Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Səlim Müslümovun bu ailədən xəbəri yoxdurmu? - Astara sakininin həyat dramı - В«İşıqpulunu bir ay verirəm, bir ay yoxВ»
Tarix: 5-12-2014, 14:50 | Çap et
Səlim Müslümovun bu ailədən xəbəri yoxdurmu? - Astara sakininin həyat dramı
Dərddə gələndə batmanla gəlir. Bu atalar məsəlini elə bil ki, Astara rayonun Ərçivan qəsəbəsində yaşayan İmaməliyevlər ailəsi haqqında deyiblər. Ailənin 7 üzvündən biri, 16 yaşlı Məhəmməd ikinci qrup əlildir. Valideynlərinin dediklərinə görə, onun 1 yaşında olarkən iki ayağı da tutulub. O vaxtdan bəri evdən bayıra çıxmır. İki ildir ki, müalicə də ala bilmir. Səbəb isə kasıbçılıqdır . Anası Gülarə İmaməliyeva artıq maddi imkanların tükəndiyini bildirir:

В«BİRİ MƏNƏ YARDIM DURSUN Kİ, UŞAĞIMI MÜALİCƏ EDİMВ»

В«İmkanım yoxdur, biri mənə yardım dursun ki, uşağımı müalicə edim. Ailənin 7 üzvü var, çatdırmaq olmur. Mənə uşağımın yeriməsini istəyirəm. Həkimə göstərmək , müalicə etmək lazımdır. Mümkünümüz yoxdurВ».

Səlim Müslümovun bu ailədən xəbəri yoxdurmu? - Astara sakininin həyat dramı

Ana deyir ki, bir neçə il bundan əvvəl xəstə oğlunu Bakıya aparıb. Orda ona deyiblər ki, müalicə olunsa, ayağı açılar. Bunun üçünsə, az da olsa, xərc lazımdır:

В«HƏKİM DEYİR Kİ...В»

В«Heç kim mənə indiyə kimi köməklik etməyib. Öz zəhmətimlə aparmışam, indi imkanım yoxdur. Bəzi yerlərdə müalicə var. Rəştdə var, Ərdəbildə var. Türkiyədə yaxşı müalicələr gedir. O vaxtı aparırdım 300-400 dollar pulum çıxdı. İndi bilmirəm nə qədər çıxar? Həkim deyir ki, müalicə edildikdən sonra əməliyyat da mümkündürВ».

Ana deyir ki, evində yalnız bir nəfər həyat yoldaşı işləyir, fəhləliklə məşğuldur. Çox vaxtı da iş olmur. Ərinin əldə etdiyi cüzi qazanc çörəyə güclə çatdır:

В«HEÇ UŞAQ ÜÇÜN YARDIM VERİLMİRВ»

В«Nə pensiya alıram, nə sosial yardım. Bir dənə yoldaşımdır, orda-burda işləyir, bizi saxlayır. Heç uşaq üçün yardım verilmir. İndiyə kimi yardım almamışamВ».

Səlim Müslümovun bu ailədən xəbəri yoxdurmu? - Astara sakininin həyat dramı
Adil İmaməliyev
Ata Adil İmaməliyev isə deyir ki, uşağının hərəkət etməsi üçün kustar qaydada dəmirdən dayaq düzəldib:

AİLƏNİN ƏLİL ARABASI ALMAĞA İMKANI YOXDUR...

В«Bir dəfə əlil arabası almışam. Onun o vaxtı 6-7 yaşı var idi, indi 15 yaşı var. Özüm bir şey düzəltmişəm həyətdə hərəkət edir, yeriyir. Ondan sonra heç nə yoxdur. Deyirlər əl arabasını bir dəfə verirlər. Mən də müraciət eləmədim. İmkanım yoxdur, imkanım olsaydı, alardım. İmkanım olsaydı, müalicəyə aparardım. Müalicəyə apara bilmirəmВ».

15 yaşlı Məmməd İmaməliyev isə deyir ki, çölə-bayıra çıxa bilmədiyi üçün dostları da yoxdur. Uşağın sözlərinə görə, müəllim evdə ona dərs keçir. Onuncu sinifdə oxuyur, pis də oxumur. Həkim olmaq istəyir. Ən böyük arzusu müalicə alıb ayağa durmaqdır:

YERİMƏK VƏ HƏKİM OLMAQ İSTƏYİR...

В«Birinci istəyim yerimək və həkim olmaqdır. Adam bu vəziyyətdə olanda, dostu ola bilməz. Evdə əyləşirəm, daim evdəyəm. Həyətdə gəzirəmВ».

İmaməliyevlərin yaşadığı ev soyuqdur. Nə işıq yanır, nə də təbii qaz. Gülnarə İmaməliyeva deyir ki, pul ödəməyə imkanları yoxdur.

AİLƏ MADDİ İMKANSIZLIQDAN İŞIQSIZ VƏ QAZSIZ QALIR...

В«O birisi ay keçib, mən qaz pulu verməmişəm. İmkanım yoxdur. O pensiya alır, onun pensiyası ilə dolanıram. Heç iş də olmur. Ayda iki, üçiş olur onunla dolanıram. Yoxdur. Vəziyyətim pisdir. Mən utanıram, heç nə yandırmaq istəmirəm. Ona görə ki, yazır, onu verə bilmirəm. İmkanım olsaydı, yandırardım. Yoxdur imkan. 60 manatı mən haradan gətirim verim? Mən onu yandırdım, verə bilmədim, gəlirlər kəsirlər. İstəyirsən xəstə uşaq olsun, istəyirsən öl. Deyirəm xəstə uşağım var. Deyir kəsməliyəm. İşıqpulunu bir ay verirəm, bir ay yox. Olur 10 manat. Mühərriki çıxartmışam. Ancaq qaz məndə çox yazır. Yandırsam, pulunu verə bilmərəmВ».

Səlim Müslümovun bu ailədən xəbəri yoxdurmu? - Astara sakininin həyat dramı
В«İşıqpulunu bir ay verirəm, bir ay yoxВ»
İmaməliyevlərin qonşusu Vaqif Əhmədoğlu deyir ki, qəsəbədə belə əlillər çoxdur. Onlara dövlət qayğısı vacibdir:

В«BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜNDƏ BU AİLƏYƏ YARDIM EDİLMƏYİBВ»

В«Məhəmməd adlı uşağın yanına gəlmişik, bir neçə dəfə olmuşam yanında. Cüzi miqdarda köməklik göstərsələr, onun yerimək ehtimalı çoxdur. Belə xəstələr Ərçivan kəndində çoxdur. Dövlət və ya başqa bir təşkilat yardım eləsə, əminəm ki, yeriyə biləcək. Belə uşaqları dövlət özü axtarıb tapmalıdır. Məhəmməd kimilər bu kənddə, bu rayonda yüzlərlədir. Maraqlı budur ki, beynəlxalq əlillər günündə bu ailəyə, azca da olsa, yardım edilməyibВ».

Məhəmməd İmaməliyev əlilliyə görə dövlətdən ayda 60 manat təqaüd alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astara şöbəsinin müdir əvəzi Gültəkin Əliyeva deyir ki, rayonda 2205 nəfər sosial pensiya alır. Onlardan 1056 nəfər əlildir. Bunlarında 47 nəfəri 18 yaşına çatmamış əlillərdir. Gültəkin Əliyevanın sözlərinə görə, 18 yaşına çatmamış əlillərin ailəsində 5 nəfərdən çox üzvü varsa, onlara 30 manat yardım edilir. Məmmədəliyevlərin ailəsi isə bildirir ki, bu yardımı almırlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru