Abbas Vəlibəyovun himayəsi altında özbaşınalıq - İTTİHAM VAR
Tarix: 24-08-2016, 08:36 | Çap et
 Bu gün paytaxtın gözdən iraq, aidiyyəti qurumların nəzarətindən bir qədər kənar qalan tibb müəssisələrindən biri də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi 69/71 ünvanında yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasıdır. Sözügedən tibb ocağının baş həkimi Ağahəsən Rəsulovun fəaliyyətinin, yaxınları bu xəstəxanada müalicə alan vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılandığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, 1936-cı ildən fəaliyyət göstərən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hazırda ümimi durum heç də ürəkaçan deyil. Beləliklə, Ağahəsən Rəsulovun adıçəkilən tibb müəssisəsinə 2008-ci ildən rəhbərlik etdiyini qeyd edən mənbə bildirir ki, onun gəlişindən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasında mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub: В«Deyilənlərə görə, xəstəxananın rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, müxtəlif qurumlar, təşkilatlar tərəfindən göndərilən yardımlar isə xəstələrə çatdırılmır. Nəzərinizə çatdırım ki, Ağahəsən Rəsulovun baş həkimi olduğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xəstələrə vaxtı-vaxtında yemək verilmir. Ümumiyyətlə, onun işinə qeyri-peşəkarcasına yanaşması səbəbindən adıçəkilən tibb müəssisəsində acınacaqlı vəziyyət hökm sürür. Bu xəstəxanada müalicə olunan xəstələrin yaxınları da təsdiqləyə bilərlər ki, baş həkimin səhlənkarlığı ucbatından psixi pozğunluğu olan xəstələrin səhhəti günü-gündən daha da ağırlaşırВ». Məlumatlı şəxs iddia edir ki, Ağahəsən Rəsulovun gəlişinə qədər 1 saylı Respublika Psixiatriya Xəstəxanasında vəziyyət, xəstələrin ümumi durumu, onlara göstərilən diqqət və qayğı indikindən daha yaxşı idi: В«Deyilənlərə görə, Ağahəsən Rəsulova qədər xəstəxanada vəziyyət bugünkündən daha yaxşı idi və xəstələr normal şəkildə müalicə olunurdu. Lakin o, baş həkim təyin olunduqdan sonra vəziyyət mənfiyə doğru dəyişdi. Bildirilir ki, əvvəllər xəstələr nə dərmandan korluq çəkirdi, nə də ki yeməkdən. İndi isə psixi problemləri olan xəstələrin müalicəsi normal şəkildə həyata keçirilmir və heç kim də onların, yaxınlarının səsinə səs vermir, şikayətlərini lazımı qaydada araşdırmır. Deyilənlərə görə, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hökm sürən vəziyyətlə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciət olunsa da, hələ də mövcud olan problemlər aradan qaldırılmayıbВ». Bu arada, baş həkim Ağahəsən Rəsulovun xəstələrlə maraqlanmadığını, onların qeydinə qalmadığını bildirən mənbə qeyd edir ki, o, rəhbərlik etdiyi tibb müəssisəsinə çox az-az gəlir: В«Nəzərinizə çatdırım ki, bütün bunlar Ağahəsən Rəsulovun baş həkimi olduğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında baş verən neqativ halların ancaq kiçik bir hissəsidir. Deyilənlərə görə, Ağahəsən Rəsulovun bu cür rahat şəkildə hərəkət etməsinə və işinə səhlənkar yanaşmasına şərait yaradan şəxs səhiyyə nazirinin müavini Abbas Vəlibəyovdur. Baş həkim məhz nazir müavininə arxalandığı üçün rəhbərlik etdiyi tibb müəssisəsini istədiyi kimi, yəni yalnız öz qanunları ilə idarə edir. Bu isə həm xəstələrin, həm də onların yaxınlarının kəskin etirazına səbəb olur. İş o yerə çatıb ki, artıq onlar baş həkimin əməllərindən kimə və hara şikayət edəcəklərini belə, bilmirlər. Çünki Ağahəsən Rəsulovun arxasında güclü himayədarı var. Bu səbəbdən də yol verilən neqativ hallar ört-basdır edilirВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07 |
|
|
|
• Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01 |
|
|
|
• AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58 |
|
|
|
• Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50 |
|
|
|
• Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48 |
|
|
|
• Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37 |
|
|
|
• “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31 |
|
|
|
• Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23 |
|
|
|
• Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20 |
|
|
|
• Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12 |
|
|
|
• Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03 |
|
|
|
• Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55 |
|
|
|
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53 |
|
|
|
• Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50 |
|
|
|
• İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47 |
|
|
|
• İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43 |
|
|
|
• "Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
• KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33 |
|
|
|
• Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
• Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
• "Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19 |
|
|
|
• “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17 |
|
|
|
• Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13 |
|
|
|
• Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11 |
|
|
|
• Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10 |
|
|
|
• SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03 |
|
|
|
• Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55 |
|
|
|
• Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51 |
|
|
|
• Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43 |
|
|
|
• Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37 |
|
|
|
• Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35 |
|
|
|
• “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33 |
|
|
|
• Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10 |
|
|
|
• Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01 |
|
|
|
• Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54 |
|
|
|
• 24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:48 |
|
|
|
• Başını itirmiş Putin Rusiyası... - BUNDAN SONRA...
Bu gün, 09:45 |
|
|
|
• Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
Bu gün, 09:41 |
|
|
|
• Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
Bu gün, 09:29 |
|
|
|
• İki əsr geridə qalan Pyotr təfəkkürü... - deputatdan REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• “Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama - KİV
Bu gün, 09:15 |
|
|
|
• "Vergini bu qiymətlə necə ödəyək?" - ETİRAZ VAR...
Bu gün, 09:12 |
|
|
|
|