“Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələrdə, o cümlədən Haqqa Məhkəməsində bir neçə iddia qaldırıb”.
Tribuna.az xəbər verir ki, bu barədə İrəvanda yayınlanan “Jamanak” qəzeti məlumat yayıb.
Bildirilir ki, rəsmi Bakı İrəvandan bir sıra məsələlərdə addım atmasını tələb edir. Həmin sırada işğal dövründə Azərbaycana vurduğu maddi ziyanın ödənilməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamlara hüquqi qiymətin verilməsi və digər məsələlər var. Erməni nəşri yazır: “Azərbaycanla Ermənistan arasında sülhdən danışılır. Lakin Bakının konkret tələbləri var. Yaxın vaxtlarda Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə, o cümlədən Haaqa Məhkəməsində qaldırdığı iddialara baxılacaq. O zaman Bakının İrəvandan nələr tələb etdiyi daha dəqiq olacaq”.









