verir. Yeri gəlmişkən, elə müsahibə vasitəsi ilə şad xəbər verim. Bu yaxınlarda “Port Baku” tərəfdə “Crescent Mall” adlı böyük mağazamız açılacaq, orada hamıya yer olacaq. 700 kv metrlik yerdir. Söz verirəm, orada hamının kitabını məhz qabağa qoyacam.

- Azərbaycanda bir problem də rusdillilər məsələsidir. Siz necə müşahidə edirsiniz, doğrudanmı onlar digərlərinə nisbətdə daha çox oxuyur, intellektualdırlar?

- Əslində, bu sualın özü ayrı-seçkilik yaradır: “onlar və biz”. Mən buna qarşıyam. Onsuz da xeyli ayrı-seçkiliyimiz var, heç olmasa, bu olmasın. 44 günlük müharibədə gördük ki, hamımız birik. Mən özüm rus bölməsini bitirmişəm. Təəssüflər olsun ki, öz üzərimdə işləsəm belə, Azərbaycan dilində mükəmməl danışa bilmirəm. Qızım, atam, yoldaşım Azərbaycan bölməsini bitirib, onlar dili yaxşı bilir. Qaldı sualın konkret cavabına, bəli, tənqid etsələr də, deyəcəm. Bu, faktdır. Rusdillilər daha çox kitab oxuyur. Oxucuların 60 faizini onlar təşkil edir. Bu da məncə, məktəbdən başlayır. Təhsil məsələsidir. Onu da deyim ki, hazırda ingilisdillilər yetişir. Onların oxumaq səviyyəsi də çox mükəmməldir.

- Qızınızla evdə hansı dildə danışırsınız?

- Hər iki dildə. O, azərbaycanca danışır və oxuyur, amma rus dilini də bilir. 6 yaşına kimi azərbaycanca danışa bilməsə də, mən onu məhz Azərbaycan bölməsinə qoydum və bacardı.

- Kitabların qiymətində də son illər artım müşahidə olunur. Onsuz da az kitab oxunan cəmiyyətdə qiymətin baha olması düzgündürmü?

- Doğrudur, artım var. İnsanların maaşı ilə götürsək, uyğun deyil. Amma səbəblər var. Tirajlar aşağıdır. Nəşriyyat bir kitabı 5 min tirajla buraxsa, qiyməti az olur, 500 buraxsa, baha.

- Yerli müəlliflərin kitabı niyə satılmır, yaxşı yaza bilmirlər?

- Səbəb çoxdur. Azərbaycanda heç kitab almaq mədəniyyəti də formalaşmayıb. Yazıçı-şairlər də günahkardır. Əvvəllər onlar lap çox belə edirdi ki, kitabı hədiyyə verirdilər. Bu isə zərərlidir. Kitabı hədiyyə verdiyin adam onu oxumayacaq heç, hörmət də etməyəcək. Bizdə oxunan müəlliflər də var. Məsələn, son dövrlərdə İlkin Rüstəmzadənin kitabları bestseller oldu. Müəllif özü də gərək bu prosesdə iştirak etsin, sosial olaraq aktiv olsun.

- Siz özünüz hansı tərz kitabları oxuyursunuz? Stolüstü kitabınız varmı?

- Daha çox tarixi, dedektiv deyərdim. Seçiciyəm bu məsələdə. Əgər bir kitabı oxuya bilmirsəmsə, saxlayıram, oxumuram. Hazırda “Essensializm” adlı kitabı oxuyuram. Kitabın qayəsi budur ki, az iş görməklə çox qazanmaq necə olur. Hər gün ən azı yarım saat kitab oxuyuram.

- Sizi bu sahədə uğurlu hesab etmək olar. Belə bir fikir də var ki, hər uğurlu qadının arxasında güclü bir kişi dayanır…

- Doğrusu, mən özüm özümü çox da uğurlu hesab etmirəm. Amma razıyam, belə fikirlər çoxdur, sadəcə, yanlışdır. Şəxsən məni heç kəs qabağa verməyib, arxamda dayanmayıb, nə etmişəmsə, öz gücümə eləmişəm. Bir söz deyim, mən çox yerdə işləmişəm. 4 aya ingilis dili öyrənmişəm. Bu işlərə gəlməzdən əvvəl bir şirkətdə katibə də işləmişəm, çay aparıb-gətirirdim. Amma katibə işləyəndə mənə gülürdülər. Deyirdilər, niyə bu işdə işləyirsən? Elə olub ki, ayaqyolu belə yumuşam. Karantin vaxtı idi, xadimə olmayıb, işçilərə demişəm, kitabı məndən yaxşı reklam edirsiniz, bu işi də mən görəcəm. Bir sözlə, əziyyət varsa, bəhrəsi də olur.

- Nigar xanım, bölgələrdə vəziyyət, kitab oxuyanlar varmı?

- Bölgələr, demək olar ki, kitab oxumur. O qədər azdır ki, o oxucuları tək-tək tanıyıram. Baxmayın belə gedirik, şəkil çəkdiririk, amma səmimi olsaq, o deyil. Oxumurlar. Bölgələrdə ilk növbədə kitab mağazaları olmalıdır. Şəhərdə belə oxucu azdır. Sadəcə, çalışırıq ki, bu vəziyyəti düzəldək, oxucu sayını çoxaldaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru