Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanın ona çox yaxın olması ilə bağlı iddiaları rədd edib.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Bəziləri deyirlər ki, Paşinyan mənim mənəvi övladımdır. Mən belə bir söz deməmişəm”, - sabiq prezixent qeyd edib.
Jurnalistlər Paşinyanın 2008-ci ildə onun yanında olduğunu xatırlatdıqda Petrosyan deyib: “O vaxt çox insan mənim tərəfimdə dayanırdı, hamı çox yaxşı işləyirdi, o cümlədən Nikol”.
2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən inqilaba dair sualı cavablandıran Levon Ter-Petrosyan vurğulayıb:
“Qopan fırtınanı necə necə qiymətləndirməmək olar? Bu, elə bir fırtına idi ki, adam bacardı. Adam qarşısına qoyduğu məqsədə çatdı. Bunu qiymətləndirmək lazımdır”.