"Dünən Michael filmini ScreenX zalında izlədik. Son səhnələrdə elə hiss yaranırdı ki, sanki Michael Jackson-un konsertinə canlı baxırıq. Çox bəyəndim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bir tərəfdən sevinirəm ki, belə bir sənətkarla eyni dövrdə yaşamışıq, onun mahnılarını dinləyərək bu yaşa gəlib çatmışıq. Bir tərəfdən də kədərlənirəm ki, onun kimisi bir də bu dünyaya gəlməyəcək.
İndi dünya trendində, xüsusilə də Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda isə istər-istəməz heyfsilənirəm. Hardan hara gəldik…"










