Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                 

“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər” - ŞİKAYƏT
Tarix: 20-09-2016, 08:11 | Çap et
“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”
Bundan əvvəl Qafqaz Xəbər Agentiyinin nəzdindəki Qafqaznews.az, Kavkaznews.az saytlarında əsassız yerə işdən çıxarılan bağça tərbiyəçisi ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda Bakının 38 saylı Uşaq Bağçası-Körpələr Evindəki işindən çıxarılmış tərbiyəçi Aynur Mahmudovanın və övladı həmin bağçada tərbiyə alan valideynlərin, eləcə də 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovanın və Bakı ŞİH nümayəndələrinin mövqeyi işıqlandırılmışdı.

Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar.

A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı. İyulun 4-də isə Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirmişdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə onun işə qayıtmasıyla bağlı qərar qəbul edib.

Bu günlərdə isə öyrəndik ki, 38 Uşaq Bağçası-Körpələr Evinin direktoru Sədaqət Qəribova bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sözügedən mübahisədə və məhkəmə çəkişməsində Aynur Mahmudovanı müdafiə edənlərdən biri də, Aytən Hüseynova adlı valideyn olmuşdu.

Sentyabrın 19-da Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova bildirdi ki, onun övladı bağçada zorakılıq və təzyiqlərlə üzləşir. “Biz valideynlər ümid edirdik ki, Aynur Mahmudova ilə Sədaqət Qəribova arasında barışıq olacaq, Aynur xanım yenidən iş yerinə qayıdacaq. Bakı Şəhər İcra Hakimiyyətindən də bizi arxayın etmişdilər. Lakin belə olmadı. Hətta bizim şikayətlərdən sonra işdən çıxarılmış tibb bacısını yenidən ora qaytardılar və dedilər ki, “balıq başdan iylənər”. Yaxşı, onda bu “balığın başı” ilə məsələni niyə həll etmirlər? Bakı Şəhər İcra Hakimiyyətinin gücü çatmır ki, bağçadakı özbaşınalığa, qanunsuzluğa son qoysun? Sədaqət Qəribova mənimlə düşmən kəsilib, hətta “Açıq qapı” günlərində belə bağçaya girə bilmirəm. Orda nə baş verir, xəbərimiz olmur. Rus dili bilməyən bir tərbiyəçini Aynur xanımın yerinə qoyublar, o da uşaqlara “İdi, papa prişla za toboy” deyir, dərdi-səri uşaqları tez yatırıb, o biri qruplardakı tərbiyəçilərlə danışmaqdır. Özünün məktəbdə oxuyan qızını bağçaya gətirir, o isə qızımı cımcıqlayıb”, – deyə A.Hüseynova bildirdi.

Onun sözlərinə görə, Elnarə müəllimə adlı tərbiyəçi dəmir xətkeşlə uşaqları vurur, cımcıqlayır və üstlərinə qışqırır.

“Ötən həftə, sentyabrın 8-də Elnarə müəllimə qızım Fatiməni dəmir xətkeşlə döyüb. Sentyabrın 9-da getdim onun yanına, dedi elə şey olmayıb. Tələb etdim ki, mənə kamera yazısını göstərsin. Dedi ki, Sədaqət xanım qoymur, ona deyərəm. Sonra bayram günləri oldu. Sentyabrın 14-də getdim, dedilər ki, kamera yazısı beş gündən sonra silinir. Ən ucuz kameranın belə yaddaşı bir ay olur. Necə ola bilər bu? Əgər bu bağçada övladlarımızın təhlükəsizliyi qorunmursa, biz onları Sədaqət Qəribovaya necə etibar edə bilərik? Bakı Şəhər İcra Hakimiyyətində Teymur müəllimə müraciət elədim, sonra çağırdılar məni. Orda tanımadığım bir valideyn də gəlmişdi. Onun uşağı Aynur Mahmudovanın qrupunda olmayıb. Amma nədənsə, həmin valideyn mənə qarşı dərhal söz hücumuna keçdi ki, “Aynur Mahmudova ora qayıtmayacaq”. Mən məəttəl qaldım, axı bura qızımın döyülməsinə görə gəlmişəm… Deməli, bunların dərdi elə mənim Aynur Mahmudovanı müdafiə etməyim imiş. Bakı Şəhər İcra Hakimiyyəti də bir tədbir görmədi. Yasamal RPİ-nin 27-ci polis bölməsinə müraciət etmişəm. Ümid edirəm, onlar bu məsələni obyektiv araşdıracaqlar. Kamera yazısını məndən gizlədirlər, əminəm ki, kamera yazısı üzə çıxsa, çox əməllərin üstü açılacaq.

Sədaqət Qəribova bağçanı şəxsi mülkü kimi idarə edir, tibbi arayış olmadan uşaq götürür. Biri nəsə deyəndə də Sədaqət Qəribova cavab verir ki, “xoşuna gəlmirsə, uşağı burdan çıxar”.

Mən övladımı dövlətin bağçasına qoymuşam. Kim işini görə bilmirsə, o çıxıb getsin”, – deyə valideyn əlavə etdi. Digər valideynlər Günel Abbasova və Yaqut Abdullayeva da 38 saylı Uşaq Bağçasında uşaqların dəmir xətkeşlə döyülməsi, eləcə də tərbiyəçinin rus bölməsinə uyğunsuzluğa ilə bağlı şikayətlərini Qafqaznews.az-a bildirdilər. Biz adıkeçən tərbiyəçi Elnarə müəllimə (soyadını öyrənə bilmədik – red.) ilə də əlaqə saxladıq.

“Dəmir xətkeşlə uşaqları vurmaq düzgün deyil və mən də bunu etməmişəm. Mən bağçaya uşaq gətirmirəm. Sizin redaksiyaya gəlib, sizinlə görüşəcəyəm”, – deyə tərbiyəçi bildirdi.

“Valideynlər sizin rus dilini yaxşı bilmədiyinizi də deyirlər”, – deyə qeyd etdi. “Dedim axı, sizin redaksiyaya gəlib, sizinlə danışacağam”, – deyən tərbiyəçi dəstəyi asdı. Biz bağça direktoru Sədaqət Qəribovaya da zəng etdik. Özümüzü təqdim etdikdə əlaqə itdi və sonra S.Qəribovaya zəng çatmadı. Yazı sayta gedərkən, S.Qəribova özü bizə zəng edərək, az əvvəl telefonunun enerjisinin bitdiyini bildirdi.

“O qadın məni şərləyir. Aynur Mahmudovadan Apellyasiya şikayəti vermişik deyə, bizə qarşı təxribat aparmağa çalışır. Kamera yazısının yaddaşı beş gündür… Elnarə müəllimə rus dilini də bilir, uşaqlarla da yaxşı davranır. Onun qızını qucaqda gəzdirir ki, anası bir bəhanə eləməsin. Öz qızını bağçaya gətirməsi də yalandır. Mən özüm nəzarət edirəm, heç kim bağçaya uşaq gətirmir. Valideynlərə də bağçaya girmək qadağandır. Haqqımda əsassız iddialar yaymaqdansa, sübut eləsinlər. Araşdırma olub, amma onların dedikləri sübuta yetirilməyib”, – Qafqaznews.az əməkdaşının suallarını cavablayan S.Qəribova vurğuladı.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

“Bağçada tərbiyəçi qızımı döyüb, amma kamera yazısını gizlədirlər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Bu gün, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Bu gün, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Bu gün, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Bu gün, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Bu gün, 17:36
İran Ukraynaya nota verib
Bu gün, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Bu gün, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:23
PKK silahı yerə qoymağa başlayır
Bu gün, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Bu gün, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Bu gün, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Bu gün, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Bu gün, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Bu gün, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Bu gün, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Bu gün, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Bu gün, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Bu gün, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru