Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Haqqı tapdanan vətəndaş son ümid yeri kimi prezidentdən kömək istədi - Xaləddin İsgəndərov bu özbaşınalığı görmürmü?
Tarix: 23-10-2014, 14:47 | Çap et
Haqqı tapdanan vətəndaş son ümid yeri kimi prezidentdən kömək istədi
Qafqaz Xəbər Agentliyi 16 oktyabr tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayan Əli Mahmud oğlu Əkbərovun redaksiyamıza müraciətini dərc eləmişdi.IMG 20140920 WA0000 resized 475x26611 Zərərçəkən ölkə başçısından kömək istəyir

Qısa xatırlatma üçün bildirək ki, Əli Əkbərovun divar qonşusu, Bakı ŞİH-nin maliyyə idarəsinin rəisi Elçin Rəhim oğlu Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini, eyni zamanda qonşuluq münasibətlərini kobud şəkildə pozaraq qonşusuna məxsus yaşayış evindən 1 metr məsafədə 7 mərtəbəli qeyri-yaşayış sahə inşa etdirmişdir. Bu isə Əli Əkbərov və ailəsi üçün ciddi problemlər yaradır.
Sözün düzü, Əli Əkbərovun müraciətini araşdırarkən maraqlı faktlarla rastlaşdıq.

Birincisi, dövlət paytaxtının maliyyə işlərinə rəhbərlik edən yüksək vəzifəli bir şəxsin qanunları, qaydaları belə kobud şəkildə pozması, eyni zamanda uzun illər qonşu olduğu insanlara qarşı belə sayqısızlıq etməsi bizi xeyli düşündürdü. Bu şəxs kimə arxayındır ki, belə hərəkətlərə yol verir? Digər tərəfdən bizneslə məşğul olması qanunla qadağan olan məmurda bu qədər pul haradandır?

Bu sualları araşdırmaq bizə xeyli maraqlı materiallar verdi.Hesen Mirzeyev Zərərçəkən ölkə başçısından kömək istəyir

Məlum oldu ki, Elçin Əliyev məşhur “91-lər”in nümayəndəsi, Milli Məclisin keçmiş üzvü Həsən Mirzəyevin kürəkənidir. Çox gözəl. Bizim “91-lər”ə də, Həsən müəllimə də hörmətimiz var. Ancaq Həsən Mirzəyevin kürəkəni olmaq ölkə qanunlarını ayaq altına atmağa əsas vermir. Elçin Əliyev həm də nəzərə almalıdır ki, ayağı altına atdığı qanunların qəbul olunmasına qaynatası Həsən Mirzəyev əli ilə səs verib. Heç olmasa bunu nəzərə alsın.
Görünür, vəzifə sahibləri ilə qohum olmaq Elçin Əliyevdə eyforiya yaradıb və hesab edir ki, bu qohumluq münasibətləri onun üçün təminatdır.
Elçin Əliyev İPOTEKA Fondunun icraçı direktoru Fəxri Kazımovla da qohum-qudadır. Olsun. Ancaq yüksək vəzifəli qohumların sayının artması əsas vermir ki, qonşunun hüquqlarını tapdalayasan.faxri kerimov Zərərçəkən ölkə başçısından kömək istəyir

Eyni zamanda onu da qeyd edək ki, biz dəfələrlə İPOTEKA Fondunun fəaliyyətindəki neqativ hallara toxunmuşuq. Hələki birini qeyd eləsək yetər. Fondun direktoru Fəxri müəllim tikilən binanı, yaxud mülkü özünə yaxın olan şəxsin adına alır və sonra həmin şəxs aldığı əmlakı Fəxri müəllimin fonduna 3-4 dəfə baha qiymətə satır. Beləliklə fondun direktoru ortada milyonlara sahib çıxır. Yəni qudalar dövlətin onlara göstərdiyi etimadı belə “doğruldurlar”.
Bir sözlə, Elçin Əliyev nə tutduğu vəzifəyə, nə də qohum olduğu şəxslərin adına yaraşan əməllərlə məşğul olur.

Sonda onu da qeyd edək ki, zərərçəkən Əli Əkbərov Binəqədi RİH-ə, Bakı ŞİH-ə və digər dövlət qurumlarına müraciətinin heç bir fayda vermədiyini görüb Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Zərərçəkən eyni zamanda onun hüquqlarının qorunması üçün saytımız vasitəsilə ölkə başçısından kömək istəyir.

Möhtərəm Prezident!

Məlumat üçün bildirirəm ki, uzun illərdir ki, mən ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayıram. Mənim evimə yaxın məsafədə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında isə Əliyev Elçin Rəhim oğlu yaşayırdı. Lakin 2014-cü ildə Əliyev Elçin Rəhim oğlu həmin evi sökdürərək yerində qanunsuz olaraq qeyri-yaşayış binasının inşasına başlamışdır. Xeyli müddətdir ki, həmin tikilinin inşası davam edir və tikilinin inşası zamanı biləvasitə mənim mülkiyyət hüququm və eyni zamanda qonşuluq hüququm pozulur.
Belə ki, Əliyev Elçin Rəhim oğlu həmin qeyri-yaşayış binasını Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini pozmaqla mülkiyyət hüququ üzrə mənə məxsus fərdi yaşayış evinə 1 metr ara məsafədə inşa etdirir. O mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına, həmçinin digər qanunvericlik aktlarına riayət etmədən, tikinti normaları və qaydalarına əməl etmədən qanunsuz olaraq həmin binanın tikintisinə başlamış və hazırda inşasını davam etdirir. Dəfələrlə bu barədə onunla söhbət aparmışam, gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsi üçün qonşuluq prinsipinə uyğun bu məsələnin könüllü şəkildə həll olunmasını ona təklif etmişəm. İlk söhbətimizdən sonra mülkiyyətimdə olan evi satın almaq qərarına gəlmiş, lakin sonradan evi daha ucuz qiymətə məndən almaq üçün aramızda olan razılığı pozmuşdur. Elçin Əliyev elə hesab edirdi ki, inşa etdirdiyi qeyri-yaşayış binası evimə bitişik vəziyyətdə olduğundan evimi ona ucuz qiymətə satmaq məcburiyyətində qalacam. Bu səbəbdən də o aramızda baş tutmuş razılığı məqsədli şəkildə sonradan pozmuşdur.

Cənab Prezident !

Əliyev Elçin Rəhim oğlu Bakı Şəhər İcra Hakimiyyətində Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışır və tikintinin təyinatını nəzərə alsaq həmin qeyri-yaşayış binasını gələcəkdə qazanc əldə etmək məqsədi ilə inşa etdirir. Həmin binanın evimə baxan hissəsində 40 sayda pəncərə vardır. O qazanc əldə etmək məqsədi ilə inşa etdirdiyi binanı istifadəyə verdiyi andan öz mülkiyyətimdən istifadə etmək hüququm tam məhdudlaşdırılacaq. Bununla bərabər həmin binanın yerləşdiyi ərazidə çoxlu sayda eyni layihə əsasında inşa edilmiş fərdi yaşayış evləri mövcuddur. Həmin evlərin cərgəsində yerləşən bu bina ərazinin memarlıq üslubuna uyğunluğunu tamamilə pozur. Bundan başqa qeyri-yaşayış binasını gələcəkdə təbiİ qaz təchizatı ilə təmin edəcək xətlər yer altı aparılmışdır. Bu da bir başa real təhlükənin baş verməsinə səbəb ola biləcək əsas amillərdən biridir. Digər tərəfdən həmin qeyri-yaşayış binasının su təchizatını təmin edəcək su anbarı Nəsimi metro stansiyasının üst hissəsində tikilmiş, həmçinin həmin bina Bakı şəhəri kanalizasiya kollektorunun üstündə inşa olunmuşdur. Bu da sözsüz ki, öz-özlüyündə təhlükəli amillərdən biri hesab olunur.

Bununla bərabər qeyri-yaşayış binasının evimə yaxın məsafədə tikilməsi təhlükəsizlik baxımından qanuna tam ziddir. Çünki istər yaşayış, istərsə də qeyri-yaşayış binalarında hər an yangın təhlükəsinin baş verməsi qaçılmazdır. Lakin həmin bina ilə evimin ara məsafəsi baş verə biləcək yangın təhlükəsinin qarşısını almaq üçün yanğın söndürən maşınların girişi və hərəkəti üçün tam əlverişsizdir. Belə olan halda gələcəkdə yanğın təhlükəsi baş verə biləcəyi zamanı həmin təhlükənin qarşısının alınması üçün müəyyən şəraitin mövcud olmaması real təhlükənin baş verməsinə yol açır. Bundan başqa qeyri-yaşayış binası evimə düşən günəş şüasının qarşısını alır və bu da gələcəkdə evimin rütubətli olmasına gətirib çıxara bilər. Sözsüz ki, rütubətli evdə yaşamaq insan sağlamlığına ciddi ziyandır. Lakin göründüyü kimi bu vəziyyət və eyni zamanda gələckdə yarana biləcək hər hansı bir xoşagəlməz hadisə qətiyyən Elçin Əliyevi maraqlandırmır. Onu yalnız gələcəkdə qeyri-yaşayış binasından əldə edəcəyi gəlir düşündürür. Bütün bu qeyd olunanlara baxmayaraq bir Azərbaycan vətəndaşı kimi ümidim Sizədir.

Cənab Prezident!

Qeyd etdiklərimi nəzərə alraq Əliyev Elçin Rəhim oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında qanunsuz inşa edilən qeyri-yaşayış binasının inşasının dayandırılması və eyni zamanda mövcud tikilinin sökülməsi barədə aidiyyəti qrumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru