“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

Azərbaycanda su üçün milyonları su kimi axıdanlar kimlərdi? - ŞOK FAKTLAR
Tarix: 12-03-2020, 08:02 | Çap et
Azərbaycanda su üçün milyonları su kimi axıdanlar kimlərdi?
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi 37 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Sanatoriyasının "Suyun satın alınması" məqsədilə keçirdiyi tenderin qalibi "Dilək-1" MMC adlı şirkət olub.
Yeniavaz.com xəbər verir ki, tenderin nəticəsinə əsasən "Dilək-1" MMC Respublika Uşaq Sanatoriyasına 35 min 290 ton su satacaq. Bu miqdarda suyun satın alınması üçün Respublika Uşaq Sanatoriyası MMC-yə 178 min 214 manat 5 qəpik ödəyəcək. Rəqəmlərdən də göründyü kimi 1 ton suyun qiyməti 5 manat 5 qəpik təşkil edir. Qeyd edək ki, bu qiymət “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (0,35 manat) müqayisədə 14,4 dəfə çoxdur.
Məlumat üçün onu da bildirək ki, Respublika Uşaq Sanatoriyasının keçirdiyi tenderin qalibi olan şirkət tender elanından cəmi 25 gün əvvəl dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan "Dilək-1" MMC 7 yanvar 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Onu da əlavə edək ki, Respublika Uşaq Sanatoriyası bu gün – 11.03.2020-ci il tarixində daha bir şirkətlə tender müqaviləsi imzalayıb. “Deniz-093” MMC adlı şirkət sanatoriyaya 139 min 921 manat 31 qəpik dəyərində “Dəftərxana və təsərrüfat malları” satacaq. Maraqlıdır ki, "Dilək-1" MMC kimi “Deniz-093” MMC-də tender elanından qısa müddət əvvəl yaradılıb. Belə ki, “Deniz-093” MMC Respublika Uşaq Sanatoriyasının “Dəftərxana və təsərrüfat mallarının” satın alınması ilə bağlı elan etdiyi tenderdən cəmi 17 gün əvvəl – bu ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 20 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

“Anar Servis”i bu dəfə “Dostluq Servis” əvəz edir…
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri də odur ki, bu gün - 11.03.2020-ci il tarixində daha bir təhsil müəssisəsi - Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 35 ünvanında yerləşən 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbi “İçməli suyun alınması” məqsədilkə “Dostluq Servis” MMC ilə müavilə imzalayıb. İnternat Məktəbi 20 min ton içməli su üçün MMC-yə 80 min manat vəsait ödəyəcək. Rəqəmlərdən də göründyü kimi 1 ton suyun qiyməti 4 manat təşkil edir. Halbuki, Buzovna qəsəbəsində yerləşən uşaq sanatoriyası suyun 1 tonunu bu qiymətdən 14% baha - 5 manat 5 qəpiyə satın alır.
Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 27-ci maddəsində açqı şəkildə qeyd olunur ki, satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini (orta bazar qiyməti) hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz.
11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbinə su satan “Dostluq Servis” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, təxminən bir həftə əvvəl İnternat Məktəbi “Anar Servis” MMC adlı şirkət ilə “Çirkab suyun daşınması” barədə müqavilə imzalayıb.
“Dostluq Servis” MMC və “Anar Servis” MMC-ni bir-birinə nə bağlayır?
Adları qeyd olunan hər iki şirkətin hüquqi unvanı eynidir – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79.
Hər iki şirkət təxminən eyni tarixlərdə dövlət qeydiyyatına alınıb: “Dostluq Servis” MMC 09.02.2016-cı il, “Anar Servis” MMC isə 02.02.2026-cı il tarixində.
Hər iki şirkətin nizamnamə kapitalı eynidir – 200 manat.
Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı eynidir - “Dostluq Servis” MMC -nin qanuni təmsilçisi Miriyev Famil, “Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailə.
Onu da bildirək ki, “Anar Servis” MMC təkcə “Çirkab suyun daşınması” xidmətini həyata keçirmir.
28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 29 min 326 manat 30 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 40 min 400 manat dəyərində hədiyyə xarakterli mallar satacaq.
17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 4 min 999 manat 88 qəpik dəyərində “Çirkab suların daşınması” xidmətini göstərəcək.
17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 25 min manat dəyərində içməli və texniki su satacaq.
23.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 4 nömrəli Respublika xüsusi internat məktəbinə 20 min 580 manat dəyərində içməli və texniki su satacaq.
14.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinə 19 min manat dəyərində içməli su satacaq.
Nə “Dostluq Servis” MMC, nə də “Anar Servis” MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Yüksək səviyyədə təmir olunan müəssisələrdə niyə su xətti yoxdur?
Yazıda adları qeyd olunan, həmçinin adları bu yazıda qeyd olunamayan və ayrı-ayrı MMC-lərdən olduqca baha qiymətə içməli su satın alan müəssisələr yaxın tarixlərdə yüksək səviyyədə təmir olunublar.
Türkan qəsəbəsində yerləşən 6 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində 2014-cu ildə yenidən qurulub.
Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə yenidən qurulub
Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyası 2014-cü ildə yenidən qurulub.
Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi isə 2011-ci ildən etibarən fəaliyyət göstərir.
Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli İnternat Məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2012-ci ildə əsaslı təmir edilib.
Maraqlıdır ki, son illərdə yüksək səviyyədə yenidən qurulan bu müəssisələrin yaxınlığnda yerləşən digər tikililərdə və ərazlərdə içməli su mövcud olsa da, adları qeyd olunan müəssisələrdə içməli su və kanalizasiya xətti mövcud deyil.
Hər il dövlət büdcəsindən yüzminlərlə manat vəsaiti içməli su satın almağa sərf edən bu müəssisələrə su xəttinin bugünə kimi hansı səbəblərdən çəkilmədiyini öyrənmək üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı.

Azərbaycanda su üçün milyonları su kimi axıdanlar kimlərdi?











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru