Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                 

QHT-lərə Dövlət Dəstəyi adı altında BÜDCƏ TALANI - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 10-04-2026, 07:02 | Çap et

Uzun müddətdir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrini təhlil edir, ayrılmış vəsaitlərin kimlərə və hansı prinsiplərlə paylandığını faktlarla ortaya qoymaqdayıq. Bu müddət ərzində araşdırmalarımızda qeyd olunan heç bir fakt təkzib edilmir... Əksinə, cavab vermək əvəzinə “Yenixeber.org” İnformasiya Portalına təzyiq göstərilərək, bloklanması yolu seçildi. Bu fakt özü-özlüyündə ölkədə azad medianın hansı vəziyyətdə olduğunu açıq şəkildə nümayiş etdirir və tənqidi fikrə qarşı dözümsüzlüyün bariz nümunəsidir. (Bu faktor başqa yazımızın mövzusu olacaq. Red.)

***

Ötən ay QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin nəticələri elan edildikdən dərhal sonra "Yenixeberorg" olaraq apardığımız ilkin təhlillər də göstərdi ki, əvvəlki illərdə müşahidə olunan problemlər aradan qaldırılmayıb, əksinə daha sistemli xarakter almaqdadır.

İlk diqqət çəkən məqamlardan biri “Gilavar Foto Klubu” İctimai Birliyinə böyük qrant kateqoriyası üzrə 45 min manat vəsait ayrılması oldu. Rəsmi məlumatlara görə təşkilat 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Halbuki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən böyük qrant müsabiqəsində iştirak edən QHT-nin ən azı 5 illik fəaliyyət tarixçəsi olmalı və bu fəaliyyət mediada geniş şəkildə işıqlandırılmalıdır.

Bu tələb formal deyil, məntiqi və zəruri bir şərtdir. Çünki böyük məbləğdə dövlət vəsaiti yalnız müəyyən təcrübəyə, institusional yaddaşa və davamlı fəaliyyətə malik təşkilatlara etibar edilməlidir. Əks halda, bu, dövlət vəsaitinin risk altına atılması deməkdir.

Məqalədən sonra “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev tərəfindən redaksiyamıza göndərilən məktubda qeyd olundu ki, təşkilat əslində 2017-ci ildən fəaliyyət göstərir, sadəcə hüquqi qeydiyyat 2022-ci ildə baş tutub. Bu arqument ilk baxışdan müəyyən məntiqə malik görünsə də, hüquqi baxımdan tamamilə əsassızdır. Çünki qaydalarda əsas götürülən meyar subyektiv iddialar və ya qeyri-rəsmi fəaliyyət deyil, məhz dövlət qeydiyyatıdır.

Ən ciddi problem isə selektiv yanaşmadır. Eyni vəziyyətdə olan digər QHT-lərə əvvəlki müsabiqələrdə açıq şəkildə bildirilib ki, onların hüquqi yaşı 1–2 il olduğu üçün nə böyük, nə də orta qrant müsabiqələrinə müraciət edə bilməzlər. Onların təqdim etdiyi 5-10 illik media materialları və fəaliyyət sübutları da nəzərə alınmayıb. Bu isə açıq-aşkar ikili standartların tətbiq olunduğunu göstərir.

Beləliklə, ortaya çox təhlükəli bir tendensiya çıxır: qaydalar mövcuddur, lakin onlar hamıya eyni şəkildə tətbiq edilmir. Bu isə hüquqi dövlət prinsiplərinə ziddir. Əgər qaydalar yalnız seçilmiş təşkilatlara uyğunlaşdırılırsa, o zaman bu sənədlərin hüquqi qüvvəsi sual altına düşür və onlar sadəcə formal alətə çevrilir.

Daha narahatedici məqam isə budur ki, bu cür hallar artıq istisna deyil, sistemli xarakter daşıyır. Məsələn, əvvəlki müsabiqələrdə fəaliyyətə yeni başlamış təşkilatlara qısa müddət ərzində on minlərlə manat vəsait ayrılması faktları da mövcuddur. Bu isə onu göstərir ki, qərarların qəbulunda obyektiv meyarlardan çox subyektiv və qeyri-şəffaf amillər rol oynayır.

Qeyd etdiyimiz kimi, ötən illərdəki qrant müsabiqələrində buna bənzər kifayət qədər fakt var və onların bir neçəsini yazılarımızda göstərmişik. Ehtiyac olarsa, bir daha da xatırlada bilərik.

Məsələn: Qalib təşkilatların sədrlərindən biri hətta “facebook” hesabında paylaşım etməklə yanaşı, mediada açıqlama verərək 2023-cü ilin noyabr ayında fəaliyyətə başladıqlarını göstərir. Üzərindən 1 il keçdikdən sonra ona “orta qrant” müsabiqəsində 17 min manat verirlər. Bu açıq qanun pozuntusu deyil, bəs nədir?

Bütün bunlar QHT-lərə Dövlət Dəstəyi Agentliyi daxilində institusional problemlərin mövcudluğundan xəbər verir. Lakin məsələ təkcə bir qurumla məhdudlaşmır. Əsas problem nəzarət mexanizmlərinin zəifliyi, ictimai hesabatlılığın olmaması və qəbul edilən qərarların müstəqil auditdən kənarda qalmasıdır. Bu isə özbaşınalıq üçün münbit şərait yaradır.

Əgər bu tendensiya davam edərsə, nəticədə QHT sektorunda sağlam rəqabət mühiti tamamilə sıradan çıxacaq, real fəaliyyət göstərən təşkilatlar kənarda qalacaq, resurslar isə daha çox “uyğun” hesab edilən subyektlər arasında bölüşdürüləcək.

Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyində tək-tək texniki pozuntular yox, sistemli idarəetmə böhranı var. Qaydaların selektiv tətbiqi, tənqidə qarşı təzyiq mexanizmləri və şəffaflığın olmaması göstərir ki, bu sahədə ciddi institusional islahatlara ehtiyac var. Əks halda, bu proseslər nəinki düzəlməyəcək, əksinə daha da dərinləşəcək.

Sonda bir daha xatırladaq ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Qarşıdakı günlərdə bu mövzuda yeni yazıları oxuya biləcəksiniz. 

Yenixeberorg.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru