Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                 

AZƏRBAYCAN YƏHUDİLƏR ÜÇÜN NİYƏ TƏHLÜKƏLİDİR?
Tarix: 27-08-2012, 12:12 | Çap et
AZƏRBAYCAN YƏHUDİLƏR ÜÇÜN NİYƏ TƏHLÜKƏLİDİR?
SƏFİR İZAHAT VERİR

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin APA-ya vida müsahibəsi

- Hörmətli səfir, Azərbaycanda səlahiyyət müddətiniz başa çatır. Azərbaycanda səfir kimi çalışdığınız müddətdə hansı dəyişikliklər baş verib və iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, mənim səfir kimi fəaliyyətimin birinci ili ilə son yarım ili müqayisə etsək, fərq olduğunu görərik. Dəyişməz qalan yalnız bir şeydir – Azərbaycanla İsrail arasında bütün sahələrdə möhkəm təməl üzərində qurulan çox yaxın və sıx dialoq davam edir. Ölkələr arasında nazirlər və peşəkarlar səviyyəsində çoxlu sayda qarşılıqlı səfərlər həyata keçirilir. Mən Azərbaycana gələrkən İsrail biznesi burada təmsil olunsa da, lazımi təcrübə yox idi. Son vaxtlar bu təcrübə yaranıb və İsrail iş adamları Azərbaycana sərmayə yatırmağa hazırdır. Eyni zamanda, mən İsrailə sərmayə qoyan və İsraildə iş quran xeyli azərbaycanlı görürəm. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir şeydir. Ticarət sahəsində əməkdaşlığımız uğurla inkişaf edir. Biz yaxın aylarda azərbaycanlı sərmayədarların İsrailə səfərini təşkil etməyi planlaşdırırıq. Onlar İsraildə investisiya imkanlarını araşdıracaqlar.

- Ticarətin inkişafı - xüsusən inkişaf etmiş informasiya texnologiyaları sahəsində - müşahidə olunurmu?

- Bəli, inkişaf var. Mən konkret rəqəmlə göstərə bilərəm. Göstəricilərdən biri şirkətlərin sayıdır. İsrail informasiya texnologiyaları şirkətlərinin burada məhsul istehsal etməsi yönündə ideyalarımız var. Daha bir yeni model var – israillilər Azərbaycanda yerli zavodları alıb onları təkmilləşdirməkdə maraqlıdır. Bir çox şirkət buraya gəlib bölgənin bazar potensialını görmək istəyir. Söhbət yüngül sənaye, telekommunikasiya və tibb sahəsində fəaliyyət göstərən şirkətlərdən gedir.

- Bu ilin yazında İsrail kənd təsərrüfatı naziri Azərbaycana səfəri çərçivəsində bu sahədə ikitərəfli müqavilənin imzalanması planından danışmışdı. Bu məsələ hansı mərhələdədir?

- Bu, hazırda nəzərdən keçirilən bir neçə sazişdən biridir. Əminəm ki, yaxın gələcəkdə bu sahədə saziş imzalamaq mümkün olacaq.

- Daha hansı razılaşmaların imzalanması planlaşdırılır?

- Biz diplomatik pasport sahiblərinin vizalardan azad olunması haqqında saziş imzalamaq niyyətindəyik. Biznesin inkişafına yönəlmiş bəzi texniki sazişlər də nəzərdə tutulub.

- Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan mütəmadi olaraq İsrail vətəndaşları üçün təhlükəli ölkələrin siyahısına daxil edilir. İlin əvvəlində Azərbaycan təhlükəsizlik orqanları İsrail vətəndaşlarına yönəlmiş terror aktının qarşısını alıblar. Bu, səfirliyin fəaliyyətinə, ümumən ikitərəfli əlaqələrə necə təsir edib?

- Bəli, təəssüf ki, ölkələrlə bağlı uzun bir siyahı mövcuddur. Siz son yarım ildə nələr baş verdiyini gördünüz: Tiflis, Dehli, Banqkok, Bolqarıstan və Afrikanın bəzi yerlərində terror hücumları oldu. Biz adi rejimdə çalışmağa davam edirik. İsrailliləri qorxutmaq asan deyil.

- İsrail vətəndaşları üçün təhlükəli olan ölkələr siyahısında Рђzərbaycanın adı hələ də qalırmı?

- Bəli, Azərbaycan hələ də təhlükə gözlənilən ölkələr siyahısındadır. Bu siyahı ümumi xəbərdarlıq mahiyyəti daşıyır, çünki israillilər üçün diqqətli olmaq vacibdir. Siyahı konkret Azərbaycanla deyil, sizin qonşularınız və coğrafi mövqeyinizlə əlaqəlidir. Biz ehtiyatlı olmalıyıq.

- Hörmətli səfir, Azərbaycanda gələcəkdə istifadə edə biləcəyiniz hansı təcrübələr qazandınız?

- Azərbaycan müxtəlif dinlər və qruplar – müsəlmanlar, yəhudilər, xristianlar üçün gözəl bir nümunədir. Burada insanların hansı inanca sahib olmasının önəmi yoxdur. Mən dəfələrlə bu halla qarşılaşmışam.

- İsrailin Azərbaycandakı yeni səfiri kim olacaq və o, nə vaxt gələcək?

- Yeni səfir, hörmətli Rafi Arpaz 20 ildən çox iş təcrübəsinə malik olan təcrübəli diplomatdır. O, İsveçrədə, Cənubi Amerikada, Qərbi Afrikada və son olaraq Vaşinqtonda çalışıb. Əminəm ki, o, bu vacib missiyanı uğurla davam etdirəcək. Səfir Azərbaycana gəlişini səbirsizliklə gözləyir. Onun avqustun 29-da Bakıya gəlməsi gözlənilir.

- İsrail və Türkiyə 2010-cu ildə Aralıq dənizində baş vermiş insidentlə əlaqədar münasibətlərin kəskinləşməsindən sonra dialoq qurmağa çalışır. Bu barədə nə deyə bilərsiniz?

- Hadisələrdən xəbərdar olan beynəlxalq münasibətlər fakültəsinin aşağı kurslarının hər tələbəsinə xəritə versəniz, o sizə deyəcək ki, bu iki ölkə - İsrail və Türkiyə birlikdə hərəkət etməlidir. Bunun tarixdən və iqtisadiyyatdan başlayaraq strateji maraqlar və ümumi təhlükələrə qədər bir çox səbəbi var. Türklərlə yəhudilər arasında uzun əsrlər boyu yaxşı münasibətlər olub. Mən bilirəm ki, bizim hökumətimiz münasibətləri normal məcraya yönəltmək və bunun hər iki ölkənin yararına olduğunu Türkiyə hökumətinə anlatmaq üçün çox şey edir.

- İsrailin xarici işlər naziri uydurma “erməni soyqırımı”nı tanımaq niyyətində olmadıqlarını açıqlayıb. Lakin bu məsələ yayın əvvəlində Knessetdə müzakirə olundu və mətbuatda çıxan xəbərlərə görə, İsrailin təbliğat naziri Ermənistana səfəri zamanı “soyqırım” abidəsinə əklil qoyacaq.

- İsrail hökumətinin həm ölkə xaricində, həm də ölkə daxilində - Knessetdə bu məsələyə dair çox aydın xətti var. Biz hesab edirik ki, bu məsələ siyasiləşdirilməməlidir. Bu hadisəni öyrənmək, tədqiq etmək və ona siyasi deyil, tarixi qiymət vermək vacibdir. Knesset az qala hər gün çox müxtəlif məsələləri müzakirə edir. Bu, demokratiyadır. Seçilmiş parlament üzvləri istənilən məsələni qaldıra bilər. Lakin hətta tarixi hadisələrə müxtəlif cür yanaşanlar belə özlərinin tarixlə bağlı düşüncələrinin siyasi məsələyə çevrilməsini istəmir. Çünki bu cür məsələlərdə çox asanlıqla yanlış istiqamətdə getmək mümkündür. Holokost hadisəsi var və heç kim istəmir ki, bu məsələ parlamentdə səsverməyə çıxarılsın.

- Beynəlxalq mediada İsrailin İrana qarşı hərbi əməliyyatının mümkünlüyü fəal müzakirə olunur. Bu məsələ ilə bağlı siyasətçilər iki əks düşərgəyə bölünüb: bir hissə yaxın vaxtlarda bu əməliyyatın həyata keçirilməsini dəstəkləyir. Lakin İsrail prezidenti ABŞ-ın dəstəyi olmadan bu cür əməliyyatın keçirilməsinə qarşı çıxıb. Sizin bu barədə fikrinizi bilmək istərdik.

- Əgər İran indiki kimi davranmağa və atom bombası hazırlamağa davam edərsə, beynəlxalq birlik buna yol verməyəcək.

- Bu il israilli turistlərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri oldu. İsrailin bu barədə rəsmi mövqeyi necədir?

- Aydındır ki, bu faktın siyasi tərəfi yoxdur. Mən sizi əmin edirəm ki, ora gedən insanlar bu addımlarına hər hansı siyasi çalar verməyiblər. İsrail torpağı həm 1967-ci il sərhədləri daxilində, həm də ondan kənarda görməli yerlərlə doludur. Siz hansısa siyasi bəyanatlara görə o yerləri ziyarət edərsiniz, yoxsa istirahət üçün? İsraillilər turizm məqsədilə Azərbaycana getdikcə daha çox gəlirlər. Onlar Qarabağ problemini kənara qoyaraq yalnız Azərbaycanı görmək istəyirlər.

Bununla yanaşı , bizim saytımızda xəbərdarlıq var və biz öz vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, onlar Dağlıq Qarabağa səfər edərsə, Azərbaycana daxil ola bilməzlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru