Azərbaycanda İranın dini qaydalarını təbliğ edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
"DİA-AZ" "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, polisin bu istiqamətdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində daha bir İran aşiqi Mehdi Damətli həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Mehdi Damətli narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb.