Neftçilərin tez-tez verdiyi daha bir sual... .....                     İsrailə İrandan YENİ RAKET HÜCUMU .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: .....                     SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... .....                     İsrail nəyi planlayırdı... NƏ OLDU? .....                     Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu .....                     16 illik əri məşhur müğənni ilə eşq yaşayır: .....                     Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... .....                     “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” .....                     Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... .....                     İsrail hava məkanını açıb .....                     Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib .....                     Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu .....                     Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                     Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı .....                     Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib .....                     Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib .....                     Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... .....                     İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər .....                     "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə .....                     AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar .....                     Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... .....                     "EV Azerbaijan" MMC nizamnamə kapitalını .....                     Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj .....                     Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? .....                     Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... .....                     "16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... .....                     Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ .....                     Ermənistanın Çinlə bağlı planları... .....                     Adil Kərimlinin üz-üzə qaldığı XAOS .....                     Zəngəzur dəhlizi başqa adla geri qayıdır .....                     “Hell”in insan sağlamlığına zərəri .....                     İmişlinin başçısı ÖZBAŞINA QALIB .....                 

Tikinti şirkətləri Azərbaycan insanına necə "torba tikir"... - Evimizi tikməli olanlarınn ev qıxmaqlığı...
Tarix: 19-07-2014, 10:09 | Çap et
Tikinti şirkətləri Azərbaycan insanına necə "torba tikir"...
Bu gün Bakıda tikinti işləri ilə məşğul olan yüzlərlə şirkət fəaliyyət göstərir. Son vaxtlarda isə həmin tikinti şirkətlərindən bir neçəsi vətəndaşları aldatmaqla, dələduzluqla məşğul olmaqla gəlirlərini artırır, vətəndaşlara külli miqdarda ziyan vurur. Statistikaya nəzər salsaq, bu gün 10-dan artıq tikinti şirkəti bu cür dələduzluq etdiyi üçün barələrində cinayət işləri başlanıb. Həmin tikinti şirkətləri hətta vətəndaşlara şirnikləndirici vədlər verməklə arxalarında yüksək çinli dövlət məmurlarının dayandığını iddia edərək insanları daha asan aldadıb onların pullarını əllərindən alıblar. Bakıda ilk olaraq bu cür fırıldaqçı tikinti şirkəti kimi “MURAY” MMC şirkəti ad çıxardı. Bu şirkət vətəndaşları aldadaraq onlardan qabaqcadan pul yığsa da, həmin şəxslər üçün ev tikməmişdi. Vətəndaşların etiraz aksiyasından sonra aidiyyəti qurumlar məsələyə reaksiya verdi və şirkətin bir neçə əməkdaşı həbs edildi. Müəyyən edildi ki, həqiqətən də bu şirkət vətəndaşları aldatmaqla məşğul olub. Faktla bağlı cinayət işi başlandı və şirkətin 6 rəhbər işçisi 10 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Baş Prokurorluğun araşdırmaları zamanı şirkətin vətəndaşlara vurduğu ziyan da ödənildi, həmin şəxslər digər tikinti şirkətləri tərəfindən mənzillə təmin edildi .

10 milyona görə 101 il həbs cəzası

“MURAY” işi yaddan çıxmamış Bakıda vətəndaşları aldadan daha bir tikinti şirkəti peyda oldu. Bu şirkət isə "G. E. N" MMC tikinti şirkəti oldu. Araşdırmalar zamanı məlum oldu ki, şirkətin rəhbəri Elbrus Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. Bu faktla bağlı da cinayət işi başlandı və təqsirləndirilən şəxslər-şirkətin rəhbəri Elbrus Əliyev 15, Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmovun hər biri 12, Ramin Əliyev, Kamran Məmmədovun hər biri 10, İlkin Səfərov və Mehbarə Cəfərzadə 9 il azadlıqdan məhrum ediliblər. Necə deyərlər 10 milyon manata görə 101 il həbs cəzası.

Xırdalan sakinlərinin ümidlərini puç edən “FUAD LTD”

Azərbaycanda fəaliyyət göstərən daha bir fırıldaqçı tikinti şirkətinin də rəhbəri barədə bu yaxınlarda cinayət işi başlandı. Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhər sakini Rəhimov Saleh Bədir oğlu və qeyrilərinin В«FUAD LTDВ» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, cəmiyyətin direktoru Məmmədov Qasım Əsəd oğlu qulluq mövqeyindən sui-istifadə edərək külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-2007-ci illərdə Rəhimov Saleh Bədir oğlundan 22.800 ABŞ dolları, İsgəndərov Vəli Zaman oğlundan 10.000 ABŞ dolları, Abdurrahmanov Eldəniz Əbixan oğlundan 10.500 ABŞ dolları, Mustafayeva Xoşqədəm Sarı qızından 27.500 ABŞ dolları, Rzayev Rafiq İsaxan oğlundan 12.500 ABŞ dolları, Nəsibova Xavər Göycə qızından 24.500 ABŞ dolları olmaqla, cəmi 107.800 ABŞ dolları məbləğində pulu alıb sonunculara cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı ünvanda tikiləcək yaşayış binasında mənzillər satılacağı barədə yalan vədlər verib saxta müqavilələr hazırlayaraq təqdim edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində iş üzrə istintaq davam etdirilməklə В«FUAD LTDВ» MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, bir neçə ay öncə “Fuad LTD” ”MMC” şirkəti tərəfindən aldadılan ona yaxın ailə bununla bağlı mətbuat konfransı keçirib aldadıldıqlarını iddia edərək şirkət rəhbərliyi barədə hüquq mühafizə orqanları tərəfindən tədbir görülmədiyini bildirmişdilər.

Bir evin 3 nəfərə satılma prinsipi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı daha bir tikinti fırıldaqçısı müəyyən edilib. Müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında "Şərq-M" Mənzil-tikinti kooperativinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq, kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir Məlumatı Baş Prokurorluğun rəsmi saytı yayıb.

“Xəzərə mənzərə”, yoxsa sakinlər üçün tələ?


Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı daha bir məlumata görə, “Xəzərə mənzərə” adlı Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı ediblər. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

100 milyon manatdan artıq vurulan ziyan

Bu gün hələ Bakıda onlarla bu cür tikinti şirkəti var ki, həmin şirkətlər ev tikmək yox, vətəndaşların “evini yıxmaq”la məşğuldur. Bu cür şirkətlər insanları aldadaraq onları şirnikləndirir, sonradan isə pulu alandan sonra ya vədlərinə əməl etmir, ya da ümumiyyətlə bina tikmirlər. Sonda da vətəndaşlara 10 milyonlarla ziyan vurur. Sevindirici haldır ki, bu prosesdə aidiyyəti qurumlar dərhal müdaxilə edib problemin qismən də olsa həllinə səbəb olur. Məsələn, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yuxarıda sadaladığım kimi, ondan artıq şirkətin bu cür özbaşınalığının qarşısını alıb. Gec də olsa şirkət barədə araşdırma aparılandan sonra günahkar şəxslər dələduzluqda təqsirləndirilərək həbs edilib, vətəndaşlara dəymiş ziyan ödənilib. Əgər belə olmasaydı, aldadılan vətəndaşlar hansısa bir dələduza görə Azərbaycan dövlətinə inamını itirəcəkdi. İdarə əməkdaşlarının operativ əməliyyatı bu cür fırıldaqçıların niyyətini ürəyində qoyub və onların əməllərini ifşa edib. Bu gün bu idarənin sayəsində onlarla tikinti fırıldaqçısının açdığı şirkət ifşa olunub, insanlar oyanıb. Minlərlə insanın on milyonlarla manat vəsaiti geri qaytarılıb.

Halalı özlərinə haram bilən tikinti maqnatları

Çox maraqlıdır, bu gün bu tikinti şirkətlərindən bəziləri niyə halal pul qazanıb normal sahibkar olmağa deyil, həbsxanalarda çürüməyə üstünlük verirlər? Həmin şirkət rəhbərləri dərk etmirmi ki, dələduzluq, rüşvətxorluğun sonu yoxdur? Məgər bu ardarda baş verən proseslər, dələduzluğa görə fəaliyyəti dayandırılan şirkətlər, vətəndaşları aldatdıqları üçün həbs edilən onlarla insanlar həmin şirkətlərə dərs olmayıb? Məgər onlar bu cür hadisələrdən dərs götürmədilərmi? Bu qədər haqq-hesabdan sonra bu şirkətlər yenə də fırıldaqçı olmağa, insanları aldatmağa cəhd edir. Sonda isə ara qarışır, vətəndaşlar isə dərhal aidiyyəti qurumlara müraciət edir.
Maraqlıdır, ola bilməz ki, bu şirkətlər qanuni fəaliyyət göstərə və tikintiv sektorunda sağlam rəqabət apara? Niyə həmin şirkətlər bu cür rəqabət deyil, fırıldaqçılığa görə rəqabət aparır. “Kim çox adam aldadacaq” şüarı ilə hərəkət edən dələduz tikinti maqnatları sonda həbsxana həyatını görəndən sonra əməllərinə qiymət verirlər və bu da gec olur. Artıq onda iş işdən keçir, məhkəmə isə hökmü verir. Artıq burda hansısa sakini yola gətirmək gec olur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
İsrail hava məkanını açıb - “Tmes of İsrael”
Bu gün, 11:01
Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib - KİV
Bu gün, 10:58
Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu
Bu gün, 10:53
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? - KİMƏ GÜVƏNİR Kİ?..
Bu gün, 08:58
Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... - "Görün akademiklər kimin ümidinə qalıb?!"
Bu gün, 08:50
"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Bu gün, 08:41
Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30
Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17
Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14
Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59
“Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55
İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51
Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48
“Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:45
Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır - ÇÜNKİ...
Bu gün, 06:41
“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36
Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32
İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26
İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru