“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin Direktorlar Şurasına təyinatlar olub.
Banker.az xəbər verir ki, Ramin Məmmədov Hacıağa oğlu “Meqa Sığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.
Digər təyinatlara əsasən, “Meqa Həyat Sığorta” ASC-də Yaşar Qurbanov Feyzi oğlu Direktorlar Şurasının üzvü seçilib. İmam Qədimquliyev Eyyub oğlu isə Direkotorlar Şurasının müstəqil üzvü seçilib.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%). Şirkət həmçinin “Meqa Həyat Sığorta” ASC-nin 100% səhmlərinə sahibdir.