Tovuz rayonunda qazi Samir Məmmədovla bağlı yayılan iddialarla aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "DİA-AZ"a bildirilib ki, onun barəsində cinayət işi araşdırmalarla zərərçəkmiş şəxsin müraciəti və toplanmış sübutlar əsasında başlanılıb.
İstintaqla S.Məmmədov həmkəndlisi Etibar Qasımovu heyvan oğurluğu bağlı yaranmış mübahisə zəminində döyərək sağlamlığına zərər vurub və bu fakt məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiqlənib. Əməldə şübhəli bilinən digər şəxsin ifadəsi və videogörüntü əsasında S.Məmmədovun oğurluqla bağlı verdiyi məlumatın həqiqəti əks etdirmədiyi, qarşı tərəfə qarşı irəli sürdüyü iddiaların əsassız olduğu müəyyən edilib.
Təqsirləndirilən şəxs istintaqdan yayınmağa cəhd göstərdiyinə görə barəsində axtarış elan olunub, sonradan müalicə aldığı tibb müəssisəsində ona yenidən ittiham elan edilərək qanunvericiliyə uyğun prosessual tədbirlər görülüb.
Cinayət işi əlaqədar yayılan iddialar həqiqəti əks etdirmir, hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.










