Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı .....                     Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? .....                     Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək .....                     İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... .....                     Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ .....                     Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək .....                     “10 manatlıq” şirkətə 200 minlik TENDER .....                     Qonşusunun pişiyindən şikayət etdi .....                     Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz .....                     Paşinyanın Rusiyaya səfəri gözlənilir .....                     Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? .....                     Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... .....                     Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür .....                     Alyaskadan əvvəl nüvə şantajı .....                     Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? .....                     Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada .....                     “Respublika” və “Xalq” qəzetinindən .....                     Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU .....                     Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından LƏĞV EDİLDİ .....                     "30 il bundan əvvəl bizə verilən Dövlət Aktı ləğv edildi..." .....                     Dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır .....                     Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib .....                     Astarada sitrus bağları susuzluqdan quruyur .....                     Referendum və seçkilər bu tarixdə keçirilə bilər .....                     Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... .....                     İcra hakimiyyətləri LƏĞV OLUNUR? .....                     "Rusiya dövlətinə yazığım gəlir" .....                     Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq .....                     Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi .....                     "Tramp yolu" bütün bağlı qapıları açacaq .....                     Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... .....                     Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? .....                     Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi .....                     “Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək .....                     İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı .....                     102-ci bazadakı hərəkətliliyin sirri açıldı .....                     "Kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..." .....                     Avropa Parlamentindən Bakıya yeni hücum .....                     Erməni minaları üzərində QARDAŞLIQ RƏQSİ... .....                     AAYDA-nın sərhəd tanımayan özbaşınalığı .....                 

102-ci bazadakı hərəkətliliyin sirri açıldı - Bakıya qarşı...
Tarix: Bu gün, 08:55 | Çap et

Son aylar Rusiya ilə Azərbaycan arasında informasiya qarşıdurması epizodik hücumlar toplusu olmaqdan çıxıb və sistematik vəziyyət alıb. Bu prosesdə Rusiyanın media xadimləri xüsusi rol oynayır, çünki onların bəyanatları geniş ictimai-siyasi təsirə malikdir. Solovyovun Rusiyanın Cənubi Qafqazda da Xüsusi Hərbi Əməliyyat zərurəti yarana biləcəyi haqda dedikləri də bu qəbildədir. Rusiya 3 ilə yaxındır ki, Ukraynada Xüsusi Hərbi Əməliyyat adı altında işğalçı müharibə aparır. Solovyov da bu fikirlə təkcə Azərbaycanı deyil, Ermənistanı da təhdid edib.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə “absatz.media”ya deyib ki, Bakı getdikcə daha çox Moskva haqqında sərt bəyanatlar verməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda asayişi bərpa etmək üçün qoşunlarının sayı “oradakı bütün problemləri həll etməyə kifayətdir”.

Təsadüfi deyil ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının son həftələrdə ciddi şəkildə gücləndirildiyi bildirilir. Son günlər Rusiya tərəfindən Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazaya hərbi texnika, silah-sursat və digər logistika avadanlıqlarının daşınması ilə bağlı məlumatlar ictimai diqqəti cəlb edib. Sosial mediada və bəzi media qurumlarında yayılan bu informasiyalar regionda gərginliyin artması ehtimalını gündəmə gətirib. Erməni mediasının yazdığına görə, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.

Ümumən bildirilirdi ki, məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır. Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. 2010-cu ildə Rusiya prezidentinin İrəvana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 102-ci hərbi baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarət idi. Əgər Moskva həqiqətən də təyyarələrlə canlı qüvvə və hərbi texnika daşıyırsa, onda bazanın potensialı daha da artmaqdadır. Politoloqlar da hesab edir ki, Rusiyanın Ermənistana silah daşıması regional sabitlik baxımından ciddi təhdidlər yaradır.

Politoloq Elxan Şahinoğlu Rusiyanın artıq addımlar atdığını düşünür. Onun şərhinə görə, Azərbaycana qarşı hərəkətlər Ukrayna üzərindən həyata keçirilir: “Rus ordusu Kremlin təlimatı Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endirdilər. Bununla Kreml Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Dövlət Neft Şirkətinin xarici ölkədəki yanacaq mərkəzinə zərbə endirmək və orada çalışan insanlara zərər yetirmək faktiki Azərbaycanı hədəf almaq deməkdir. Buna görə də rəsmi Bakı adekvat addımlar barədə düşünmək məcburiyyətindədir”.

E.Şahinoğluya görə, belə vəziyyətdə Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir.

Bundan əlavə, politoloqun fikrincə, paralel şəkildə İrəvana da xəbərdarlıqlar var: “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin ”Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır" açıqlamasından ilk növbədə baş nazir Nikol Paşinyan narahat olmalı və Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə cavab verilməlidir. Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki, İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər".

Siyasi şərhçi Aqşin Kərimov da Moskvanın bəzi təxribatlara əl atacağını istisna etmir. Lakin onun qənaətinə görə, Rusiyanın əvvəlki gücü qalmayıb ki, genişmiqyaslı addımlar atsın. Kərimovun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları və ondan irəli gələn öhdəlikləri sabotaj etmək üçün müxtəlif vasitələrə əl ata bilər: “Rusiyanın mövcud informasiya və analitik məkanının təhlili göstərir ki, Kreml bu istiqamətdə artıq müəyyən təlimatlar verib. Kremldən gələn açıqlamalar və bunun mediada əks-sədası belə düşünməyə əsas verir ki, Rusiya hazırkı sülh planından razı deyil. Ehtimal olunur ki, Moskva Vaşinqton razılaşmalarını üstələyəcək alternativ təkliflər paketi hazırlamağa çalışacaq, lakin bunu necə həyata keçirə biləcəyi sual altındadır. Çünki Rusiyanın ”sülh" planının özü şübhəlidir. Ona görə də Rusiya Azərbaycana qarşı təzyiq vasitələrini işə sala, Rusiyadakı vətəndaşlarımıza və soydaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirə bilər".

Analitik hesab edir ki, digər tərəfdən, yaxın günlərdə - 15 avqustda Alyaskada Donald Tramp və Vladimir Putin arasında görüş planlaşdırılır və nəticələri Cənubi Qafqaz, postsovet məkanı və Yaxın Şərq üzrə mümkün bölgülərə təsir göstərə, həmçinin Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətini formalaşdıra bilər.

“Əgər Tramp-Putin razılaşması baş tutmasa, Rusiya Cənubi Qafqazda daha aqressiv siyasət yürüdə bilər. Bu ssenaridə Rusiyanın əsas diqqət yönləndirəcəyi ölkə Ermənistan olacaq. Bu yolla Rusiya Ermənistanı təsir dairəsində saxlamağa və onu Azərbaycana qarşı təxribatlara hazırlamağa cəhd edə bilər. Lakin Ukraynadakı müharibə kampaniyası səbəbindən Rusiyanın geosiyasi gücü əvvəlki səviyyədə deyil və mövqelərində geriləmə müşahidə olunur. Məhz bu səbəbdən Rusiyanın hansı alternativ addımlar ata biləcəyi diqqət mərkəzində olmalıdır”, - deyə ekspert belə şərh edib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
Bu gün, 12:29
Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək - RUSLAR AÇIQLADI
Bu gün, 12:14
İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... - Ekspert danışır...
Bu gün, 12:10
Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ - Rəsmi rəqəmlərə inansaq...
Bu gün, 12:08
Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - AÇIQLAMA
Bu gün, 12:00
“10 manatlıq” şirkətə 200 minlik TENDER - FHN vergi borclusunu qalib edib
Bu gün, 11:58
Qonşusunun pişiyindən şikayət etdi - Həbs edildi
Bu gün, 11:39
Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz - ŞƏRH
Bu gün, 11:35
Paşinyanın Rusiyaya səfəri gözlənilir - KİV
Bu gün, 11:32
Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? - AÇIQLAMA
Bu gün, 11:30
Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... - Görünəni odur ki...
Bu gün, 11:25
Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür - GƏLİŞMƏ
Bu gün, 11:22
Alyaskadan əvvəl nüvə şantajı - Rusiyanın strategiyası dünyanı qorxutmaqdır
Bu gün, 11:21
Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? - NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada - FOTO
Bu gün, 11:11
“Respublika” və “Xalq” qəzetinindən XƏBƏR VAR
Bu gün, 11:06
Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU - FOTOFAKT
Bu gün, 11:03
Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 10:53
"30 il bundan əvvəl bizə verilən Dövlət Aktı ləğv edildi..." - NARAZILIQ VAR...
Bu gün, 10:51
Dublyaj sənətçilərinə verilən qonorar çox aşağıdır - Əməkdar artist
Bu gün, 10:44
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib - Cənab Mikayılovun nəzərinə...
Bu gün, 10:40
Astarada sitrus bağları susuzluqdan quruyur – Sahibkarlar çarəsiz vəziyyətdə
Bu gün, 10:28
Referendum və seçkilər bu tarixdə keçirilə bilər - AÇIQLAMA
Bu gün, 10:18
Senator Adam Şiff kimi qərəzli siyasətlçilər kim daha çox maliyyə verəcəksə... - onu müdafiə edəcəklər
Bu gün, 10:14
İcra hakimiyyətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
Bu gün, 09:50
"Rusiya dövlətinə yazığım gəlir" - deputat
Bu gün, 09:45
Bakı - Vaşinqton ittifaqı Rusiya təsirini balanslaşdıracaq - İNCƏLƏMƏ
Bu gün, 09:42
Naxçıvanın ƏƏSMN-i eyni şirkətə daha bir tender verdi - TƏFƏRRÜAT
Bu gün, 09:31
"Tramp yolu" bütün bağlı qapıları açacaq - ŞƏRH
Bu gün, 09:23
Bu gün Tramp Putinə güzəştə getməyəcək, çünki... - Eks-nazir
Bu gün, 09:20
Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:13
Tehran Ermənistana “Qərbdən uzaq dur”’ mesajı verdi - Görünəni odur ki...
Bu gün, 09:11
“Xalq Üçün Mallar” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:08
İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı
Bu gün, 09:00
102-ci bazadakı hərəkətliliyin sirri açıldı - Bakıya qarşı...
Bu gün, 08:55
"Kiminsə 5 manat borcu olanda bütün nəslini, kökünü tapırlar..." - AMMA İNDİ...
Bu gün, 08:50
Avropa Parlamentindən Bakıya yeni hücum - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:38
Erməni minaları üzərində QARDAŞLIQ RƏQSİ... - Bu nə həvəs... nə həyəcan?
Bu gün, 08:34
AAYDA-nın sərhəd tanımayan özbaşınalığı - 18 ildir ki...
Bu gün, 07:28
Təhsil sisteminin TƏHLÜKƏLİ ÜÇLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 07:25
Hər əlinə balta alan cumur Binəqədiyə... - rayon rəsmən başsız qalıb...
Bu gün, 07:21
Avropa İttifaqı ilə telefon diplomatiyası: reallıqlar və gözləntilər - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
AB bu 3 ölkədə hakimiyyəti devirmək istəyir - İDDİA
Bu gün, 07:03
Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Rus hərbçiləri Ermənistandan çıxarıla bilər: Əgər... - GƏLİŞMƏ
Bu gün, 06:56
Azərbaycan Daxili İşlər Nazirliyi MDB-nin iclasından niyə imtina edib? - ARAŞDIRMA
Bu gün, 06:53
Alyaskadan Bakıya: Putin Azərbaycana təcavüz edə bilərmi? - Görünəni odur ki...
Bu gün, 06:51
FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış - FOTO
Bu gün, 06:47
Rusiya dövlət kimi idarə olunmur ki... - FAKT BUDUR!
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru