2022-ci il 28 iyul tarixində Prezidentin Fərmanı ilə Təhsil Nazirliyinin adı dəyidirilərək Elm və Təhsil Nazirliyi adlandırıldı və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA yaradıldı.
Prezident İlham Əliyevin məlum Fərmanından məqsəd Azərbaycan Respublikasında elm və
təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsindən ibarət olub.
Lakin cari il avqust ayında apardığımız araşdırmalar göstərir ki, yeni yaradılmış Elm və Təhsil
Nazirliyi və Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)
idarəetmənin təkmilləşdirilməsi sahəsində gözləntiləri doğrultmayıb.
Bu sahədə MÜTDA-nın fəaliyyətində əsas problem ondan ibarətdir ki, orta məktəblərə direktor
təyinatı məsələsində MÜTDA və Regional Təhsil İdarələri Təhsil Nazirliyinin 18.10.2018-ci il
tarixli F-716 saylı əmri ilə təsdiq edilmiş Qaydalara zidd olaraq işlər görmüşdür. Çünki orta
məktəblərə direktor təyinatı məsələlərini tənzimləyən yeganə normativ sənəd Təhsil Nazirliyinin
18.10.2018-ci il tarixli F-716 saylı əmri ilə təsdiq edilmiş Qaydalardır.
Bu Qaydalara görə vakant direktor vəzifəsi olan məktəblərə direktor təyinatı 4 mərhələli prosesdən ibarətdir.
Yəni qüvvədə olan bu Qaydalarda şagird sayı üzrə məktəblər differensialllaşdırılmır. Daha doğrusu bu sənəddə 1- 150 şagird sayı olan məktəblərə direktorların intervyu yolu ilə təyinatı barədə bir kəlmə belə yoxdur.
Şok yaradan məqam budur ki, 1-150 nəfər şagirdi olan məktəblərə direktorların müsahibə (intervyu)
yolu ilə təyinatı ilə bağlı ETN-nin əmri ilə təsdiq edilmiş rəsmi qaydalar mövcud olmadığından
MÜTDA bu hüquqi boşluqdan istifadə edərək regional təhsil idarələri ilə birlikdə heç yerdə əsası
olmayan “qaydalar” əsasında şagird sayı 1-150 nəfər olan 600-dən yuxarı ümumi orta və tam orta
məktəblərə direktorları işə intervyu aparmaqla təyin etmiş və əmrlər vermişlər. Bu əmrlərin hamısı
qanunsuz əmrlər olduğundan etibarsız hesab olunmalı və ləğv edilməlidir.
Bir daha bəyan edirik ki, Təhsil Nazirliyinin F-716 saylı Əmri ilə təsdiq eddilmiş Qaydalardan kənar
2022-ci ilin tədris ilinin oktyabrından cari tədris ilinə qədər MÜTDA və regional təhsil idarələri
tərəfdən şagird sayı 1-150 nəfər olan 600-dən yuxarı ümumi orta və tam orta məktəblərə direktor
vəzifəsinə şəxsləri birbaşa intervyu (müsahibə) yolu ilə təyin etməsi qanunazidd olmuşdur.
Buna oxşar hal 151-500 nəfər şagirdi olan məktəblərə direktor təyin edilməsində də müşahidə
edilmişdir. Regional təhsil idarələri şagird sayı 500-dən yuxarı olan məktəblərin direktor vəzifəsinə
təyinat isə ümumyyətlə, həyata keçirməyib.
Tükürpədici məqam həm də ondan ibarətdir ki, Təhsil Nazirliyinin F-716 saylı Əmrinə zidd olaraq
şagird sayı 1-150 nəfər olan 600-dən yuxarı ümumi orta və tam orta məktəblərə intervyu yolu ilə
direktor vəzifəsinə təyinatlar barədə elanlar Mərkəzi İcra Hakimiyyəti Orqanı olan ETN-nin internet
informasiya resurslarında rəsmi Qayda adı altında yerləşdirilmişdir. Belə ki, ETN-in saytında
imzasız və tarixsiz informasiyalar yayılmaqla elan edimişdir ki, guya 1-150 nəfər şagirdi olan
məktəblərdə direktorların işə qəbulu müsahibə (intervyu) yolu ilə keçirilir. Bu mülahizənin heç bir
hüquqi əsası yoxdur.
MÜTDA və Regional Təhsil İdarələri unudurlar ki, ETN Mərkəzi İcra
Hakimiyyəti Orqanıdır və bütün qaydalar yalnız və yalnız Nazirliyin əmri ilə təsdiq edilməlidir.
Nazirliyin əmrindən kənar elan edilmiş və yayılmış bütün qaydalar sadəcə qanunsuz hallardır. Bu
məsələ təcili şəkildə Baş Prokururluqda araşdırılmaldır ki, ETN saytında yayılmış saxta qaydalar
hansı əsasda yayılıb. Təhsildə bu cür qanunsuzluğa qarşı mübarizə aparmaq milli təhlükəsizlik
məsələsidir.
Rahim Axundov