“Ayrılıq da yaşamışam, kədər də, amma göz yaşımı hər zaman gizlətmişəm”
Tarix: 29-03-2023, 09:51 | Çap et
 “Zeynəb mənim gözümün ağı-qarası bircə bacım idi. Bəzən yalnış fikirlər söylənilir, düzgün olmayan fikirlər yazılır ki, guya bizim münasibətimiz olmayıb. O fikirlərə mən bir kəlmə ilə münasibət bildirmək istəyirəm ki, ey insanlar, bilmədiyiniz, görmədiyiniz, qulağınızla eşitmədiyiniz, şahidi olmadığınız hadisəni danışmayın. Ən azından bu günahdır. Hər ailədə söz-söhbət olur. Bu bir qanundur. Heç kim deyə bilməz ki, bizim ailədə söz-söhbət olmayıb. O mənim ata bir, ana bir bacım, ciyərimdir. Ət dırnaqdan ayrılmaz. Dəfələrlə Zeynəb bacım da efirlərdə bu haqda danışıb. İnanın ki, onun yeri, həyatımdakı boşluğu görünür. Övladı ilə də üz-üzə oturanda deyirəm ki, kaş elə yanımızda olaydı, böyük bacı kimi bizi danlayaydı. Ürəyi necə istəyir, nə istəyir edərdi, eybi yox. O bir az səbrsiz idi. Onun yeri boşdur, görünür. Canımın bir parəsi idi. Bu gün balaları, nəvələri mənim yanımdadırlar. Zeynəbin iyini onlardan alıram, onlara baxıb təsəlli tapıram. Elə bilirəm ki, bacım da yanımdadır. Bu gün Ramazan süfrəsində oturub, iftarımızı bir yerdə açırıqsa, çörəyimi onlarla paylaşıramsa, inanıram ki, bacımın ruhu şaddır. Mən Allahdan dünyasını dəyişən bütün bacılara rəhmət diləyirəm. Allah mənim bacıma da rəhmət etsin”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.
“Allahın işinə heç kimin qarışmağa ixtiyarı yoxdur. Oğlum Əlidən sonra efirlərə çıxmamağı düşünürdüm. Amma tamaşaçılarımın sevgisi məni səhnəyə, efirlərə qaytardı. Allah məni ana edəndə sevindirdi, məndən oğlumu aldı və böyük səbr verdi. Ayaqda qalmağa yerdə tamaşaçılar, göydə isə Allahın sevgisi məni güclü etdi. Bu boyda sevgini büküb, bir kənara ata bilməzdim. Özümü nankor hiss edərdim. Mən axı nankor deyiləm. İnanın 1 il mənim evimin qapıları bağlanmadı. Öz-özümə söz verdim ki, mən səhnəyə qayıdacam” deyə sənətkar bildirib. Xalq artisti həyatının mahnılarına sirayət etməsindən də danışıb.
“Bəstəkarlar mənim ifamda lirik mahnıları daha çox sevirdilər. Lirik mahnıların da ayrılığı, həsrəti, sevgisi var. Lirik silsilə mahnılarımın hər birinin qəribə bir tarixçəsi var idi. Həyatda sevincli, kədərli anlarım da olub. Ayrılıq da yaşamışam, kədərim də olub. Amma göz yaşımı gizlətmişəm. Hər zaman övladlarımı fikirləşmişəm. Nə qədər də kədərimi gizlətsəm də şair Nüsrət Kəsəmənli bunu görürdü. “Mənim göz yaşımı görməyəcəksən” mahnısı belə yarandı. Həyatım zaman-zaman oxuduğum mahnıların mövzusuna da təsir edib. İllər keçsə də, hər vaxt mahnılarım sevilir. Hər müğənninin bir sevilən, seçilən mahnısı, ifası olur. Bu elə bir mahnı olmalıdır ki, o həyatda olmasa belə, hər zaman həmin mahnı ilə yada düşməlidir. Bu baxımdan çox xoşbəxt bir sənətkaram. Mahnılarımı oxuyanların sayı-hesabı yoxdur. Mən oxuya bilməyənlərin də xətrinə dəymirəm. Bütün bunlar məni sevindirir ki, gələcək nəsillər üçün bir şeylər yarada bilmişəm. “Nə olar Allahım ayırma bizi” mahnısını Nüsrət Kəsəmənli və Cabbar Musayev yaratmışdı. Nüsrət müəllim deyirdi ki, “Nazpərinin səsi gələndə mən özümü itirirəm, həyəcanlanıram, onun səsində bir qəribəlik var” deyə xalq artisti bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06 |
|
|
|
• Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04 |
|
|
|
• Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59 |
|
|
|
• Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56 |
|
|
|
• Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54 |
|
|
|
• "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50 |
|
|
|
• Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41 |
|
|
|
• Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37 |
|
|
|
• “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32 |
|
|
|
• Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29 |
|
|
|
• "Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26 |
|
|
|
• II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20 |
|
|
|
• Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16 |
|
|
|
• İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09 |
|
|
|
• "Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04 |
|
|
|
• Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02 |
|
|
|
• Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54 |
|
|
|
• “Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53 |
|
|
|
• Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49 |
|
|
|
• "17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48 |
|
|
|
• Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00 |
|
|
|
• Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58 |
|
|
|
• “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56 |
|
|
|
• Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51 |
|
|
|
• Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43 |
|
|
|
• Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41 |
|
|
|
• Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38 |
|
|
|
• Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31 |
|
|
|
• Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26 |
|
|
|
• “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24 |
|
|
|
• Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15 |
|
|
|
• Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13 |
|
|
|
• Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10 |
|
|
|
• CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59 |
|
|
|
• Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54 |
|
|
|
• Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoru qərardan narazıdır
Bu gün, 10:32 |
|
|
|
• “Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
• Tanınmış alimi avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Bu gün, 10:29 |
|
|
|
• Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Bu gün, 10:28 |
|
|
|
• Sonaxanım özünə dəbdəbəli yubiley gecəsi keçirtdi – VİDEO
Bu gün, 10:25 |
|
|
|
• Həbsdə olan sabiq bələdiyyə sədri və bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Qaxda 13 yaşlı qıza təcavüz olunub - Bir neçə nəfər saxlanıldı
Bu gün, 10:17 |
|
|
|
• Samir Şərifovun kadrı BAKINI BELƏ QARIŞDIRIR... - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan və xanımı o ölkədə etiraz yaratdı: Bura gəlməyin - “Hraparak”
Bu gün, 09:52 |
|
|
|
• Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü - MƏHKƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Bakıda 16 yaşlı oğul anasını hoteldə qətlə yetirib - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi - FOTOFAKT
Bu gün, 09:43 |
|
|
|
|