Əhməd Əhmədzadə ilə 20 faizlik В«anlaşmaВ» əldə edən məmur öz bildiyini edir - Siyəzəndə NARAZILIQ
Tarix: 28-05-2016, 09:07 | Çap et
 Azərbaycanda suvarma əkinçiliyi qədimdən mövcud olsa da, keçən əsrin əvvəllərindən bu sahəyə daha çox fikir verilib və inkişaf etdirilməyə başlanıb. Ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda torpaq iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün, mövcud su potensialından səmərəli istifadə olunmadığı halda, suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açır. Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldurlar. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb. Qeyd edək ki, son illər regionlardan su çatışmazlığı, qıtlığı, problemi ilə bağlı şikayətlər dəfələrlə artıb. Həmin rayonlarımızdan biri də Siyəzəndir. Gundelik-baku.com bildirir ki, bu rayonda kənd təsərrüfatı üçün yararlı torpaqlar olsa da, kənd təsərrüfatı ilə az insan məşğul olur. Buna səbəb suvarma suyu qıtlığıdır. Əldə etdiyimiz məlumatlara görə, Siyəzən rayon Suvarma Sistemləri İdarəsinin rəisi Niyazi Qədimov aqrar sektorun inkişafına münbit zəmin yaratmır. Xatırladaq ki, bir müddət əvvəl Siyəzən şəhərinin yaxınlığında yerləşən Böyük Həmyə kəndinin fermerləri sahələrini rayonun kanalizasiya suları ilə suvardıqlarını bildirmişdilər: В«Son illər yaranan susuzluq ucbatından ərazilər məhv olub. Torpaqlar şoran olduğundan, üstəgəl də su olmadığına görə məhsullarımız hamısı yanıb gedir. Əvvəllər kəndin aşağı hissəsindən keçən Samur-Abşeron su kanalına su verildiyinə görə az da olsa əkin sahələrini suvara bilirdik. Amma kanala suyun verilməsi dayandırıldığına görə vəziyyət dözülməz hal alıbВ». Bizə verilən məlumatda bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da rəhbərlik tərəfindən geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda pul əldə olunur: В«Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. İdarənin rəisi vaxtının çox hissəsini öz işlərinə ayırır. Niyazi müəllim demək olar ki, hər gün dostları ilə kef məclisləri quraraq yeyib içib əylənir. Rəisin bu tip işləri В«Meliorasiya və Su TəsərüfatıВ» ASC-nin sədri Əhməd Əhmədzadənin nəzərindən bir an belə yayınmır. Hətta Əhməd müəllim tədbirlərin birində idarə rəhbərinə ləqəb də verib. Niyazi Qədimovu kefli görən Əhməd Əhmədzadə ona В«ağ atlı oğlanВ» ləqəbini verib. İdarəyə ayrılan dövlət vəsaitinin iyirmi faizini Əhməd Əhmədzadəyə ötürən Niyazi Qədimov ASC rəhbərinin etimadını qazanıb. Məhz buna görə də Siyəzəndə fermerlər ciddi problemlərlə üz-üzə qalıblarВ». Niyazi Qədimovun qanundan kənar əməlləri bununla bitmir. Növbəti yazımız Siyəzən Suvarma Sistemləri İdarəsinin keçirdiyi qaranlıq tender əməliyyatları ilə bağlı olacaq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05 |
|
|
|
| • İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59 |
|
|
|
| • Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47 |
|
|
|
| • Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
| • Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41 |
|
|
|
| • İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35 |
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
|