"Şikayətim Jetex.az karqo şirkətindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Asiya Salahli adlı istifadəçi gileylənir. (dia-az)
Narazı vətəndaş daha sonra bildirir: "İyul ayında sifariş balansımı artırmışdım ki, şirkət mənim üçün sifariş etsin, lakin məhsul bitdiyi üçün saytda müraciət yazıb ödədiyim məbləğin kartıma geri qaytarılmasını rica etdim. Həmçinin, instagram hesablarında da müraciətimi xatırlatdığım zaman "Müraciətlərə bir həftə ərzində baxılır" deyə bildirildi. Daha sonra dəfələrlə müraciətimi xatırlatmağıma baxmayaraq, "Bu həftə alınmadı, gələn həftə qaytarılacaq" desələr də, görürəm ki, heç bir hərəkət etmək fikirləri yoxdur. (dia-az)
Ödədiyim məbləğ çatdırılma haqqı üçün kifayət qədər böyük məbləğ olsa da, həmin məbləğin daşınma balansıma belə keçməsinə razıyam, amma Jetex bunu da eləmir və mən məcuburam ki, hesabda pulum qaldığı halda hər dəfə daşınma balansımı artırım, əks halda bağlamamı təhvil vermirlər". (dia-az)