Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                     Paşinyan Rusiyaya səfəri haqqında: .....                     "17 yaşlı uşağın 1 manatına qalmısan?" .....                     Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır .....                     Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                     Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb .....                     Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… .....                     Rusiya FTX azərbaycanlı qadını həbs etdi .....                     Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb .....                     “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? .....                     Ruslar Avropa İttifaqı missiyasının binasını .....                     Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... .....                     Müəllim-sahibkardan Prezidentə müraciət... .....                     CHP sədri barəsində istintaq başlanılıb .....                     Azərbaycan - Ermənistan sülhü rəsmiləşir .....                     Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? .....                     Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır .....                     “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib .....                 

“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Tarix: 3-04-2023, 08:59 | Çap et
“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Nicat bəy, bu günlərdə yubiley doğum gününüzlə bağlı uzun illərdir çalışdığınız Gənc Tamaşaçılar Teatrında yaradıcılıq gecəniz keçirildi. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Əslində mənim yubileyim ötən ilin iyun ayında olub. Allah ömür versə, iki aydan sonra 51 yaşım tamam olacaq. Sadəcə olaraq ötən il teatrımız təmirdə olduğuna görə yubileyi sentyabr-oktyabr ayına saxladıq. Sentyabr-oktyabr ayında da şəhidlər verdik. Düşündüm ki, yubiley qeyd etməyim mümkünsüzdür. Ümumiyyətlə, fikirləşdim ki, heç bir yubiley keçirməyəcəm. Əslində gözləyirdim ki, televiziya kanallarında yada düşərəm, amma yadlarına düşmədim. Hər şərdə xeyir, hər pisdə yaxşı nəsə var. Bir müddət sonra əməkdar artist İlham Əsədov, mənə yaxınlaşıb teatrımızın gənc aktyoru, rejissor Vüsal Əsgərovun yaradıcılığıma həsr olunmuş sənədli film hazırlamaq istəyini dedi. Onlar həm də bu filmi 50 illik yubileyimə hədiyyə etmək istədiklərini bildirdilər. Filmin prodüsseri də İlham Əsədov idi. Razılıq verdim, amma düşünürdüm ki, kiçik bir şey olacaq. Sonra çəkilişlər başladı, uşaqların tam fədakarlıqları nəticəsində bu film ərsəyə gəldi. Filmin çəkilişlərində yaratdığı şəraitə görə mən teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Müsahiblərə təşəkkür edirəm ki, gəlib müsahibə verib, sənədli filmdə çəkildilər. Filmdə teatrımızın direktoru Naidə İsmayılzadə, baş rejissorumuz, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, xalq artistləri Xuraman Qasımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Naibə Allahverdiyeva, əməkdar artist Kəmalə Müzəffər, Sevinc Əziz, Bəhram Əliheydər, Anar Səfiyev, xanəndə Mirələm Mirələmov, teleaparıcı Leyla Quliyeva, Milli Parolimpiya komitəsinin prezidenti İlqar Rəhimov, Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova və s. insanlar danışıblar. 32 il səhnədə olduğum müddətdə gördüyüm işlərin 10 faizi filmdə yer alıb. Film 1 saat 31 dəqiqə idi. Şükür Allaha, işlər çoxdur. Bunları hər-hansı bir filmə yerləşdirmək mümkü deyil. Təqdimat keçirdik, təqdimatda həm də gecikmiş yubileyim qeyd olundu. Çox sağ olsun dostlarım, mənim sənətimə qiymət verən insanlar ki, teatrımızın tamaşaçı zalı dolu idi. Çox qonaqlar gəlmişdi. Onların hər birinə təşəkkür edirəm. Çox xoş bir bayram əhval-ruhiyyəsi oldu. 32 illik səhnə fəaliyyətimin bir növ hesabatını verdim. Rejissor Vüsal Əsgərova, filmin prodüsserliyini edən İlham Əsədova təşəkkür edirəm. Mənə çox böyük hədiyyə etdilər. Hər bir sənət insanının arzusu olar ki, ona belə bir hədiyyə etsinlər. Mediadan olan, televiziyadan gələn dostlarıma da təşəkkür edirəm. Yəqin ki, hansısa kanalda nümayiş etdiriləndən sonra yutub kanalına yerləşdiriləcək.

- 50 yaş ömürün yarısı deməkdir. Həyata keçməyən arzularınız, istəkləriniz varmı?

- Aydın məsələdir ki, var. Oynamaq istədiyim rollar olub ki, yaşım artıq keçib. O rolları bir də oynaya bilməyəcəm. Rejissor kimi isə hazırlamaq istədiyim tamaşalar olub, kimsə hazırlayıb deyə ikinci dəfə həmin əsərə müraciət etmək istəməmişəm. Ümid edirəm ki, bir müddət sonra həmin əsərlərə müraciət edə biləcəyəm. Şəxsi həyatda min şükür, gözəl ailəm var. Şəraitimin daha yaxşı olmasını istəyirəm. Neyçünsə hələ bunu mənə layiq bilmirlər. İnşallah ki, onlar da düzələr.

- Yəqin ki, ev problemini nəzərdə tutursunuz?

- Bəli, haqlısınız.

- Sizin rejissor yanaşmanız fərqlidir. Gənc Tamaşaçılar Teatrının repertuarının formalaşmasında həqiqətən də əməyiniz danılmazdır. Bəs bu illər ərzində nələr istəmisiniz ki, teatrda onlara şərait yaradılmayıb?

- İndi min şükür, hər şey yaxşıdır, qaydasındadır. Ürəyim istəyən əsərlərə müraciət edə bilirəm. Bu günə qədər hazırladığım tamaşaların sayı 50-dən çoxdur. Onlardan ikisi, yaxud üçü mənə istəmədiyim halda verilib. 15-20 il əvvəl hər mövsüm yeni əsərlər gətirmişəm, “bu olmaz, bu olmaz” deyərək teatrdan uzaqlaşdırıblar. Və yaxud da əsəri mən gətirmişəm, baş rejissor götürüb özü hazırlayıb. Belə hallar olub.

- Kiminsə tapşırığı ilə aktyorlara rol vermisiniz?

- Xeyr, qətiyyən! Ümumiyyətlə tapşırıqla səhnəyə çıxmaq olmaz. Tutaq ki, tapşırıqla rol verdilər, bu adamın istedadı, bacarığı yoxdursa, zatən tamaşaçı onu sevməyəcək, tamaşanın əleyhinə işləyəcək. Mənim xasiyyətimi bildiklərinə görə, belə bir təklif almamışam. Əgər rol verirəmsə, demək ki, mən istəyib həmin aktyora rol verirəm. Məndə tapşırıq, falan keçmir.

- Əvvəl teatr haqda “intriqalar yuvası” deyirdilər. Niyə görəsən oranı belə adlandırıblar?

- İntriqa hər yerdə var. İnanmıram ki, haradasa intriqa olmasın. Buna əslində intriqa da demək olmaz. Sadəcə olaraq hər kəs özünü göstərmək istəyir. Bizim işimiz də emosional olduğuna görə, ola bilsin ki, bu sahədə söz-söhbətlər daha çox üzə çıxır. Şükürlər olsun ki, bizim teatrda elə də böyük intriqalar olmayıb. Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, teatrın baş rejissoru imkan verməyib. Mən də gedib həmin əsəri başqa teatrda səhnələşdirmişəm. Bunun mənə heç bir təsiri olmayıb. Sadəcə olaraq sağlam rəqabət olmalıdır. Heç kəsi şərləmədən, heç kəsə badalaq gəlmədən, fikirləşirsən ki, filankəs yaxşı tamaşa hazırlayır, mən niyə ondan yaxşısını hazırlamayım? Və öz üzərində çalışıb, özünü inkişaf etdirirsən.

- Bəzən deyirlər ki, filan rejissorun aktyoru yaxud aktrisası. Sizin haqqınızda da belə deyilirmi?

- Hə, mənim haqqımda da bu cür sözlər deyilir. Amma bu deyilənlər həqiqət deyil. Aydın məsələdir ki, işləmək üçün rahat olan aktyorlar var. Bir-birimizi rahat başa düşürük. Mənim üçün bütün kollektiv çox doğma, sevimlidir. Sadəcə rol uyğun gəldikdə mən həmin adamlarla işləyirəm. Kəmalə Müzəffərə deyirdilər ki, Nicat Kazımovun aktrisasıdır. Amma Kəmalə xanım məndən başqa bir çox rejissorlarla işləyib. Kəmalə xanımla “Pəri Cadu” dan bir xeyli keçəndən sonra mən onunla “Qağayı” tamaşasında çalışmışam. Təxminən 10-12 il fasilədən sonra. Sadəcə rol onun rolu idi. Son vaxtlar mənim tamaşamda Bəhram Əliheydər, Anar Səfiyev oynayır. Rola uyğun gəlirlər deyə oynayırlar.

- Rejissorun sənətçiyə zülm edib, sevdiyi teatrı, səhnəni ona nifrət etdirməyə haqqı varmı? Yəni, sənətlə məşğul olmağın, məşqin də bir əndazəsi var.. Fədakarlıq, sənətsevərlik və s. bunları qoyuram kənara. Bir müddət əvvəl bir neçə sənətkarla həmsöhbət olmuşdum, onlar gileylənirdilər ki, rejissor bizi premyeraya bir gün qalmış da məşq etdirir. Sizcə bu qədər məşq olar?

- Mən düşünürəm ki, aktyor öz peşəsini sevirsə, öz peşəsini sevərəkdən bu sahəyə gəlibsə, onun üçün məşq əzab olmalı deyil. Premyeradan bir gün öncə məşqin olması normaldır. Tamaşaya baxış olur, baxışdan sonra hər-hansısa düzəlişlərə ehtiyac varsa, bunu premyera qabağı edirsən. Bilmirəm, danışan aktyorlar kimlərdir, söhbət hansı tamaşadan gedir?! Bu fikir qətiyyən düz deyil. “Pəri cadu” tamaşasının işığını mən tamaşanın premyerası günü qurmuşdum. Səhər tezdən aktyorlar məşqə gəliblər, axşam da tamaşa təqdim olunub. Çox da uğurlu da bir premyera olmuşdu. Aydın məsələdir ki, rejissorun, ümumiyyətlə heç kəsin aktyoru teatrdan iyrəndirməyə ixtiyarı yoxdur. Rejissor despot da, manyak da ola bilər, amma teatrı sevərəkdən bunu edirsə, o aktyorları da sevir. Danlamağın, irad bildirməyin özü belə sevərəkdən olur. Şükürlər olsun ki, hələ mənimlə aktyorların arasında belə bir narazılıq yaşanmayıb. Ümid edirəm ki, yaşanmayacaq da. İlk növbədə mən aktyorları sevirəm. Çalışıram ki, bizim sevgimiz qarşılıqlı olsun.

- Nicat bəy, oğlunuz Mirsənan da bu sənətlə məşğul olur. Ona ən böyük dəstəyiniz nə olub?

- Bəli, böyük oğlum Mirsənan aktyordur. Kiçik oğlum Mirismayıl Memarlıq və İnşaat universitetinin tələbəsidir, dizayner ixtisası üzrə təhsil alır. Böyük oğluma dəstək yox, onun bu sənətə gəlməyinin əleyhinə olmuşam. Bacarmadım, gəldi. Yaxşı ki, gəldi. İndi hərbi xidmətdədir. Sağ-salamat bütün əsgərlər kimi qayıdıb gəlsin, inşallah. Qayıdan sonra bizim teatrda öz işinə davam edəcək. Mənim ona ən böyük dəstəyim düzgün yol göstərmək, yaxşı nümunə olmaq olub. Gözünü açıb ətrafında sənəti sevən, sənətə hörmət edən insanları görüb. Düşünürəm ki, onun zəhmətkeşliyi də, teatra hörməti də bu kökün üstündə bitəcək. Buna çox ümid edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31
Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29
Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28
Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25
Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23
Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17
Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13
Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü - MƏHKƏMƏ
Bu gün, 09:48
Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi - FOTOFAKT
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru