"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                     Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu .....                     Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti .....                     Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                 

Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:47 | Çap et

8 sentyabr 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüş zamanı cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin - Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın son onilliklər ərzində Orta dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb. Orta dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.

Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub. Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, az öncə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Zəngəzur dəhlizi ilə bağlı tezliklə Ermənistana gedəcəyi haqda məlumat yayılıb.

Bu səfərlərin önəmi nədir? ABŞ Tramp yolunun açılışına hazırlıq işlərinə start verib?

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikintisi işlərinin gələn il tamamlanması nəzərdə tutulur. Bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: “Qars-Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzur dəhlizinin istismara verilməsi ilə Orta dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, ötən il Çindən Avropa istiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir.

Ermənistan Xarici İşlər Nazirliyi yaxın vaxtlarda ABŞ tərəfi ilə bir sıra müzakirələrin aparılacağını bildirib. Qurumun mətbuat katibi Ani Badalyan “Azatutyun” radiosuna açıqlama verib. Onun sözlərinə görə, gündəlikdə olan məsələlərdən biri də “Tramp yolu” layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi ilə bağlı olacaq: “Amerika tərəfi ilə yaxın günlərdə müzakirələr nəzərdə tutulur, o cümlədən "Tramp yolu"nun həyata keçirilməsi istiqamətində. ABŞ tərəfdaşlarının İrəvana səfəri və müzakirələrin detalları barədə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq", - deyə Badalyan bildirib. ABŞ tərəfinin səfərinin tarixi və gündəliyi barədə məlumatın sonradan dəqiqləşdiriləcəyi gözlənilir.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu səfərlərin xüsusi əhəmiyyəti var: “Vaşinqtonda əldə edilən razılaşmaların yerinə yetirilməsinin sürətini artırmaq lazımdır. Çünki razılaşmanın əleyhdarları da çoxdur və həmin qüvvələr fəallaşıblar. Misal üçün, Rusiya rəsmiləri Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladıqları müqaviləyə ilk günlər səbirli yanaşır, razılaşmanın əleyhinə açıqlama vermirdilər. Bu onunla əlaqəli idi ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının dəvəti üzərinə Trampla Alyaskada görüşə hazırlaşırdı. Bu ərəfədə Kreml sahibinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əleyhinə açıqlamalar verməsi doğru sayılmırdı. Bu, Trampın səylərini şübhə altına almaq anlamına gələrdi. Vaşinqtonda imzalanan müqavilədən bir ay keçib və zaman keçdikcə rusiyalı rəsmilər Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları müqavilənin əleyhinə açıqlamalar verməyə başlayıblar”.

Politoloq qeyd etdi ki, Kreml, həmişəki kimi, xarici işlər naziri Sergey Lavrovu qabağa verib: “O, Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, iki zəruri əlavəsini də unutmayıb. Birincisi, Lavrov deyib ki, Rusiya razılaşmaların icrasını yaxından izləyir. İkincisi, Lavrovun fikrincə, müqavilə ilə bağlı ilkin müsbət rəylər tədricən skeptik qiymətləndirmələrlə əvəzlənib və guya sənəddə hər şey razılaşdırılmayıb. Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir. Rusiyanın xarici işlər naziri müqavilə barədə "skeptik rəylər" sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub. Çünki məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar. Kremlin dayağı da məhz onlardır. Ona görə də İrəvan və Vaşinqton tələsməlidirlər. Zəngəzur dəhlizinin tikintisini və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Gecikmə Kremlin xeyrinə işləyəcək".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin sürətləndirilməsi vacibdir və bu istiqamətdə addımlar təqdir olunmalıdır: “8 avqust Vaşinqton razılaşmasından bir ay keçdi və belə görünür ki, Donald Tramp administrasiyası çox qısa zaman ərzində dəhlizin həm tikintisi, həm ona təhlükəsizilik zəmanətlərinin verilməsi, eləcə də iqtisadi mənfəətlər məsələsini dəqiqləşdirməyə yönəlik addımlar atır. İntensiv səfərlər bunu deməyə əsas verir ki, proses davam etdirilir. Digər tərəfdən, hesab edirəm ki, Zəngəzur dəhlizi ilə bağlı 44 günlük Vətən müharibəsindən ötən 5 ilə yaxın müddətdə kifayət qədər müzakirələr gedib. Hazırda ABŞ əlində çox yaxşı fürsət formalaşdırıb və çalışır ki, bu fürsətləri tez dəyərləndirsin, reallığa çevirsin”.

Ekspertin sözlərinə görə, eyni zamanda nəzərə almaq lazımdır ki, prezident Tramp üçün hakimiyyəti başa çatanadək bütün məqsədlərə çatmaq önəmlidir, proseslərin sürətləndirilməsində bu amil də rol oynayır: “Tramp birinci dəfəki prezidentliyinin bitməsinə yaxın başladığı bütün layihələri ikinci prezidentliyi dövründə reallaşdırıb təhvil verməyə çalışır. Hesab edirəm ki, bu dövrdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi mümkün ola bilər. ABŞ üçün qeyd olunan proseslər arzuolunmaz hesab olunur. Əslində Azərbaycan üçün də yubadılma arzuedilməzdir. Baxmayaraq ki, Ermənistan ərazisində ABŞ-ın şirkəti dəhlizin tikinti və təhlükəsizliyi işlərini icra edəcək, lakin Azərbaycanla da məsləhətləşmələr həyata keçirilir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin önəmli seqmentidir. Burada ticarət yolları, bağlantıları üzərində böyük geosiyasi savaş getdiyini görürük. Azərbaycan burada həm də tranzit dövlətə çevrilir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru