Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                 

“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq” - Bu yoldursa, hanı PUL?
Tarix: 8-09-2017, 08:56 | Çap et
“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”
Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi başa çatmadan dağılıb. Bu barədə Toplum.Tv-yə Lerik sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə dağılıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) “şebel”in tökülməməsi ilə əlaqələndiriblər.
“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”
Yolun Ağçaydan Xanagaha qədər olan hissəsi isə hazırda çəkilir: “Yolun bir hissəsi, Ağçaya qədər olan hissə çəkilmişdi. Amma bir il deyil ki, yol sıradan çıxıb. Hazırda Ağçaydan Xahagaha qədər olan hissə də çəkilir. Yolun keyfiyyətsiz çəkildiyi göz qabağındadır. Cənab prezident bu yola 17 milyona yaxın pul ayırıb, amma ortada belə bərbad nəticə var. Hələ cənab prezident bu yolun açılışına da gəlməyib. Sabah qəfildən durub Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”.
“Rayonun Şingədulan və Zenoni kəndləri ərazisində yol tamamilə dağılıb. Sanki burada yol çəkilməyib. Bilmirəm, icra başçısı və yolu çəkən şirkət, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sabah cənab prezidentə nə cavab verəcəklər?”, – sakinlər bildirib.
“Çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib”
Sakinlər deyirlər ki, yolu çəkən şirkət “Yoltikintinəqliyyatservis” MMC ekologiyaya da ağır zərbə vurub. Ərazidəki çayların vadisi dağıdılıb, suyun məcrasına müdaxilə edilib.
Problemlə bağlı Ekologiya Nazirliyinə şikayət edildiyini, nazirliyin əraziyə komissiya göndərdiyini deyən sakinlərin sözlərinə görə, “Yoltikintinəqliyyatservis” MMC ilə bağlı heç bir ciddi ölçü götürülməyib. Rayonun Osyodərə kəndi ərazisindən axan dağ çayının vadisi dağıdılıb.
Dövlətin vəsaitinin şəxsi maraqlara sərf edildiyini iddia edən Şivlə-Biləvər kənd sakinləri isə artıq ölkə başçısına müraciət ediblər. Zenonu və Şingədulan sakinlərinin isə yaxın günlərdə ölkə başçısına müracət edəcəkləri gözlənilir.
Əvvəl 3 milyon, sonra 7 milyon, sonra da 6.6 milyon…
Sakinlər deyirlər ki, 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yoluna 3 dəfə vəsait ayrılıb. Nəticə isə ortadadır…
Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırılıb.
19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat vəsait Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb. Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və dayandırılıb. Halbuki layihəyə əsasən yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt – beton qarışığından tikilməliydi…
1 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılıb. Ümumilikdə yolun tikintisinə 16.6 milyon manat vəsait ayrılıb.
Sakinlər deyirlər ki, yolun budəfəki hissəsini “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə indiyə qədər İcra Hakimiyyətinin sifarişi ilə özünü Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edən “Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib.
“İndi də həmin MMC-nin texnikası həmin yolun çəkilişində iştirak edir. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə onun atası İbrahim Kazımov rəhbərlik edir. İbrahim Kazımovun isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, prezidentin ayırdığı pulları kimlər və necə xərcləyirlər?”, – sakinlər bildiriblər.

“Yoltikintinəqliyyatservis” MMC 2007-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC-in təsisçisi Fuad İbrahim oğlu Muxtarzadədir. Şirkət cənub bölgəsində yol çəkilişində aktiv iştirak edir, bir neçə dəfə tenderi udub.

Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov Toplum.Tv-nin əməkdaşına açıqlamasında bildirib ki, hazırda yolun çəkilişi davam edir:
“Yol bu gün də istifadədir. Cənab prezident gəlməyibsə, o demək deyil ki, bu yoldan istifadə etmək olmaz. 36 km avtomobil yolu 19 milyon 800 min manat dəyərindədir. Layihə sənədləri bu dəyərdədir, amma təbii ki, dövlət tərəfindən 16 milyona yaxın vəsait ayrılıb. Gələcəkdə ayrılacaq, ayrılmayacaq o zamanın işidir. Orada hazırda yol tikintisi davam edir. Yol hələ təhvil verilmədiyinə görə, sürüşmələr də yaranır. Hələ istismara qəbul etməmişik və o şəkildə də qəbul etmərik. Yolun dediyiniz hissəsi 2014-2015-ci ildə çəkilib. Sonra maliyyə vəsaiti ayrılmadı, ona görə də qaldı. Amma 2016-cı ilin noyabr ayında prezident tərəfindən yenidən 6 milyon 600 min manat vəsait ayrılıb və hazırda o tikinti davam edir. Dağılıb, sıradan çıxmış yerlər də yenidən bərpa olunacaq və istismara qəbul ediləcək”.

Tikintini həyata keçirənlərin ekologiyaya vurduğu ziyana gəlincə, Məlikov buna belə aydınlıq gətirib: “Çayların məcrasını dağıtmırlar. Hansısa materialları çaylardan götürməlidirlər. “Qrabel”, çınqıl dediyimiz tikinti materialı var. Onu məcburən çaylardan götürürlər. Bizm öz yerli ənənəyə uyğun tikinti materiallarımız da mövcuddur ki, onu da çaylardan götürürlər. Həm də bunu bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya hansı qruma aiddirsə, onlarla razılığa gəlib götürürlər. O məcraları da yenidən düzəldirlər ki, oradan heyvan, insan keçə bilsin. Bu da təbii ki, gələcəkdə problem yaranmasın deyə bizim nəzarətimiz altında onlar bərpa olunur. Dağıntıya imkan vermirik”.
Vətəndaşlar isə ölkə başçısına müraciət etməkdə israrlı olduqlarını bildirirlər…


“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”
“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”
“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”
“Prezident Lerikə gəlsə, dəhşətli mənzərə ilə qarşılaşacaq”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru