Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                     İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi .....                     Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi .....                     İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... .....                     Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək .....                     “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat .....                     Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir .....                     Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib .....                     Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər .....                     “Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib .....                     Deputat Bakıdakı tıxacdan şikayətçidir .....                     İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı .....                     Xəzər Universitetinə rektor təyin edilib .....                     Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər .....                     Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... .....                     Azərbaycanda su tapılmayacaq? .....                     Naxçıvanın blokadasına Brüsseldən diqqət .....                     “Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb .....                     Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” .....                     Bakıdakı “toy mafiyası” əndişədə .....                     Azərbaycan əleyhinə rus təbliğatı güclənib .....                     Səhiyyə nazirinə yeni müşavir təyin olunub .....                     Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır .....                     Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... .....                     Balıq satan qadına 16 minlik dələduzluq edən “şirkət rəhbəri”nə cəza verildi .....                     Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə ÜZ TUTDULAR .....                     Yunanıstandan etiraf: "Təcrid olunmuş Türkiyə" iddiası iflasa uğradı .....                     ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin .....                     "Amma insan haqları da kənara qoyulmamalıdır" .....                 

Rusiya hökuməti “Azərbaycan məsələsində” Kremlə qarşı? - GÖRÜNƏNİ BUDUR...
Tarix: Bu gün, 08:38 | Çap et

Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün “çox vacibdir” və münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır.

“Biz hökumətlərarası komissiya keçirdik və iqtisadi sahədə hər ikimiz qeyd etdik ki, əməkdaşlığımız inkişaf edir. Və Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Və biz bu münasibətləri yaxşılaşdırmağa çalışırıq”, - TASS Overçukdan sitat gətirir.

Rusiya baş nazirinin müavini Azərbaycanla iqtisadi əlaqələrin inkişafı haqda həmişə müsbət dəyərləndirmələr verən məmurlardandır. Overçuk siyasi gərginliyin davam etdiyi zamanda Azərbaycanla iqtisadi əlaqələrin inkişafından danışır və hətta iqtisadi əlaqələrin kəsilməsi barədə bəzi qızışdırıcı çağırışlara baxmayaraq, hökumətin Azərbaycanla iqtisadi münasibətləri pozmaqda maraqlı olmadığnı bəyan edib.

Yada salaq ki, bu yaxınlarda Həştərxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib. İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar. Belə görünür ki, Kremlin hazırkı vəziyyətə uyğun siyasi kursunu dəstəkləyərək Azərbaycanla münasibətləri daha da gərginləşdirənlərdən fərqli olaraq iqtisadi komanda əlaqələrin mühümlüyünü anlayır. Əlbəttə, əgər Kremldən iqtisadi əlaqələri böhrana soxacaq tapşırıq gələrsə, Overçuk və onun kimi düşünən iqtisadi komanda üzvləri heç bir müqavimət göstərə bilməzlər. Amma hələ ki Rusiya-Azərbaycan əlaqələrinin iqtisadi müstəvidə davamı gələcək üçün optimist perspektiv yaradır.

Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa da Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə: “Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır - bu, sadəcə, zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək”.

Xatırladaq ki, son aylarda Azərbaycan-Rusiya münasibətləri “soyuq müharibə”ni xatırladır. Bakı ilə Moskva arasında gərginlik dərinləşir, informasiya savaşı və qarşılıqlı ittihamlar güclənir. Bu mənzərədə Çepanın “qaçılmaz istiləşmə” barədə bəyanatı heyrətamiz açıqlama kimi görünür.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Rusiyanın ikibaşlı siyasətini İranla müqayisə edib. Onun fikrincə, cənub qonşumuzda da hökumət səviyyəsində isti açıqlamalar səslənir, mühafizəkar qanad Azərbaycana şər-böhtan, təhdid yağdırmaqdan əl çəkmir: “Şimal qonşumuz müttəfiqindən fərqlənmir. Bu da onu göstərir ki, Rusiyada anti-Azərbaycan dairələr var. Onlar gərginliyin daha da artmasına çalışırlar, ticarət dövriyyəsinin əhəmiyyətini vurğulayanlar isə buzların əriməsini istəyirlər. Elə bu günlərdə məlum oldu ki, Rusiya ticarət dövriyyəmizdə dördüncü yerdən üçüncü pilləyə yüksəlib. Yəni münasibətlərin gərgin dövrünə baxmayaraq, iqtisadi əlaqələr, yükdaşımalar inkişafdadır. Sadəcə, Overçuk, Çepa və digərləri günahı daxildə axtarmalıdırlar. Onlar Kreml rəhbərliyinə məruzə etməlidirlər ki, son vaxtlar bir az da sərtləş ritorikanın səbəbləri hansılardır. Məsələn, Solovyov və onun kimi Kreml təbliğatçıları dayanmırlar. Rusiyanın Telegram kanalları susmur. Ona görə də Rusiya rəhbərliyi "dur" əmri verməlidir".

Ç.Qənizadə Azərbaycanın Ukraynadakı enerji obyektlərinə hücumlardan sonra münasibətlərin daha da pisləşdiyini müşahidə edir: “Bu problem siyasi rəhbərliklərin danışıqları nəticəsində axarına düşə bilər. İndiki halda, ayrı-ayrı hökumət üzvlərinin təşəbbüsləri ilə məsələnin köklü həllini gözləmirəm. Ola bilsin ki, müəyyən yumşalma olsun, amma fundamental şəkildə yoluna düşməsi üçün dövlət başçılarının dialoqu olmalıdır. Azərbaycan isə tələblərində və tənqidlərində haqlıdır. Rusiya nə zaman yekəxanalığı kənara qoyacaq, vurulan təyyarəyə görə açıq üzrxahlıq edəcək, təzminat ödəyəcək, onda yumşalma qaçılmazdır. Təyyarənin vurulmasının bir ilinə təxminən 4 ay qalıb və Rusiya İstintaq Komitəsindən səs-səmir yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə Bakı-Moskva münasibətlərində dərinləşən böhranın bir müddət sonra həll olunacağını gözləyir. Onun bildirdiyinə görə, hazırda qeyri-rəsmi danışıqların getdiyi hiss olunur: “Rusiya istəyir ki, heç nə olmamış kimi əlaqələr davam etsin. Yəni qaldığımız yerdən münasibətlərimizi inkişaf etdirək. Zaxarova və Peskov bu səbəbdən ehtiyatlı açıqlamalar verir. Ancaq əvvəlki səviyyədə münasibətlər real görünmür. Bəli, böhran aradan qalxacaq, sadəcə, təyyarə vurulana qədər olan əlaqələri görməyəcəyik. Çünki ortalıqda başqa reallıqlar da var - Azərbaycanla Ermənistan sülh sənədini Moskvanın iştirakı olmadan paraflayıb, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmadan açılması razılaşdırılıb...

Bütün bunlar Kremlin Cənubi Qafqazda təsirlərini xeyli dərəcədə azaldan faktorlardır. Overçuk və digər hökumət rəsmiləri isə yeni yaranan bu reallığı dərk etdiklərinə görə iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinə çağırırlar. Onlar anlayırlar ki, mövcud vəziyyət bundan ibarətdir, yəni böhranın dərinləşməsi, Azərbaycana təzyiqlərin gücləndirilməsi nəticə verməyəcək. Kremldəki qüvvələr də hökumət kimi praqmatik düşünməyə məhkumdurlar".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... - MALƏSƏF...
Bu gün, 12:52
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03
Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01
Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00
Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55
Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49
“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb - HESABAT
Bu gün, 11:39
Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” - Xalq şairi
Bu gün, 11:37
Bakıdakı “toy mafiyası” əndişədə - RƏY
Bu gün, 11:35
Azərbaycan əleyhinə rus təbliğatı güclənib - NƏ ETMƏLİ?
Bu gün, 11:08
Səhiyyə nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 11:05
Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Bu gün, 10:53
Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... - ATASI FƏRYAD EDİR...
Bu gün, 10:48
Balıq satan qadına 16 minlik dələduzluq edən “şirkət rəhbəri”nə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə ÜZ TUTDULAR - QALMAQAL
Bu gün, 10:34
Yunanıstandan etiraf: "Təcrid olunmuş Türkiyə" iddiası iflasa uğradı - Artıq tək deyil
Bu gün, 10:29
ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bu gün, 10:24
"Amma insan haqları da kənara qoyulmamalıdır" - ŞƏRH
Bu gün, 10:23
Petrosyandan uydurma iddia: Kapadokyadan Xəzərədək... - BUNLAR SAĞALANA OXŞAMIRLAR...
Bu gün, 10:11
Keçmiş arvadının iş yerində dava saldı, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:09
Xaraba günə qalan YASAMAL... - AXI NİYƏ?
Bu gün, 10:01
Naxçıvanda yarım milyonluq TENDER - TƏFƏRRÜAT
Bu gün, 09:56
Bir azdan havanı da pulla satacaqlar... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bu, bizim məsələ deyil... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:29
Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir - İTTİHAM VAR...
Bu gün, 09:21
"Üzərinə həbs qoyulan avtomobillərimin sayını bilmirəm" - Şərurlu İsfəndiyar
Bu gün, 09:17
Pornoqrafiya varlığın zibilliyidir... - Aqşin Yenisey
Bu gün, 09:00
Putin İlham Əliyevlə belə salamlaşdı - VİDEO
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru