Zərdabda büdcə pulları necə qarət olunur - İTTİHAM VAR
Tarix: 7-07-2016, 09:14 | Çap et
 Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bəzi maliyyə idarələri rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları ilə bağlı demək olar ki, hər gün yeni faktlar üzə çıxır. Gundelik-baku.com-a Zərdab rayonu üzrə Maliyyə İdarəsində cərəyan edən neqativ hallarla bağlı maraqlı informasiyalar daxil olub. Məlumatda deyilir ki, idarə rəisi Cavanşir Məmmədov şəxsi maraqlarının təmin olunmasından ötrü dövlətin qanunlarını pozur və bu da rayon ictimaiyyəti tərəfindən etirazla qarşılanır: В«Bu adam rəis keçəndən sonra rayonun yerli idarə və təşkilatlarının rəhbərləri, habelə özəl müəssisələrin rəsmiləri onun yersiz yoxlamalarından cana yığılıblar. İdarə rəisi Zərdab üçün yeni büdcə hazırlayan zaman Maliyyə Nazirliyinə üz tutur. Rayon büdcəsində hər il 500 min manatlıq artım etdirmək üçün bunun 10 faizini lazımi adamlara verməlisən. Həmin pulları büdcədə necə paylaşdırmaq, hansı idarə və müəssisəyə ayırmaq məsələsi isə Cavanşir müəllimlə bağlıdır. Belə ki, o, rayon büdcəsi üçün il ərzində 300 min manat əlavə pul ayırtdırmağa nail olur. Buna görə 30-40 min manatından keçən rəis ardından bu pulların hansı şəkildə silinməsi əməliyyatına başlayır. Birinci silmə əməliyyatı xəstəxanadan başlayır. Hər il dərman, inventar, təmir və yemək alınması məqsədilə 50 min manat ayrılan vəsaitin üst-üstə heç 15 min manatı baş həkimin əlinə gedib çatmır. Çünki Cavanşir müəllim həmin vəsaitin böyük bir hissəsini öz maraqlarına qurban verir. Digər maliyyə əməliyyatı yol idarələri, kitabxanalar və yerli icra nümayəndələrilə əldə olunmuş В«anlaşmaВ»ya əsasən həyata keçirilir. Yəni büdcədən onlar üçün ayrılan vəsaitin böyük hissəsi götürülür, yerdə qalanı da verilir adları sadalanan idarələrəВ». Bizə çatan məlumatlara görə, digər mənimsəmə əməliyyatı rayonda abadlaşdırma və parkların salınmasını əhatə edir: В«Məsələn, Zərdab rayonunda parkın salınması üçün dövlət büdcəsindən o qədər pul ayrılır ki, adam buna lap təəccüblənir. Bir sözlə, Zərdab Rayon Maliyyə İdarəsinin rəisi dövlətin malını talan etməklə məşğuldur. Təbii ki, bu kimi məsələlərdə təkbaşına hərəkət etmək mümkün deyil. Çünki park salınması və abadlaşdırma işləri məsələsi birbaşa rayon icra hakimiyyətinin nəzarətində olan məsələdirВ». Bu arada maraqlı bir məsələni diqqətinizə çatdırmaq istəyirik. Əldə etdiyimiz bilgilərə əsasən, istisna hallarda rayonda olan və gününü Şamaxıda keçirən idarə rəisindən kağız almağın özü ayrıca müsibətdir: В«Əgər məmur hər hansı bir maliyyə arayışı və ya sənəd almaq istəyirsə, bunun üçün Zərdabdan Şamaxıya getməli, orada Cavanşir Məmmədovu tapmalıdır. Əks təqdirdə, arzusu reallaşmaya bilər. Cavanşir Məmmədovun Şamaxıya olan sevgisi səbəbsiz deyil. Birincisi, o, uzun müddət bu rayonda Maliyyə İdarəsinin rəis müavini işləyib. İkincisi, çox hörmətli idarə rəisinin bu rayonda həm obyektləri, həm də heyvandarlıq komleksi var. Onun sürüləri yayda Şamaxı dağlarında bəslənirlərsə, qışda Zərdabda yataqda dolaşırlar. O səbəbdən də Zərdab Maliyyə İdarəsinin rəisi Şamaxıda oturub həm özünün biznesini idarə edir, həm də rəisi olduğu rayonun maliyyə işlərini həyata keçirirВ». Ümid edirik ki, maliyyə naziri Samir Şərifov cənabları idarə rəisi ilə bağlı irəli sürülən ittihamları araşdırıb bir tədbir görəcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05 |
|
|
|
| • İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59 |
|
|
|
|