Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                 

"Özü də çıxış yolu yoxdur, 30 yaşına kimi bu “iş” həll olunmalıdır"
Tarix: 9-04-2023, 00:56 | Çap et
"Özü də çıxış yolu yoxdur, 30 yaşına kimi bu “iş” həll olunmalıdır"
Fevral ayında təqdimatı baş tutan “Evdə qalmış” filmini tamaşaçılar bu gün də sevərək kinoteatrlarda izləyirlər. Özü də həm böyük, həm də azyaşlı tamaşaçılar. Niyə də izləməsin? Film tərəddüd belə etmədən ailə üzvləri ilə birgə baxılası filmdir. Çünki nə artıq-əskik sözlər, nə də ki, qəhrəmanların dilindən işlədilən kobud söyüş var. Dünən dostum, peşəkar rejissor, senarist Valeh Əhmədovun dəvəti ilə ilk dəfə izlədim və bu qənaətə gəldim ki, bizdə film çəkən rejissor da, keyfiyyətli filmi izləyən tamaşaçı da var. Yetər ki, həvəsli olasan və ilk növbədə qarşına məqsəd kimi filmdən pul qazanmağı deyil, tamaşaçıların zövqünü oxşamağı qoyasan. Görünür ki, yaradıcı heyət bu kriteriyalara əməl etmişdi. Filmin ilk dəqiqələrindən etibarən həqiqətən də həm aktyorlar, həm də yaradıcı və texniki heyətin əziyyəti duyulurdu. Bir sözlə aktyorlar tamaşaçıların üzündə əsl gülüş yaratmağı bacardılar. Mövzu belə idi ki, əsl sevgi axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə evlənməlidir. Özü də çıxış yolu yoxdur, 30 yaşına kimi bu “iş” həll olunmalıdır. Filmdə xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb. Hər zaman dramatik və ciddi obrazlarda görməyə alışdığımız sevilən aktrisa Həmidə Ömərovanı komik bir filmdə, yarı komik, yarı ciddi obrazda görmək həqiqətən də məni sevindirdi.

DİA.AZ bildirir ki, aktrisa Moderator.az-a açıqlamasında obrazını özünün də çox sevdiyini bildirib.

“Bu film tamaşaçılar tərəfindən həqiqətən də sevilir. Hara gedirəmsə filmin maraqlı olmasından danışırlar. Başda filmin ssenari müəllifi və quruluşcu rejissoru Valeh Əhmədov olmaqla həqiqətən də gözəl yaradıcı kollektivlə çalışdım. Bir nəfəsə çəkilirdik. Həm istirahət edirdik, həm də ssenaridəki mühiti, ab-havanı yaratdıq. Hazır işə baxandan sonra sevindim ki, gözəl bir film alınıb. Həm tamaşaçını güldürür, həm düşündürür, onu narahat edən probleminə, suallarına cavab verməyə çalışır. Gənclərlə yanaşı Mehriban Xanlarova və Rüstəm Rüstəmovla da birlikdə çəkildim. Mehriban Xanlarova ilə quda obrazını oynadıq. “Ata ocağı” serialında da quda idik, bu filmdə də quda olduq. Bir növ onunla quda olmaq alnıma yazılıb. Filmdə müxtəlif xarakterlər var və hər bir obrazın da öz xarakteri, xüsusiyyəti var. Bu da həm komediyanın lirik, həm də canlı alınmasında böyük rol oynayıb” deyə aktrisa bildirib.

Filmin quruluşcu rejissoru və ssenari müəllifi Valeh Əhmədov deyib ki, “Evdə qalmış” filmi bütün yaş təbəqələri üçün nəzərdə tutulub.

“Burada biz anaların da, valideynlərin də hisslərini, narahat olduqları mövzuları nəzərə almışıq. Bəzən aidiyyatı oldu-olmadı insanlar gənclərə bu sualı verirlər ki, “Niyə tərpənmirsən? Nə vaxt evlənəcəksən? Burada həm dünya filminə, həm də retro filmlərimizə göndərmələr var. Bölgələrimizə, bölgələrimizin turizminə səyahət var. Həm də bizim üçün qürur və fəxr hisslərindən biri də filmdə dünya şöhrətli sənətkarımız Alim Qasımovun mahnısından istifadə etməyimizdir. Biz çalışırıq ki, hər filmimizdə klassik musiqilərimizi yad edək. Ona görə də Rəşid Behbudov, Nərminə Məmmədova və s. sənətkarlarımızın mahnılarından istifadə edirik. Filmi izləyənlər çox bəyəndiklərini və filmin bayağı olmadığını vurğulayırlar. Bu da bizi hədsiz sevindirir. Orada gülüş xətrinə müəyyən ifadələr işlədilir, amma çərçivəni də aşmırıq. “Evdə qalmış” filmi həm də bəzi fikirləri alt-üst edir. “Bizim filmlərimiz nə olacaq?”, “bizdə film çəkə bilmirlər” deyən insanlar gəlib filmi izləyir və bildirirlər ki, “mən bura ürəksiz gəlmişdim, amma tam başqa bir iş gördüm”. Çətini kinoteatra gəlincədir. Dünən filmi izləyən qonaqların çoxu qeyd etdi ki, orada bir cümlə var idi ki, “pulla alınan sədaqət, ondan daha yaxşı təklif gələnə qədər keçərlidir”. Filmdə maraqlı replikalar, cümlələr, mesajlar, duyğular var” deyə rejissor bildirib.

Qeyd edək ki, film “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. Siz də ürəkdən gülmək istəyirsinizsə filmi izləməyə tələsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru