İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                 

“İcra əmri” bu ölkədə qalmaqala səbəb oldu
Tarix: 1-01-2022, 12:41 | Çap et
“İcra əmri” bu ölkədə qalmaqala səbəb oldu
DİA.AZ: - “Executive Order” (“İcra əmri”) adlı Braziliya filminin ortaya qoyduğu distopik gələcək mənzərəsi cəmiyyətdə ciddi tənqid və ziddiyyətli fikirlərə səbəb olub.

DİA.AZ xəbər verir ki, filmin ölkənin ifrat sağçı prezidenti Jair Bolsonaro hökuməti tərəfindən senzuraya məruz qaldığını düşünənlər az deyil.

Tanınmış aktyor Lazaro Ramosun ("Madame Sata") rejissorluq debütü olan bu film Moskvadan tutmuş Memfisədək bir sıra beynəlxalq festivalda mükafatlara layiq görülüb.

Nümayiş tarixi bəlli deyil

Ancaq filmin Braziliyada ilk nümayiş tarixi hələ məlum deyil. Ölkədə Milli Kino Agentliyinə (Ancine) qarşı ittihamlar get-gedə artmaqdadır. Agentlik Bolsonaro administrasiyasına sərf etməyən filmlərin qarşısını kəsməkdə günahlandırılır.

"Mən bunun bürokratiya, yaxud senzura olduğunu deyə bilmərəm, ancaq hər ikisi mədəniyyətin qarşısında maneədir”, – Ramos filmin Rio de Janeyro Film Festivalındakı nümayişi zamanı deyib. Bu hələlik, filmin Braziliyadakı yeganə nümayişidir.

"Executive Order" filmində baş rolları Ramosun həyat yoldaşı Tais Araujo, tanınmış aktyor və müğənni Seu Jorge ("City of God," "The Life Aquatic with Steve Zissou") və ingilis-braziliyalı ulduz Alfred Enoch ("Harry Potter", "How to Get Away with Murder") ifa edirlər.

Araujo ilə Enoch Capitu və Antonionu canlandırırlar. Capitu həkim, Antonio isə uğurlu vəkildir.

Araujo Capitunu "ilk vaxtlar irqçilikdən danışmaq istəməyən, sadəcə yaşamaq istəyən qara qadın” kimi təsvir edir.

"Ancaq sonradan həyat öz çağırışlarını edir və o məsələnin dərinliklərinə dalmalı olur”, – o deyir.

Struktur irqçilik

Filmin adının götürüldüyü həmin o "icra əmri” bütün qaraların, başqa sözlə “melanini çox olanların” – bu ifadə də ssenarinin orvelsayağı dilindən götürülüb – rəsmilərə təslim olması haqdadır. Rəsmilərsə onları Afrikaya göndərəcəklər.

Capitu, Antonio və onun kuzeni Andre (Seu Jorge) vasitəsilə tamaşaçı Afrika mənşəli braziliyalıların bu kütləvi deportasiyaya müqavimət göstərmək üçün səfərbər olunmasını görür. Təhlükəsizlik qüvvələri isə küçədə insanları həbs etməyə başlayır.

Film istər-istəməz bugünkü Braziliyada struktur irqçiliyini xatırladır. Braziliya Amerika qitəsində quldarlığı ləğv edən sonuncu ölkədir. Bu ölkədə quldarlıq yalnız 1888-ci ildə ləğv edilib.

Gerçək məmurlar

Maraqlıdır ki, filmdəki hökumət rəsmilərinin bəziləri Bolsonaro administrasiyasının real üzvlərinə çox bənzəyir. 2021-ci ilin aprelində Bolsonaronun müttəfiqi, Palmares Mədəniyyət Fondunun rəhbəri Sergio Camargo bu filmi boykot etməyə çağırıb.

"Bu başdan-ayağa qurban mentaliteti və prezidentimizə qarşı defamasiya hücumudur”, – Camargo deyib. İşin daha bir maraqlı tərəfi Camargonun özünün qaradərili braziliyalı olmasıdır. Onun daha öncə quldarlığın Afrika mənşəli insanlar üçün “faydalı olduğunu” deməsi cəmiyyətdə çaşqınlıqla qarşılanmışdı.

Milli Kino Agentliyinin filmin Braziliyada nümayişinə nə zaman icazə verəcəyi məlum deyil. Filmin yaradıcı heyəti filmin nümayişi üçün maliyyə vəsaiti almaqdan ötrü hələ 2020-ci ilin noyabrından ərizə verdiyini bildirib. Ancaq hələlik, onlara rəsmi cavab verilməyib. Agentliksə müraciətə baxıldığını və bunun “standart prosedur” olduğunu deyir.

"Marighella"

Bu, ziddiyyət doğuran ilk iş deyil. Məşhur "Narcos" serialının ulduzu Wagner Mouranın 2019-cu ildə çəkdiyi “Marighella” filmi Braziliyadakı hərbi diktaturaya (1964 – 1985) qarşı mübarizə aparan solçu partizan lideri haqda biopikdir.

Keçmiş ordu kapitanı olan Bolsonaro eyni zamanda keçmiş hərbi rejimin böyük pərəstişkarıdır. Ancaq həmin rejim insan haqlarını tapdalamaqla ad çıxarıb.

"Marighella" filminin Milli Kino Agentliyinə müraciəti 2019-ci ildə iki dəfə rədd edilib. Filmin Braziliyadakı ilk nümayişinə yalnız 2021-ci ilin noyabrında icazə verilib.

Bolsonaro 2019-ci ildə hakimiyyətə gələndən az sonra Braziliyada kino istehsalını “filtrləmək” istədiyini demişdi. "Əgər filtr olmasa, onda biz Ancine-dən qurtulmalı olacağıq”, – o demişdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru