"Camaat necə dolanmalıdır?.." - NARAZILIQ!
Tarix: 10-06-2021, 09:08 | Çap et
 66 yaşlı İmişli sakini Sevil Məmmədovanın ailəsi dəmir yığmaqla məşğuldur. Küçədən yığdıqları dəmirləri satıb, dolanırlar. Deyir, bəzən günlərlə əllərinə normal material keçmir. Bu zaman pulları da olmur. Belə günlərdə 5 nəfərlik ailənin dolanmağı çətinləşir:
“Aztəminatlı ailəyik, rayon yeridir, normal iş də yoxdur. Pandemiya dövrüdür, başlanğıcda insanlara kömək etdilər, sonradan onu da dayandırdılar. Onu da deyim ki, həmin vaxt icra hakimiyyətinin nümayəndələri məhəlləmizdəki kasıb ailələrə yardım payladı, biz kənarda qaldıq”.
Sevil Məmmədova deyir ki, pandemiyadan əvvəl oğlu şadlıq evlərində ofisiantlıq edib. Bəzən fəhləliyə də gedirmiş:
“Ancaq pandemiyadan sonra toylar dayandı, ofisiant işi batdı. İnsanların dolanışığı o qədər ağırdır ki, həyətlərindəki fəhləlik işinə də pul xərcləmirlər, gördüklərini özləri görür, görmədikləri də qalır. Elə özüm də həyət-bacalarda iş olanda gedirdim. İndi heç bir iş yoxdur. Budur bir ildən artıq müddətdir ki, əzab-əziyyət içindəyik”.
Sevil Məmmədova deyir ki, indi əllərində qalan yeganə iş dəmir toplamaqdır. Oğlu bütün günü küçələrdə dəmir toplayır, axşamlar topladığını aparıb təhvil verir, ordan aldığı pulla ərzaq alıb evə dönür:
“Daha uşaqlar makaronun üzünə baxmırlar, beziblər. Nə qədər eyni şey bişirmək olar? Adam uşaqdan da utanır. Düzdür, mənim pensiyam var, 230 manat alıram. Amma özümün də min bir dərdim var, yaşlı adamam, iynə-dərmana verirəm. Çox vaxt hər şeyə çatmır da”.
Sevil Məmmədova çətinliklə yeridiyini söyləyir. Həkimə getməlidir, ancaq pulunu toplaya bilmir:
“Çəliklə gəzirəm, həkimə getmək lazımdır, pul yoxdur. Problemlərim olmasa, canım sağlam olsa, inanın özüm də işləyib dolanardım. Qalmışam 230 manatlıq pensiyanın ümidinə. Onunla dolanmaq olar? Heç nəyə çatmır. Pensiya olduğu kimi qalır, amma dərman qiymətləri, ərzaq günü-gündən bahalaşır. Mənim də oynaqlarım yeyilir, dərman-iynə lazımdır, birini alıram, biri qalır. Hər şey od qiymətinədir. Bəzi aylar işıqdan, sudan, qazdan, nə bilim uşaqların boğazından kəsib özümə dərman ala bilmirəm”.
Sevil Məmmədovanın digər oğlu Bakı şəhərində kirayədə qalır, alver edir, birtəhər dolanırmış. Deyir, pandemiya vaxtı hər yer bağlandı. İşləmədikcə, qaldığı evin kirayəsini də ödəyə bilməyib. Bir ara onlar da İmişliyə gəlib:
“Bir evin içində 9 nəfər olduq. Zülm çəkdik. Heç nəyi çatdıra bilmirdik, dolanmaq olmurdu. Dəfələrlə aidiyyatı qurumlara demişik, kömək əli uzadan olmayıb. Nolar, bizə də yardım etsinlər. Ya da bu restoranları açsınlar, camaat toylarda ofisiantlıq edib, dolanırdı. Heç deyilsə, buna şərait yaratsınlar. Bu gün rayonlarda minlərlə insanın gəliri toyxanalardan çıxır. Camaat necə dolanmalıdır?”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
|