“Özündən o qədər razıdır ki… Deyir, mən “nömrə 1” aparıcıyam”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Bəsti Bəkirova “Öz aramızda” verilişində qonaq olarkən deyib.
Aparıcıları hədəfə alan sənətçi, onların peşəkarlıq səviyyəsini sərt tənqid atəşinə tutub:
“Bu gün əksər aparıcıların mükəmməl danışığı, düzgün tələffüzü və diksiyası yoxdur. Halbuki bir aparıcı olaraq sənin mükəmməl danışmamağa ixtiyarın yoxdur. Amma buna rəğmən, bəziləri özündən o qədər razıdır ki… Deyir, mən “nömrə 1” aparıcıyam, verilişimin reytinqi ən yüksəkdir.
Bəli, ola bilər sənin verilişinin reytinqi yüksək olsun. Necə ki, bəzi müğənnilərin milyonluq baxış sayı var. Bu fakt sadəcə onu sübut edir ki, cəmiyyətdə səviyyəsizlər daha çoxdur, səviyyəli insanlar isə azlıq təşkil edir”.









