İsmayıllıda məcburi köçkünə gün verirlər, işıq vermirlər... - ŞİKAYƏT VAR
Tarix: 22-10-2015, 12:19 | Çap et
 Laçın rayonundan köçkün düşmüş, hazırda Şamaxı şəhərində yaşayan Məhəbbət İsmayılov redaksiyamıza müraciət edərək başına gələnlər barədə danışır. O bildirir ki, İsmayıllı ərazisində bir az yer götürüb istirahət yeri tikib və bununla bağlı bütün zəruri sənədləri toplayıb. Fəaliyyət üçün Ekologiya və təbii sərvətlər nazirliyindən müvafiq icazə də aldığını bildirən M.İsmayılov cumhuriyyet.az-a bildirirb ki, İsmayıllı meşə təsərrüfatı və bərpası müəssisəsinin müdiri İlqar Qəribov dəfələrlə onun obyektimə gəlib külli miqdarda rüşvət istəyib: “Mən pulumun olmadığını bildirdikdə o məni hədələyir, obyektimin işləməyinə imkan verməyəcəyi ilə hədə-qorxu gəlirdi. İlqar Qəribov məndən 5000 min azn pul istəyirdi. Mən onunla birtəhər 3000 min manata razılaşdım və ona birinci dəfə 2500 manat, ikinci dəfə 200 manat pul verdim. Bu minvalla aramızda 300 manatın söhbəti qaldı. rrr Aradan bir neçə gün keçdikdən sonra İlqar Qəribov mənə zəng edərək yerdə qalan məbləği tələb etdi. Mən ona bildirdim ki, hazırda işlərimiz zəifləyib, bir az səbrli ol, 300 manat böyük məbləğ deyil, təşkil edib verəcəyəm. O, məni təhqir etdi və hədələdi ki, ya pulu göndər, ya da ki, səni məhkəməyə verib obyektini sökdürəcəyəm. Aramızda olan telefon söhbətindən bir neçə gün sonra o mənə yenidən zəng edib işinin olduğunu bildirərək məni idarəyə çağırdı. Mən meşə idarəsinə getdim. İlqar Qəribov kabinetində mənə dedi ki, yenidən mən ona 3500 manat pul verməliyəm. Əgər verməsən, səni məhkəmələr yolunda çürüdəcəyəm. Mən əlacsız qalıb baş prokurorluq yanında korrupsiya idarəsinə müraciət elədim. Hazırda İlqar Qəribov korrupsiya idarəsi tərəfindən həbs olunub. İlqar Qəribovun adamları mənim obyektimə gələrək məni hədələyir, öldürəcəklərini bildirirlər. Onlar deyirlər ki, əgər sən ərizəni geri götürməsən, sənin vəziyyətin pis olacaq. Onlar obyektimi yandıracaqlarını, özümü də öldürəcəklərini deməklə məni təhdid edirlər. Dünən günün ikinci yarısında 5-nəfər idmançı görkəmində olan şəxslər obyektimə gəldilər. Onlardan bir nəfər obyektən xeyli aralıda avtomobildə əyləşmişdi, dörd nəfər isə obyektə gəlib məni hədələdilər. Onlar mənə deyirlər ki, sən heç bilirsən ki, İlqar müəllim kimdir, kimin adamıdır? Əgər sən şikayət ərizəni geri götürməsən, səni elə adamlar gəlib aparacaqlar ki, səni axtarsalar da tapmayacaqlar. Onlar çox təkid etdilər ki, mən də onlarla gedim, ancaq mən heç yerə getmədim. Artıq iki gündür ki, telefonuma gizli nömrələrdən zənglər gəlir. Onlar açıq şəkildə bildirirlər ki, İlqar müəllim içəridə, sən çöldə qala bilməyəcəksən. Hələ bir çəkinmədən də qeyd edirlər ki, səndən pul alıbsa da əcəb edib alıb. Sən Laçından gəlib İsmayıllıda obyekt işlədirsənsə deyilən haqqı verməlisən. Mən qeyd etmək istəyirəm ki, mən Azərbaycan vətəndaşıyam, mövcud qanunlar heç kəsə icazə vermir ki, hansısa məmur kimisə istismar etsin, ondan qeyri-qanuni olaraq nə isə tələb etsin. Cənab prezident keçirdiyi müşavirələrin birində qeyd etdi ki, məmurlar sahibkarlıqla məşğul olan şəxsləri incitməsinlər, onlardan haqq tələb etməsinlər. Cənab prezident eyni zamanda qeyd etdi ki, rüşvətlə, korrupsiya ilə bağlı vətəndaşlar da ona imkan daxilində informasiya sızdırsınlar. Yəni cənab prezident ictimaiyyətdən, hər bir vətəndaşdan fəal olmağı istədi. Buna görə mən daxili işlər nazirinə, baş prokurora müraciət edirəm ki, həm mənim təhlükəsizliyimi təmin etsinlər, həm də mənə maddi-mənəvi ziyan vurmuş məmur İlqar Qəribovu məsuliyyətə cəlb etsinlər”. Cumhuriyyət. az-ın əldə etdiyi məlumata görə hazırda İlqar Qəribov korrupsiya idarəsində dindirildikdən sonra sərbəst buraxılıb. Mənbə qeyd edir ki, ondan külli miqdarda rüşvət alınaraq sərbəst buraxılıb. İlqar Qəribova tapşırılıb ki, elə etsin ki, qarşı tərəf şikayətindən imtinaya qərar versin. Buna görə də şikayətçiyə təzyiq göstərilir. İlqar Qəribov uzun illərdir ki, İsmayıllı meşə mühafizəsi və bərpası müəssisəsinin müdiridir. Hzırda onun olduqca güclü oliqarx olduğu bildirilir. Onun Qəbələ, Oğuz, İsmayıllı rayonlarında parket sexləri, daş sexləri və sairləri var. Onun Türkiyənin İstanbul şəhərində dəyəri milyonlarla ölçülən villasının olduğu qeyd edilir. Məsələni diqqətdə saxlayacayıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Bu gün, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Bu gün, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Bu gün, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
|