Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                 

Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib - yeni faktlar
Tarix: 6-09-2018, 09:03 | Çap et
Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib
Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin bu günlərdə işdən çıxarılan rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli”, “torpaq alverçisi” kimi tanınan Məharət Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılmışdı. Həmin məqalələrdə onun Gəncədə vətəndaşlara saxta sənədlə torpaq verməsi, müxtəlif adamlardan pul alıb, sonra aldatması ilə bağlı çoxsaylı faktların olduğunu bildirmişdik.

Məharət Mustafayev haqda redaksiyamıza növbəti ilginc məlumatlar daxil olub. Xəbəri verən mənbə deyir ki, M.Mustafayevin Elmar Vəliyevə arxalanaraq törətdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Mənbə iddia edir ki, M.Mustafayevin adı uzun illər törədilmiş qətl işində də keçir. Amma bu haqda dəqiqləşdirmələr apara bilmədiymizdən həmin məsələnin detallarını dərc etmirik.

Qaynaq qeyd edir ki, Məharət Mustafayev Gəncənin Nizami rayonunun icra başçısı olarkən, habelə o vəzifədən azad edilib Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işlədiyi müddətdə bir neçə təmir-tikinti şirkətinin sahibinin başına müsibətlər gətirib: “Məharət Mustafayev kriminal davranışlı adamdır. O, hətta bir neçə il öncə Elmar Vəliyevə xoş gəlsin deyə, Gəncədə abadlıq işləri aparan, lakin müəyyən səbəbdən 1-2 gün işi gec yekunlaşdıran şirkətin rəhbər şəxslərini başının dəstəsi ilə şəhərin ortasında döymüşdü. Bir neçə şirkətə isə Gəncədə abadlıq işləri gördürərək, pullarını verməyib”.

Mənbə daha sonra bildirir ki, Məharət Mustafayevin problemlər yaratdığı şirkət rəhbərlərindən biri də Nizami Həsənovdur. Sitat: “Nizami Həsənovun ”Kolani MMC" adlı şirkəti var. O, çox yaxşı, bacarıqlı mühəndisdir və gördüyü işlər hamının xoşuna gəlib. Onun şirkəti Gəncənin abadlaşdırılması işinə cəlb edilmişdi. Nizami Həsənov 2011-2013-cü illər ərzində Gəncədə Dram Teatrını, Filarmoniya binasını tam, əsaslı təmir edib. Həmçinin şəhərin bir sıra ərazilərinin abadlaşdırılması işini görüb, Heydər Parkının təmirini edib. Həmin vaxt Məharət Mustafayev Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi və “Kolani MMC”nin sifarişçisi də onun rəhbərlik etdiyi icra hakimiyyəti idi. Faktiki olaraq, dövlət sifarişi ilə görülən işlər üzrə tərtib olunan “Forma-2" adlı sənəd məhz Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Məharət Mustafayevin imzası və möhürü ilə təsdiqlənib. Həmin vaxt Nizami Həsənov işləri görüb, başa çatdırandan sonra ona yaranmış 1 milyon 538 min manat borcu ödəmək istəmədilər. Baxmayaraq ki, Məharət Mustafayev imza ataraq, möhür vuraraq ”Forma-2"də yazıb ki, “Kolani MMC”yə 1 milyon 538 min manat borcu var, onu qısa müddətdə ödəyəcək. İş adamına, sadəcə, söz verdilər, 1 manat da olsun pul vermədilər".

Mənbə bildirir ki, bundan sonra Nizami Həsənov tam müflis olub, şirkəti iflic vəziyyətə düşüb. Abadlıq işləri üçün işlədilən tikinti materiallarını müxtəlif firmalardan nisyə götürdüyü üçün həmin firmalara küllü miqdarda borcu yaranıb. Mənbə həmçinin iddia edir ki, Nizami Həsənovu nisyə tikinti materialları aldığı adamlar sıxışdırırdı. İş adamı təzyiqlərə dözməyərək intihara cəhd etmişdi. Son anda onu xilas etmək mümkün olmuşdu. Sitat: “Bundan sonra Elmar Vəliyev səs-küy yaranacağından ehtiyatlanaraq, onu yanına çağırıb borcun əvəzində Gəncə ətrafında 150 hektar torpaq təklif etmişdi. Ora isə tam yararsız bir ərazi idi, nə satmağa yarayırdı, nə də əkin-biçinə. Nizami Həsənov oranı borc əvəzinə götürməyib ki, ona şirkətlərə ödəməyə nağd pul lazımdır. Bundan sonra Məharət Mustafayev demişdi ki, ”indi heç torpağı da vermirik, get nə bilirsən elə". Faktiki olaraq Məharət Mustafayev dövlətin təmir-tikinti üçün ayırdığı, “Kolani MMC”yə verilməli olan 1 milyon 538 min manatı mənimsəyib. Nizami Həsənov da bu gün çox ağır bir durumdadır, 5 ildir onun başına müsibətlər gətiriblər".

Mənbə bildirib ki, Məharət Mustafayevin əməlləri bununla bitmir: “Onun borclu olduğu, daha doğrusu, dövlət layihəsi üzrə iş gördürüb xeyli pulunu mənimsədiyi digər şirkətlər də var. Həmçinin Məharət Mustafayev işdən çıxarılandan sonra Gəncədə yüzlərlə vətəndaş müxtəlif aidiyyəti qurumlara şikayət edərək bildirib ki, Məharət Mustafayev onlara torpaq satıb, ancaq sənəd verməyib, yaxud pullarını alıb, torpaq sahəsi verməyib”.

Qaynaq qeyd edir ki, yeni icra başçısı Niyazi Bayramovun göstərişi ilə Məharət Mustafayevin əməllərinin araşdırılması üçün yaradılan komissiya işini davam etdirir: “Heç şübhəsiz ki, Məharət Mustafayev yol verdiyi ağlasığmaz qanunsuzluqlara, ağır cinayət xarakterli əməllərə görə cavab verəcək”.

Redaksiya yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə, qəzetdə çap etməyə hazırdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru