Naxçıvanda məktəblərin istilik təchizatı kombi sistemi ilə təmin olunacaq.
Bu barədə İqtisadiyyat.az muxtar respublikanın Təhsil Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirliyin tabeliyində olan 30 təhsil müəssisəsində istilik sistemlərinin binanın çölündə qurulacaq kombi sistemi ilə əvəz olunmasına dair müvafiq iş və xidmətlər həyata keçiriləcək.
Nazirlik bu işləri qeyd olunan sahədə ixtisaslaşmış “Besttexnik” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 580 min manatdan çoxdur.