Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                     "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" .....                     Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? .....                     Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib .....                     Tramp və Netanyahunun İran planı bu idi .....                     Bu məmurdan Prezidentə şikayət olundu .....                     Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir .....                     24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR .....                     'Kontakt Home' yenə də narazılıq yaradır .....                     "Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" .....                     "Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" .....                     Gömrüyün itləri AC QALACAQ .....                     Şəhriyar Laçınov dövlətə şərik gedir .....                     Tovuzda kollec direktoru ittiham olunur... .....                     Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş .....                     “Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır .....                     Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür .....                     Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                     "Bu, tamam başqa bir hissdir" .....                     “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib .....                     İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir .....                     Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? .....                     Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... .....                     Xırda biznesmenlər üçün böyük fürsət .....                     Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib .....                     Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib .....                     Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                 

Mikayıl Cabbarovun yarıtmaz kadr siyasəti öz "bəhrəsini" verməkdədir... - Misir Mərdanovdan sonrakı 2 il...
Tarix: 2-02-2015, 08:29 | Çap et
Mikayıl Cabbarovun yarıtmaz kadr siyasəti öz "bəhrəsini" verməkdədir...
Postsovet məkanı üçün xarakterik sayılan, rusların lozunq adlandırdığı müxtəlif məzmunlu, bir çox şüarlar yəqin ki, çoxlarının yaddaşından silinib getməyib. O zamanlar “Sözlə işin vəhdəti”, “Kadrlar hər şeyi həll edir”,“Hər kəsə əməyinə görə, hər kəsə qabiliyyətinə görə”, “Vicdanımızın normaları ilə”, “Qoy ədalət zəfər çalsın” və digər bu kimi şüarlar insanların mənəviyyatına güclü təsir vasitəsi kimi geniş istifadə olunub, bir növ cəmiyyət üzvlərinin əxlaq kodeksinə çevrilmişdi. Sonralar Sovet cəmiyyətini şüarçılıqda qınayanlar olsa da, bu cəlbedici və sövqedici mexanizmin insan psxologiyasının ideoloji cəhətdən formalaşmasında rolu danılmaz olaraq qalır.

Şüarlar indi də var. Bəziləri olduğu kimi, bəziləri təhrif olunmuş şəkildə, bəziləri müasir dövrün tələblərinə adaptasiya edilmiş formada. Məsələn, “Vətənə sevgi, dövlətə vergi”və s.Lakin, həmin effekt, həmin inandırıcılq, həmın tələb, həmin məsuliyyət hissi yoxdur. Zamanları aşıb gələn “Müəllim ən şərəfli, ən müqəddəs peşədir”, “Təhsil millətin gələcəyidir”, kimi şüarlar hələ ki, “ən şərəflilərın” və “ən müqəddəslərin” gələcək arzuları olaraq qalır. “Kadrlar hər şeyi həll edir” şüarı da aktullığını qoruyb saxlasa belə, təəssüflər olsun ki, ancaq və yalnız “şüarçılq” çərçivəsindən çıxmayıb, abstrakt anlayış olaraq qalmaqdadır. Halbuki, bir vaxtlar bu, son dərəcə sadə və anlaşıqlı formula ən ali məqsədləri ifadə edən amil, ən yüksək səviyyədə qoyulan tələb və hamı tərəfindən birmənalı şəkildə qəbul edilən norma idi.

Ali məktəbi bitirib, ixtisasım üzrə şımal rayonlarımızdan birinə, mərkəzdən xeyli kənar bir kəndə təyinat almışdım. Gənclik enerjim, seçdiyim peşəyə olan maraq və təşəbbüskarlığım nəticəsiz qalmadı. Qısa bir vaxtda müasir dillə desək, karyera qurmaq sahəsindəki uğurlar və irəliləyişlər bir-birini əvəz etdi. SSRİ Maarif Nazirliyinin və o zaman komsomol adlanan Ümumittifaq Gənclər Təşlilatı Mərkəzı Komitəsinin “Ən yaxşı gənc müəllim” döş nişanı ilə təltif edildim. Kremldə Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, kosmonavtlar və ölkənın bir qrup qabaqcıl elm və mədəniyyət xadimləri ilə şəkil çəkdirmək şərəfinə layiq görüldüm, bir sıra komitə və təşkilatlara üzv seçildim, müəyyən titul və mükafatlarla rəğbətləndirildim.
Rayon təhsil şöbəsinin təqdimatı və Raykomun büro qərarı ilə çalışdığım məktəbə direktor vəzifəsinə namizədliyim irəli sürüldü. Birinci Katıbın xahişi, sonradan prinsipial təkidinə baxmayaraq, Nazir 5 ilə yaxın çalışdığım, artıq mənə doğmalaşan məktəbə direktor təyin olunmağıma razılıq vermədi, bir müddət təlim-tərbiyə işləri üzrə direktor müavini işləməyimi tövsiyə etdi. Bununla belə direktorluğa ehtiyat kadr kimi siyahıya alındım. Bu halı səmimi və normal qəbul etdim. Çünki, o zaman qüvvədə olan mövcud “Təlimat”a əsasən məktəb direktoru olmaq üçün bir sıra digər tələblərlə yanaşı, ən azı 5 illik pedaqoji iş stajı tələb olunurdu. Mənim isə stajımın 5 ilə tamamına 4 ay çatmırdı, təlimatın pozulması isə qanun pozuntusu sayilırdı.

Pedaqoji Elmlər Akademiyasının Təlimin Məzmunu və Metodları İnstitutunun məqsədli aspiranturasını bitirdikdən sonra pedaqogika və metodologiya sahəsində tədqiqatlar apardım, proqram, dərslik və tədris vəsaitlərinin hazırlanmasında iştirak etdim, paytaxtın, respublıkanın müxtəlif şəhər və kəndlərində eksperimentlər keçirdim, bir çox tematik və frontal yoxlama komissiyalarına cəlb olundum, ali məktəblərdə və pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanma kurslarında mühazirələr oxudum, pedaqoji ictimaiyyətlə ünsiyyət qura bildim.

Bakı şəhərinin mərkəzi rayonlarından birinə Təhsil Şobəsinin müdiri vəzifəsinə irəli çəkilərkən o zaman Rayispolkom adlanan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Sessiyasında namzədliyim məsələsinə baxıldı. Rayon Partiya Komitəsinin büro qərarı el arasında Qorkom kmi tanınan Bakı səhər Partiya Komitəsində təsdiq olundu. Mərkəzi Komitənin Elm və Tədris şöbəsində söhbətdən keçdim.Nazirlik və Bakı Şəhər Baş Təhsil İdarəsi də öz növbəsində. Növbəti il təhsil ışçılərinin rayon konfransında Təhsil Şurasına üzv seçildim,Şura üzvlərinin gizli səsverməsinin nəticələrina əsasən yenidən həmın vəzfəyə təyin edildim. Rayon miqyasından Bakı Şəhər Baş Təhsil İdarəsinə tövsiyə olunarkən isə, işə başlamazdan əvvəl Moskva şəhərində Rəhbər Pedaqoji Kadrların 2 aylıq İxtisasartırma kurslarına ezam olundum.

Kimlərinsə maraq dairəsi ilə tərs mütənasiblik təşkil edə biləcək kiçik xatirələrimi bölüşməkdə məqsədim, bir vaxtlar kadrların seçilib yerləşdirilməsinə nə qədər və hansı səviyyələrdə önəm verilməsinə diqqət çəkməkdir. “Kadrlar hər şeyi həll edir” məsələsinin qoyuluşu sadəcə olaraq söz xatirinə deyilmiş bir şüar deyildi, yüksək vəzifəli rəhbərlərə və sıravi vətəndaşlara ciddi bir mesaj idi. Vəzifə daşiyıcısı dövlət qurumları qarşısında bir növ öhdəlik götürürdü, cavabdehlik daşıyırdı, ona edilən etibarı və göstərilən etimadı hər vəchlə doğrultmağa çalışırdı. Doğrudur, etibarı itirənlər və etimadı doğrultmayanlar da olurdu.Lakin bu kimi hallar istisnalıq təşkil edirdi, bunun kütləvi hal almasına yol verilmirdi.

Digər sahələrə müdaxilə edə bilmərəm.Ancaq, təkcə onu deyə bilərəm ki, indi təhsil sistemində kiminsə rəhbər vəzifəyə keçməsi gözlə qaş arasında olan məsafənı qət etməyə bərabər bir şeydir, vəzifədən kənarlaşdırılmaq da həmçinin, xüsusilə də istəyə görə, şəxsi ərizə əsasında.Post tutmaq üçün sanki, maqistr olmaq, hər hansı bir şirkətdə, dövlət və ya özəl qurumda bir müddət işləmək, ən başlıcası isə qərbyönümlü olmaq və ya özünü qərb təhsilinin pərəstişkarı kimi göstərmək kifayət edir. Sən demə ixtisas seçimi, peşəyönümü kimi məsələlərə səy göstərməyimiz əbəs imiş, “Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət göstərənlər təhsilin keyfiyyətinin idarə olunması prosesinin liderləri olmalıdırlar” çağırışımız görüntü yaratmağa yönəlmiş bir şüar imiş.

Təhsil Hazirliyi kimi bir ali idarəetmə qurumuna iqtisadçı da lazımdır, hüquqşünas da. Lakin bunun üçün nazirliyin müvafiq şöbələri və müvafiq norma həddi var. Təhsil Nazirliyinə müxtəlif qurumlardan ixtisaslı kadrlar çəlb etmək olar, lakin Təhsil Nazirliyi “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin filialı deyil. Hər bir Nazir öz inandığı və etibar etdiyi kadrlardan ibarət komandasını yarada bilər, lakin bu proteksiya və digər qohumbazlıq, dostbazlıq, yaxınlıq münasibətlərinə rəvac verilməsi demək deyil. Təhsil qeyri-ıxtisas sahiblərinin yerləşdirilməsi üçün münbit məkana çevriləcək obyekt də deyil. Təhsildə qeyr-təhsil sektoru yaratmaq son dərəcə təhlükəli olub, yolverilməz bir haldır.

Bəyənmədiyimiz sovet dönəmində hətta bir-birinə yaxın və “qohum” ixtisaslar belə bir-birindən fərqləndirilirdi. Bu məqsədlə məktəbəqədər və orta məktəbi idarə etmək üçün “Maarif Nazirliyi”, ali və orta ixtisas təhsilini idarə etmək üçün “Ali və Orta İxtisas təhsili Nazirliyi” texniki-peşə sistemini idarə etmək üçün isə “Dövlət Texnıkı-Peşə Təhsili Komitəsi” yaradılmışdı. Bu kimi nazirlik və komitələrə müvafiq olaraq məktəbəqədər, orta ümumtəhsil, ali və orta ixtisas, həmçinin texniki-peşə üzrə sırf konkret ixtisasa malik mütəxəssislər cəlb olunurdu. Bəlkə də bunun nətıcəsi idi ki, o dövrdə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı.

Bildiyim kimi, kadr siyasətının məqsədi, zəruri kadr resurslarının formalaşdırılması, dövlət tərəfindən müəyyənləşdirilmiş və rəhbər idarəetmə orqanlarına həvalə edilmiş vəzifələrin həlli üzrə kadrların səmərəli fəaliyyətının təmin edilməsidir. Heç şübhəsiz ki, qarşıya qoyulan vəzıfələrın həyata keçirilməsnin bilavasitə hazırlıqlı peşəkar kadrlardan asılı olduğu, kadrların seçilib yerləşdirilməsində səmərə və keyfiyyət amilinin nəzərə alınması, bu zaman müəyyən olunmuş norma və qaydalara ciddi əməl olunması da məlum şərtlərdəndir. Əks halda, Təhsil Nazirliyinin indiki kadr siyasəti heç də uğurlu sayılmayıb,arzu olunan perspektiv vəd etməyəcək. Halbuki, ilk vaxtlar buna inananlar və böyük ümid bəsləyənlər az deyildi.Təhsil bir sistem olaraq idarə olunmalıdır.İdarəetmə isə planlaşdırma, təşkiletmə, rəhbərlık, nəzarət, əlaqələndirmə, tənzimləmə kimi çoxşaxəli funksiyalardan ibarətdir.Hər bir funksiya isə məhz təcrübə tələb edir.

Harada, hansı ali təhsil müəssisəsini, hansı səviyyədə bitirməyimizdən asılı olmayaraq təhsil və təlimin mahiyyətinə, məqsəd və vəzifələrinə, məzmununa, prinsip və metodlarına, qanun və qanunauyğunluqlarına, vasitələrınə, təşkili formalarına, konkret olaraq didaktika adlanan təhsil və təlim nəzəriyyəsinə yiyələnmədən, lazımi peşə-ixtisas təcürbəsi qazanıb, praktik vərdişlər əldə etmədən təhsil sistemının başlıca vəzıfələrini həyata keçirəcəyimizi zənn etmək özümüzü aldatmaqdan başqa bir şey deyildir. Məktəbəqədər pedaqogika və psixologiya ixtisaslı bir peşə sahibinin Daxili İşlər Nazirliyində, yaxud Baş prokuror yanında Korrupsiyaya qarşı mübarızə idarəsində rəhbər vəzifə tutması necə absurd görünürsə, cinayət hüququ üzrə maqistrin, beynəlxalq biznes hüququ, iqtisadiyyatın hüquqı tənzimlənməsi və s. bu kimi ixtisaslara yiyələnmiş hüquqşünas və iqtisadçıların,etnoqraf və diplomatların,tətbiqi riyaziyyatçıların da Təhsil Nazirliyi apparatında və onun Bakı şəhəri üzrə idarəsində yer almaları eyni anlama gəlir.

Haşiyə: 90-ci ilin əvvəli idi.Yaxın münasıbətdə olduğum prokuror bir həmkarım mənə zəng edərək, özünün dediyi kimi bir gız uşağını uşaq bağcalarından birinə metodist götürməyimi xahiş etdi. Şəxsı işlə tanış olduğım zaman məlum oldu ki, qız uşağı 9-cu sinfi yenicə bitirib. Bunu prokurorun nəzərinə çatdırmağıma peşman oldum.Məndən inciməyi bir yana, hələ məni ittiham da etdi: “Səndən bağça müdirliyi xahış etmirəm ki, adi metodist nəmənə şeydir ki, məni zöz verdiyim adamların qarşısında hörmətdən salırsan”.Mən isə sanki, söz tapa bilmirdim. Nəhayət, mən səndən 9-cu sinfi bitirəni prokurorluğa müstəntiq götürməyini xahiş etsəm bunu edərsən sualına nə cavab alsam yaxşıdır? Suala sual. “Sən prokurorluğü uşaq bağçasına tay tutursan?”
Nəyimiz dəyışsə də təhsilə münasibətimiz, təhsilimizlə bağlı problemlərimizə baxış tərzimiz hələ ki, dəyişməyib.

Dindar deyiləm. Bununla belə bir ziyalı olaraq, mənəvi dəyər kimi dini məxəzlər daim diqqət mərkəzimdə olub. Əski dini mənbəələrdə təsadüf etdiyim bir kəlama isə xüsusi dəyər verirəm. “Yaradan hər birimızə öz yerini müəyyənləşdirib.” Bəlkə də xalq şairi Qabil məhz bu ibrətamiz kəlamdan bəhrələnərək məşhur “Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz” misralarını qələmə alıb.

Nadir İSRAFİLOV









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54
Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51
Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38
“Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
Bu gün, 06:31
Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
Deputatın partiyası da qurultaya gedir
Dünən, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Dünən, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Dünən, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Dünən, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:37
"Bu, tamam başqa bir hissdir"
Dünən, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Dünən, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Dünən, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Dünən, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Dünən, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Dünən, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Dünən, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Dünən, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Dünən, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Dünən, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Dünən, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Dünən, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Dünən, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Dünən, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Dünən, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Dünən, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Dünən, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Dünən, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Dünən, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Dünən, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Dünən, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru