Arif Əsgərov hansı naziri çətin vəziyyətdə qoymaq istəyib? - Ölkənin baş dəmiryolçusu ilə bağlı müəmmma
Tarix: 10-07-2014, 11:19 | Çap et
 Dünən mətbuatda belə məlumat yayıldı ki, Hesablama Palatası auditorları “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıb. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb.
Yayılan bu xəbərə Hesablama Palatası aydınlıq gətirib. Palatanın Mətbuat Xidmətinin rəhbəri Nailə Qazıyevanın açıqlamasından belə başa düşmək olar ki, adıçəkilən xəstəxanada korrupsiya faktlarının olması barədə deyilənlər həqiqətəuyğundur. Belə ki, mətbuat xidməti rəhbəri bildirib ki, yoxlamaların nəticəsi və aşkarlanan faktlar kollegiyada təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək: “Hesablama Palatasının əsas funksiyalarından biri də audit yoxlamalar aparmaqdır.Təsdiq olunmuş qaydalarımız var ki yoxlama baş çatmamış bu barədə məlumat verə bilmərik. İyun ayının 12-də keçirilən kollegiya iclasında dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramı müzakirə edilərək təsdiq olunub. Yoxlama işləri hələ davam edəcək.Yoxlamanın nə vaxt yekunlaşacağını bilmirik”. Ən ilginc məqam isə korrupsiya hallarının aşkara çıxarıldığı Dəmiryolçular Xəstəxanasının hansı quruma aid olduğudur. Belə ki, bu səhiyyə müəssisəsinin Arif Əsgərovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında fəaliyyət göstərdiyi bildirilsə də, adıçəkilən qurum bunu üzərindən atıb. Əsgərovun QSC-sindən həmin xəstəxananın onlara tabe olmadığı bildirilib. Qurumun mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov Dəmiryolu xəstəxanasının idarəyə aid olmadığını, Səhiyyə Nazirliyinin tərkibində olduğunu söyləyib: “Bizim dəmiryolçular o xəstəxanada müalicə ala bilərlər. Amma o xəstəxana Dəmiryolu İdarəsinin deyil. Ora Səhiyyə Nazirliyi baxır. Gedib onlardan soruşun!” Bir sözlə, Arif Əsgərovun rəhbəri olduğu QSC məsuliyyəti Səhiyyə Nazirliyinin - yəni Oqtay Şirəliyevin rəhbəri olduğu qurumun üzərinə atıb. Amma Şirəliyevin nazirliyindən isə xəstəxananın onlara aid olmadığını söyləyiblər. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Səhiyyə Nazirliyinin yoxlama və onun acınacaqlı nəticələri barədə məlumatı yoxdur: “Dəmiryolu xəstəxanası Dəmiryolu İdarəsinin nəzdində olan MMC-nin tərkibinə daxildir. Həmin tibb idarəsi Səhiyyə Nazirliyinin balansına tabe deyil. Biz ora işçi götürə bilmirik. Səhiyə Nazirliyi həmin xəstəxanaya təyinat həyata keçirmir”. Bir sözlə, Şirəliyevin nazirliyi Arif Əsgərovun rəhbəri olduğu qurumun yalanını çıxarıb, aydınlaşıb ki, adıçəkilən xəstəxana dolayı yolla da olsa "Azərbaycan Dəmir Yolları" QSC-yə tabedir. Belədə Əsgərovun idarəsinin ortaya çıxan korrupsiya halları səbəbi ilə məsuliyyəti üzərindən atmağa çalışdığı qənaəti yaranır. Bizim başqa mənbələrdən dəqiqləşdirdiyimizə görə də Dəmiryolçular Xəstəxanasının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və bu tibb müəssisəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin tərkibindəki strukturlardan birinə məxsusdur. Beləliklə, Arif Əsgərovun korrupsiya faktlarının üzə çıxdığı xəstəxananın məsuliyyətini özündən kənarlaşdırıb Səhiyyə Nazirliyinin üzərinə atdığı məlum olur. Buna səbəb də yuxarıda da dediyimiz kimi, onsuz da mütəmadi korrupsiya qalmaqalları yaşayan QSC rəhbərliyinin növbəti belə bir halla üzləşmək istəməməsi ola bilər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|