AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                     İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi .....                     Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi .....                     İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... .....                     Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək .....                     “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat .....                     Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir .....                     Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib .....                     Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər .....                     “Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib .....                     Deputat Bakıdakı tıxacdan şikayətçidir .....                     İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı .....                     Xəzər Universitetinə rektor təyin edilib .....                     Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər .....                 

Bakıdakı “toy mafiyası” əndişədə - RƏY
Tarix: Bu gün, 11:35 | Çap et

Yas israfçılığının qarşısı alındıqdan sonra toylarda necə qayda-qanun yaratmaq olaq? Ekspert: "Toylar, sadəcə, ailə qurmaq üçün təşkil olunan şənliklər deyil, israfçılıq, harınlıq və görməmişliyin nümayişinə çevrilib"

İslam dinində israfçılıq günah hesab edilir. Quranda yemək-içmək barədə ayə var ki, yeyin-için, israf etməyin, deyilir. Dəfələrlə yazılsa da, maarifləndirmə işləri aparılsa da, toy və el şənliklərində yol verilən israfçılıq aradan qalxmır. İnsanlar bir-birinin bəhsinə, “süfrəm çoxçeşidli olmasa, filankəs nə deyər” fikirlərinə görə kompleksə girir, dəbdəbəli məclislərdən əl çəkmir.

Toy mərasimlərini diqqətlə araşdıranda məlum olur ki, arxasında ciddi bir maddi marağı olan şəbəkələr var. Bunlar günü-gündən çoxalan şadlıq evləridir. Bu şəbəkələrin sahibləri maraqlıdırlar ki, ölkədə bu cür toy mərasimləri daha da çoxalsın. Əhalinin əksər hissəsinin heç o toylara getmək imkanı yoxdur. Əhalinin orta aylıq əməkhaqqı 300 manatdan bir az artıqdır və bu da onun gündəlik və kommunal xərclərini ancaq görə bilər. Əgər həmin insanı bir ayda 3-4 toya çağırıblarsa, bu bir ailə üçün ciddi maddi sınaqdır.

Toy biznesindən ən böyük fayda götürən sahə təbii ki, şadlıq saraylarıdır. Hazırda Bakı ərazisində təxminən 600 şadlıq sarayı fəaliyyət göstərir. Ortalama 1 şadlıq sarayı üçün menyunu 40 manat götürsək 300 nəfərdən əldə olunan gəlir 12 min manat edər. Əgər bunu 150 şadlıq sarayı üçün nəzərə alsaq, bir gün ərzində şadlıq saraylarının azı 1,8 milyon gəlir götürdüyü dəqiqləşir.

Ekspertlərə görə, bu məsələnin həllində inzibati üsullar rol oynaya bilər, ancaq bunun üçün maarifləndirməyə də ehtiyac var. Yaxşı olar ki, ziyalılar, məmurlar, incəsənət xadimləri kimi tanınmışlar şəxsi nümunə göstərsinlər. Özlərinin toy mərasimlərinin yığcam və sadə şəkildə keçirməklə, belə bir dəb yarada bilərlər. Tanınmış insanlar 50-80 nəfərlik toy eləsə, bu, dəb ola bilər. 300 nəfərlik toy məclisi üçün ərzaq səbətinin əsas hissələri 180 kq ət, 110-120 şüşə araq-çaxır, təqribən 200 şüşə sərniləşdirici içkilər, 15 kq kolbasa və sairdir. Bundan başqa, hər şadlıq evində məclis zamanı ofisiant və digər qisimdə 40-a qədər işçi çalışır.

Toy məclislərinin ən böyük tələbat yaratdığı sahə ət və ət məmulatlarıdır. Ətin də qiyməti son aylarda qalxaraq 20 manata çatıb. Toy məclislərinin ayrılmaz atributu araq-çaxırdır. Yeri gəlmişkən, Məhərrəmlikdə toyların dayandırılmasının bir səbəbi də məclislərdə içkinin verilməsidir. Orta hesabla hər məclisdə 120 şüşə araq-şərab verilir (80+40 nisbətində). 1 şüşə içkinin qiymətini ortalama 10 manatdan götürsək, bu bir toyda 1200 manat, 150 şadlıq sarayında isə 180 min manat dövriyyə deməkdir. Bir ay ərzində toylarda spirtli içkilərə xərclədiyi vəsait isə 5,5 milyon manat ətrafındadır.

Bəs hər kəsi “dərd”ə salan yas israfçılığından sonra toy mafiyasından necə xilas olaq?

Sosioloq Elçin Bayramlıya görə, müasir dövrdə Azərbaycanda keçirilən toy mərasimləri getdikcə milli və insani dəyərlərdən uzaqlaşmaqdadır. O bildirir ki, bugünkü toylar artıq sadəcə ailə qurmaq üçün təşkil olunan şənliklər deyil, israfçılıq, harınlıq və görməmişliyin nümayişinə çevrilib: "Toy zallarında yüksələn səs-küy, süfrələrdə israf olunan saysız-hesabsız nemətlər, içində olmaq çətin olan bir şou atmosferi - bunların hamısı cəmiyyətin mənəvi deqradasiyasının göstəricisidir".

Ekspertin fikrincə, bu cür toylar yalnız mədəni deyil, həm də sosial problemlərə yol açır. Yeni qurulan ailələr çox vaxt ağır borc yükü altına girir, toya qatılan qonaqlar isə böyük məbləğlərdə vəsait xərcləyərək özlərinə deyil, şadlıq sarayı bizneslərinə sərmayə qoymuş olurlar. Toy mərasimləri artıq ailə institutuna dəstək yox, zərbə vurur. E.Bayramlının qənaətincə, bu vəziyyəti təkcə maarifləndirmə ilə dəyişmək mümkün deyil. Artıq illərdir bu cür çağırışlar edilir, lakin nəticə yoxdur. Buna görə də sosioloq hesab edir ki, məsələnin həlli inzibati çərçivələrin müəyyənləşdirilməsindən keçir. Onun fikrincə, sadə və təvazökar toyların keçirilməsinə dair dövlət səviyyəsində qaydalar hazırlanmalı, parlamentdə müzakirələr aparılmalı və səs terroru kimi insan sağlamlığına zərər vuran hallar qadağan edilməlidir.

Elçin Bayramlı xüsusi olaraq ziyalı təbəqənin - alimlərin, məmurların, deputat və nazirlərin - bu sahədə nümunə olmasının vacibliyini vurğulayır. Onlar ilk olaraq öz toylarında sadəlik nümayiş etdirməli və bu yolla cəmiyyətə mesaj verməlidirlər. Çünki ictimai davranış modelləri yuxarı təbəqədən aşağıya doğru formalaşır.

Sosioloqun sözlərinə görə, bir çox ölkələrdə dəbdəbəli toylar qanunla qadağan olunub: “Xüsusilə dövlət və biznes sektorunda çalışanlara belə mərasimlər keçirməyə icazə verilmir. Azərbaycanda da buna bənzər yanaşmalar tətbiq olunmalıdır, əks halda, toylar sevinc və ailə birliyi yox, sadəcə, "kim daha çox pul xərcləyəcək" yarışına çevriləcək".

Dəbdəbəli və israfçılıqla müşayiət olunan toy mərasimləri dünyanın müxtəlif ölkələrində də sosial, iqtisadi və mədəni narahatlıq doğuran bir məsələyə çevrilib. Məsələn, Çində bəzi bölgələrdə artıq illərdir ki, dəbdəbəli toylar və bahalı hədiyyələrə qarşı ciddi tədbirlər görülür.

Oxşar yanaşmanı Pakistan da tətbiq edir. Burada yalnız bir növ yeməyin təqdim edilməsinə icazə verilir, musiqinin səs səviyyəsi tənzimlənir və bahalı bəzəklərə, hədiyyələrə icazə verilmir. Qanunu pozan şəxsləri isə cərimələr və digər inzibati cəzalar gözləyir. Hətta Pakistanın bəzi bölgələrində Ali Məhkəmə qərarı ilə toy ziyafətləri tamamilə ləğv olunub və yalnız yüngül içkilərlə məhdudlaşdırılıb. Bu cür yanaşma cəmiyyətin aşağı təbəqələrinə iqtisadi təzyiqləri azaltmağa xidmət edir.

Mərkəzi Asiya ölkələrində də bu sahədə maraqlı və effektli nümunələr var. Tacikistan 2007-ci ildə toy və digər mərasimlərlə bağlı xüsusi qanun qəbul edib. Qanun mərasimlərin müddətini, iştirakçı sayını və təqdim ediləcək yeməklərin miqdarını dəqiq şəkildə müəyyənləşdirir. Misal üçün, toy maksimum 3 saat davam etməlidir, yalnız sadə yeməklər təqdim olunmalıdır və dəvət olunan qonaqların sayı əvvəlcədən müəyyən edilən normanı keçməməlidir. 2017-ci ildə qanuna edilən əlavələrlə nəzarət mexanizmi daha da sərtləşdirilib. Artıq “israfçı” sayılan toy süfrələri müsadirə olunur, hədiyyə siyahıları yoxlanılır və müvafiq dövlət qurumları bu prosesi ciddi şəkildə izləyir. Oxşar tənzimləmələr Özbəkistanda da tətbiq olunur.

Bir çox ölkələrin təcrübəsi göstərir ki, dəbdəbəli toylarla bağlı problem təkcə maarifləndirmə ilə deyil, konkret hüquqi tənzimləmələrlə həll edilməyə çalışılır.

Deputat Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu məsələnin qanunla tənzimlənməsinin tərəfdarı deyil. Onun fikrincə, bu maarifləndirmə yolu ilə həll olunmalıdır. O, Naxçıvan təcrübəsindən misal çəkərək bildirib ki, burada tədricən insanlar israfçılıqdan uzaqlaşıblar: “Polislə insanların başı üstündə nəzarət edərək toylarına qadağa qoymaq düzgün deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Bu gün, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Bu gün, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Bu gün, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Bu gün, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Bu gün, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bu gün, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Bu gün, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Bu gün, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Bu gün, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Bu gün, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Bu gün, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Bu gün, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Bu gün, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... - MALƏSƏF...
Bu gün, 12:52
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03
Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01
Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00
Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55
Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49
“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb - HESABAT
Bu gün, 11:39
Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” - Xalq şairi
Bu gün, 11:37
Bakıdakı “toy mafiyası” əndişədə - RƏY
Bu gün, 11:35
Azərbaycan əleyhinə rus təbliğatı güclənib - NƏ ETMƏLİ?
Bu gün, 11:08
Səhiyyə nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 11:05
Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Bu gün, 10:53
Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... - ATASI FƏRYAD EDİR...
Bu gün, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru