Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                 

“Hiss etdim ki, mənim uğurum bu peşədə deyil”
Tarix: 10-12-2016, 09:11 | Çap et
“Hiss etdim ki, mənim uğurum bu peşədə deyil”
Mədəniyyət sahəsinin tanınmışları ilə vaxtaşırı müsahibə edirik. Budəfəki həmsöhbətimiz tanınmış rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Rejissorla “Azərbaycanfilm” kinostudiyasında görüşüb, kinomuzun bugünkü durumu, çəkdiyi filmlərdən söz açdıq.


- Elxan bəy, geridə qoyduğumuz 2016-cı il il sizə hansı uğurlar qazandırdı, aldığınız fəxri addan başqa?

- Uğurlarım dedikdə, əslinə qalsa hər hansı bir rejissorun uğuru çəkdiyi işlərlə əlaqəlidir. Mən bu il ərzində böyük iş görməmişəm. 2015-ci ilin ortasında biz “Yarımçıq xatirələr” filmini təhvil verdik. Bu müddət ərzində bir qədər kommersiya tipli reklam çəkilişlərini etdik, səsimlə bağlı bəzi proyektlərdə iştirak etdim. Yəni qlobal bir hadisə baş verməyib.

- “Yarımçıq xatirələr”dən söz düşmüşkən, bu film haqqında ancaq mətbuatda məlumatlar izlədik, televiziyalarda görə bilmədik.

- Birincisi, mən yaydan elə bilirdim ki, film sentyabr, oktyabr aylarında televiziya ekranlarına çıxacaq. Lakin filmin yiyəsi də mən deyiləm, müəllifi hüquqları da mənə məxsus deyil, onun nə vaxt yayımlanacağı ilə bağlı informasiya daha çox kinostudiyanın direktoru Müşfiq Hətəmova və nazirliyin bu işlə bağlı kino idarəsi işçilərinə verilə bilər. Çünki müəyyən nüanslar, qanunlar var ki, o qanunlar çərçivəsində müəyyən müddət keçməlidir, sonra ekrana çıxmalıdır. Bəzi siyasi məqamlar da var. Yəni hər şey nəzərə alınır. Ola bilsin ki, yaxın günlərdə ekranlara çıxar. Mənə elə gəlir ki, təkcə köhnə kinolar deyil, bugünkü kinoların da yayımı üçün televiziyaların hər biri vaxt ayırmalıdır, müəyyən öhdəçilik götürməlidirlər.

- Maraqlıdır ki, son çəkilən filmlərin əksəriyyəti beynəlxalq festivallara hesablanıb, Azərbaycan tamaşaçısına təqdim olunmur. Bu barədə sual verəndə bildirirlər ki, həmin film yalnız festival üçün nəzərdə tutulub. Azərbaycan tamaşaçısının istəyi bu gün niyə ikinci planda qalır?

- Əslinə qalsa, doğru sistemin içində bir neçə istiqamətdə filmlər olur: Festivallar, daxili bazar, milli ideologiyanı nümayiş etdirən və dünyəvi tolerant fikirlərlə həmrəy olmaq istiqamətində çəkilən filmlər və sairə. Bu gün deyə bilmərik ki, niyə bu və ya digər film məhz festival üçün nəzərdə tutulub, bu, pisdir. Çoxşaxəlilik nöqteyi-nəzərindən əgər vaxtilə dövlət strukturlu 10 film çəkilirdisə, onun 4-7-si kinoteatr, təxminən 3-4-ü televiziya üçün nəzərdə tutulan bədii filmlər idi. Bu gün isə ümumilikdə 3-4 film çəkilir. Həm maliyyə çətinlikləri, həm də dünya kino bazarında kinonun dəyərinin qalxması, bizdə büdcələrin azalması və sair səbəblərdən dövlət strukturu üçün böyük kino çəkmək çətin olur. Mən çox ümidliyəm, Azərbaycan dövlət kinosunun inkişafı yenə də gəlib həmin mərhələyə çatacaq ki, biz ildə məhz sırf öz tamaşaçımız, həm də dünya tamaşaçısı üçün nəzərdə tutulan 7-10 film çəkəcəyik. Ümumiyyətlə, sənətin ilk vəzifəsi daxili bazarda öz cəmiyyətini tərbiyə etmək, onu tarazlamaqdır. İkinci növbədə isə bəli, milli düşüncə tərzimizi dünyaya nümayiş etdirməkdir və bu nə qədər maraqlıdırsa, onu dünya həll edir. Amma bir daha qeyd edirəm, incəsənətin vəzifəsi daxili bazardır.

- Uşaqlıqdan məşhur filmlərə çəkilən Elxan Cəfərov niyə sonralar öz ampluasını dəyişib aktyorluqdan rejissorluğu seçdi? Aktyorluq sənətində sizi qane etməyən nüanslar var idi, yoxsa?

- Yox, sadəcə, hər hansı peşəni seçirsənsə, o peşə üçün doğulmaq lazımdır. İnsan öz daxilində hiss edir ki, onun uğuru bu peşədə deyil. Mən də onu hiss etdim ki, mənim uğurum bu peşədə deyil. Lakin bunu gənclik vaxtlarında düşünürdüm, indi məni uğur maraqlandırmır, görəcəyim işin məzmunu maraqlandırır. Doğrudur, rejissorlar var ki, aktyor kimi də iştirak edir. Lakin mən gördüm ki, ekranda çox sənədiyəm. Yəni rejissorların əksəriyyətində belə olur, həddindən artıq sənədi baxışları, simaları olur.

- Məşhur “Şir evdən getdi” filmində qəhrəmanlardan biri olmusuz. Sizcə, niyə bu gün bu tipdə uşaqları təəccübləndirən, maraqlandıran filmlər çəkilmir? Bir rejissor kimi belə bir film çəkməyi düşünmüsüz?

- Bəli. Uşaq filmləri kinonun ən çətin növüdür və böyük maliyyə tələb edən işlərdir. Demirəm ki, bizim büdcəmiz 100-200 milyon olmalıdır. Biz kiçik büdcə ilə də onu əldə edə bilərik. Amma kiçik dediyimiz 100 milyondan az olmalıdır. Nağıl çox bahalı bir işdir. Uşaqlar isə nağılı çox sevirlər. Mən çox böyük məmnuniyyətlə qeyd etmək istərdim ötən il təqdim olunan “Dərs” filmini. Bu, çox gözəl bir cəhd, hadisə idi. O filmdə dramaturji baxımdan bir sadəlik var. Hadisə uşaqların arasında baş verdiyindən mən buna daxilən daha çox inandım.

- Bir az öncə qeyd etdiniz ki, bu cəhd idi. Bəziləri də bunun yalnız cəhd olduğunu, filmin o qədər də uğurlu alınmadığı barədə iradlarını bildirdilər.

- Ən çətin işdir uşaqlarla çalışmaq. Mən bir il bundan əvvəl Hari Poter filminin çəkilişlərinə baxdım. Deməli, səhər saat 7-nin yarısı hər bir uşağı evdən individual avtomobil, assistentlər götürür, 7-də artıq kinostudiyaya daxil olurlar, 8-in yarısı səhər yeməyi olur, 8-10 arası geyimlərini geyinirlər və hər bir aktyor, uşaq üzərində çalışırlar. Assisent uşağın həm qəyyumu, valideyni olur, yəni kompleks şəkildə işləri öz üzərinə götürür. Artıq saat 10 tamamda uşaqlar hazır çəkiliş meydançasında olurlar. Məhz uşaqlara belə sistemdə işləmək lazımdır. Böyüklərlə işləyəndə demək olur ki, “5 dəqiqə gözlə başqasını qrimləyək, sonra sənə yaxınlaşarıq”. Amma bunu uşaqlara etmək olmur, bir də ayılırsan ki, uşağın biri yoxdur. Bəs nə oldu? Sən demə, başqa yerə gedib çıxıb. Onu gətirmək vaxt və sairə tələb edir. Yəni çox çətindir, necə ki, məktəb sistemi var, uşaq filmlərinin də çəkilişi üçün özünün bir sistemi olmalıdır. Özüm də çox böyük məmnuniyyətlə nağıl çəkmək istərdim.

- Aktyor kimi çəkildiyiniz sonuncu film hansı olub?

- (Fikrə gedir)... “Beş mərtəbəli evin altıncı mərtəbəsi”.

- Bu film bir qədər sönük alındı deyə bilərikmi?

- Ümumiyyətlə, onun çəkildiyi dövr qəliz dövr idi. O vaxtın texnikası və s. çox çətin idi.

- “Təhminə” filmindən sonra onun bənzərinin çəkilməsinə nə ehtiyac var idi?

- Bu, indiki kommersiya filmlərinin ilk cücərtiləri idi. O filmin sponsorları, sifarişçiləri var idi, məhz alternativ bir film idi. Həmin vaxt “Təhminə və Zaur” mövzusu çox geniş yayılmışdı. Yeni kommersiya faktoru nöqteyi-nəzərindən alternativ, dəfələrlə az büdcə və imkanlar ilə film yaratmaq olurmu deyə çəkilmişdi. Həmin vaxt araşdırmalar dövrü idi. Mən o filmi ilklərdən olan bir film kimi dəyərləndirirəm.

- Maraqlıdır, bəs həyatınızın Təhminəsi olubmu?

- Ooo... Təhminələr, bilirsiz... Fikir vermişəm, əksər aktrisalar Təhminə rolunu oynamaq istəyirlər. Bu, nə ilə bağlıdır? Bir maraqlı nəzəriyyəyə görə insanlar birinci genetik yaddaşa malikdirlər və bu qanla, genetik yaddaşda insanda mütləq azadlıq arzusu var. Mütləq azadlıq arzusu hər bir insanın qəlbində var və rol ifa olunduğu anda şərtilik aktrisaya tam daxili qadın azadlığını, düşüncə tərzini büruzə verməyə rahat imkan verir. Həyatda Təhminə olmaq həddindən atıq çətindir, yəni o cür düşüncəli Təhminə olmaq, sevgili olmaq və sadəcə, bir düşüncəsiz, bəsit insan deyil, ziyalı əqidəsi və qəlbi olan insan olmaq. Həmin əsərdə sevginin gözəl bir azadlıq məqamı var. Onu müxtəlif dövrlərdə müxtəlif insanlar yaşlarının müəyyən həddində yaşayırlar. Mənim də eyni zamanda müəyyən bir vaxtım olub. Amma deməzdim ki, lap belə, həyatımın Təhminəsi olub. Amma yaradıcı insanıq, bizim üçün bütün gördüyümüz xanımlar bir nəzər nöqtəsidir, düşüncə tərzidir, təxəyyül üçün bazadır.

- Bir az öncə bu sualı vermək istəyirdim, lakin araya digər söhbətlər qarışdı. “Şir evdən getdi” filmində hansı maraqlı hadisələr yaşamısız? Ümumiyyətlə necə oldu ki, o filmə düşdünüz?

- Maraqlı xatirələr barədə çox danışmışam. Lakin mənim üçün çox maraqlı bir məqam var. Mənim 9 yaşım vardı, nağıl dünyasına çox inandığım bir dövrüm idi. Doğrudur, artıq bilirdim ki, nağıllar real deyil, daxili bir küskünlük var idi ki, heyf, nağıllar real deyil. Sonra fikirləşirdim ki, yox, keçmişdə belə bir şey olub, sonra o dövr keçib. İlk dəfə “Gənclik”də uşaqlarçün dəmir yolu var idi. O ərazidə böyük bir park salınmışdı, orada heyvanlar üçün böyük bir dekorasiya qurmuşdular. Yadımdadır heyvan dekorasiyasına atdığım ilk addım, bax o mənim üçün çox maraqlı idi. Mən faktiki bir məkana girdim, nağılın çox maraqlı bir formatını gördüm. Yenə də başa düşərək ki, bu, reallıq deyil, reallığın əksidir, amma uşaqlıq düşüncəm üçün çox maraqlı idi. Orada heyvanlarla guya təmas qururdum, onda sanki nağıl dünyasının oyunlarını qəbul etdim, şirlə şir kimi, zürafə ilə zürafə kimi danışmağa başladım. Çox maraqlı bir hiss yarandı içimdə. Bax o məqam mənim üçün maraqlı idi.

- Xanımınız olan aktrisa Gülzar Qurbanova sizin son 3 filminizdə rol alıb. Maraqlıdır, başqa rejissorların da diqqətini cəlb edə bilirmi? Yoxsa digər peşəkar aktrisalarımız kimi o da bu məsələdə narazıdır?

- Yox, yox. Ümumiyyətlə, mən Gülzar xanıma təvazökarlıqdan uzaq olsa da, təkcə həyat yoldaşım kimi deyil, ona peşəkar aktrisa kimi baxıram. Gülzar xanım doğrudan da böyük, daxili nəhəng bir aktrisadır. Hər zaman filmlərim üçün aktyor seçəndə onunla məsləhətləşirəm. Yadımdadır, “Dolu” filminə aktrisa axtarırdım. Dedim ki, “Gülzar, mənə 18 yaşında oğlu şəhid olan ananı canlandıran aktrisa lazımdır”.

Dedi ki, “düşünərəm”. Bir-iki gündən sonra dedi ki, “Elxan, qızımızın 18 yaşı var, bəlkə mən oynayım o obrazı?” Əvvəlcə dedim ki, yox, nə danışırsan, sən hələ gəncsən, görkəmcə 18 yaşlı övladın olmağın hiss olunmur. Sonra düşündüm ki, istehsalat prosesinin texniki və psixoloji problemləri, yeni bir aktrisanı tapmaq, o prosesləri aparmaq və sairə var, buna görə yaxınlığımda olan Gülzar xanımı bu obraza çəkdim. Daha sonra isə “Yarımçıq xatirələr” filminə dəvət etdim... Bəli, Gülzar xanım mənim filmlərimdən başqa digər filmlərə də çəkilir. Hətta mən filmi bitirib digər filmə başlayana qədər Gülzar xanım artıq 3 filmə çəkilir, bəzən gənclərin də filmlərinə çəkilib köməklik edir.

- Gülzar xanım fəxri adı da sizdən bir neçə il əvvəl alıb. Halbuki siz uşaqlıqdan filmlərə, özü də məşhur filmlərə çəkilmisiz. Bu, sizdə qısqanclıq yaratmırdı?

- Yox, qətiyyən. Bir də axı o mənim həyat yoldaşımdır. Biz çox sevindik, bu, bizim ailəmizin uğuru idi.

- Otağa daxil olanda ilk məni cəlb edən onun portreti oldu. (Şəkil məşhur “Ölsəm bağışla” filmindən çəkilib - X.G.) Hiss olunur ki, hələ də Gülzar xanımı həmin gənclik məhəbbəti ilə sevirsiz.

- Bu plakatı mənə dostum Rəşad fonddan verib. Onu çərçivəyə salıb evə apardım. Lakin Gülzar xanımın nəsə çox da xoşuna gəlmədi gənclik şəkli. Gətirdim otağıma taxdım... Gülzar xanım mənim üçün bir simvoldur. Elxan haqqında danışanda mütləq Gülzar haqqında düşünülür, onun haqqında danışılanda mənim barəmdə düşünülür. Yəni bu, artıq taledir, mən bundan çəkinmirəm, sevinirəm.

- “Dolu” filminə gələk. Film ekranlara gəldi, xeyli rəğbət qazandı, lakin “romandan zəif alınıb”deyə iradlar da səsləndi.

- Ümumiyyətlə, hər hansı bir iş olanda onun həm əleyhdarları, həm də tərəfdarları Əleyhinə olan fikirlərlə də razıyam, amma elələri də var ki, çox yanlışdır, qərəzlidir. İkincisi də mən çox sevinirəm ki, bu film müzakirə predmetinə çevrilib, çox maraqlıdır. Çünki “Dolu” filmindən öncə bizdə daxilən bir sönüklük var idi, alınmaz deyə. Bu film kütləvi surətdə yayımlanan ilk yeni Azərbaycan filmlərindən biridir. Və oradakı vacib məqamlardan biri də filmin baxımlı olması faktoru, kadrın içində bir neçə kameranın işləməsi, kaskadyor qrupunun peşəkarlığı, biz azərbaycanlı kimi mənim böyük arzumun yerinə yetməsi idi...
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Bu gün, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Bu gün, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Bu gün, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru