Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                     "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar .....                     Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil .....                     Mən sovet adamıyam .....                     Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi .....                     Dövlət qurumu 13 milyonluq tender keçirir .....                     Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar .....                     Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib .....                     Azərbaycan Mərkəzi Bankına təyinat olub .....                     FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb .....                     Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran .....                     Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir .....                     Azərbaycanla sülh əsas məqsədimizdir .....                     Ermənistan ordudan imtina edir? .....                     “GL Group”da yeni təyinat .....                     “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq .....                     Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? .....                     Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək .....                     Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı .....                     Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı .....                     ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib .....                     Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? .....                     Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər .....                     Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? .....                     “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var .....                     “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq .....                     “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” .....                     İnsanların sağlamlığı ilə oynayırlar... .....                     Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək .....                     Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... .....                     İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? .....                     Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... .....                     Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır .....                 

“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Tarix: Bu gün, 11:14 | Çap et

Respublika Perinatal Mərkəziində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Firuzə Məmmədova ifadə verərək bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır.

“Mehriban xanım mərkəzin direktoru, Hamlet Mustafayev isə beşinci mərtəbədəki şöbənin müdiri olub. Mərkəzdə uzun müddət tibb bacısı vəzifəsində çalışmışam. Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Lakin iş əsasən, 2 otaqda həyata keçirilirdi. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyevaya bildirsək də, bizə qapını göstərirdi. Otaqda 4 küvezin yerləşdirilməsi nəzərdə tutulsa da, 8 küvez yerləşdirilmişdi. Hər küvez 1 panelə bağlı olurdu. Hər paneldə 3 elektrik yuvası olurdu. Uşaq çoxluğundan elektrik uzadıcısından istifadə edirdik. Həmin uzadıcılar özü də üç, beş yuvadan ibarət olurdu. Bəzən həmin uzadıcılara da uzadıcı qoşulurdu. Uşaq çox idi. Biz bunu etməyə məcbur idik. İstifadə edilmə qaydası, qadağa ilə bağlı bizə məlumat verilməyib. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını “tok” vurmuşdu. Bununla bağlı böyük tibb bacısına, şöbə müdirinə bildirmişdik. Lakin bir nəticə olmurdu”, - o deyib.

Şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahid məhkəmədəki ifadəni təsdiq edib.

Daha sonra şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış Günel Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və mərkəzdə iki il fəaliyyət göstərib:
“Əvvəllər yenidoğulmuşların intensiv terapiya bölməsində iki otaq fəaliyyət göstərirdi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra otaq sayı 4-ə çatdırıldı. Hətta bu sayı 6 etmək istəyirdilər. İş çox ağır idi. Otaq və xəstə sayı çox, amma işçi az idi. Bununla bağlı biz rəhbərliyə, o cümlədə Mehriban Abasquliyevaya bildirmişdik. Mehriban Abasquliyeva A4 vərəqi və qapını göstərərək “Kim istəyirsə, ərizəsini yazıb işdən çıxa bilər, qapı açıqdır”, - deyirdi. Biz də işimizin xətrinə heç nə deyə bilmirdik. Biz küvezləri panelə qoşurduq. Bəzən bizi “tok” vururdu. Yerimiz olmayanda panellərə elektrik uzadıcısı qoşurduq. Qadağa ilə bağlı bizə məlumat verilməyib. Biz bunu etməyə məcbur idik. Mərkəzdə uşaq həddindən artıq çox idi. İş ağırlığından su belə içməyə vaxt olmurdu ”.

Daha sonra şahid qismində İlahə Nuriyeva ifadə verib:

“Şöbədə 2010-cu ildən çalışıram. Öncə çalışdığım şöbə bağlandığı üçün mən bu şöbəyə keçdim. Hadisə günü mən işdə olmamışam. İşimi təhvil verib getmişdim. Amma iş yükümüz çox ağır idi. Əvvəl həm otaq, həm də uşaq sayı az idi. Lakin otaq sayı 4 olduqda işimiz çox ağırlaşdı. Tibb bacısı az idi. Bununla bağlı rəhbərliyə məlumat versək də, bir xeyri olmadı. Otaqda əvvəllər küvez sayı 3-dək olurdu. Lakin sonradan bu say 4-dən artıq oldu. Panellərə uzadıcı qoşurduq. Həmçinin panellərdə açıq olan hissələr var. Bizi “tok” vururdu. Rəhbərliyə məlumat versək də, tədbir görülümürdü”.

Növbəti proses sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzi PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Bu gün, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Bu gün, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Bu gün, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Bu gün, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Bu gün, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Bu gün, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Bu gün, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Bu gün, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Bu gün, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Bu gün, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Bu gün, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Bu gün, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Bu gün, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Bu gün, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Bu gün, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Bu gün, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Bu gün, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Bu gün, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Bu gün, 12:27
Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Bu gün, 12:16
Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Bu gün, 12:15
“GL Group”da yeni təyinat - FOTO
Bu gün, 12:14
“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 12:12
Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Bu gün, 12:11
Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Bu gün, 12:05
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Bu gün, 12:03
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:02
ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Bu gün, 11:57
Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Bu gün, 11:51
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Bu gün, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Bu gün, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Bu gün, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Bu gün, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... - BU NƏDİ BELƏ?
Bu gün, 10:50
İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Bu gün, 10:45
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... - "Armenian Tayms"
Bu gün, 10:39
Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır
Bu gün, 10:34
Rəqqasə bədənindəki tatuları BELƏ GÖSTƏRDİ
Bu gün, 10:31
İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb - “Armenian report”
Bu gün, 10:14
Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:09
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru