Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                 

"Məqsəd bölgəyə uzunmüddətli sabitlik və sülhün gətirilməsidir" - deputat
Tarix: 17-04-2026, 06:59 | Çap et

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. 

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib. 

Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb. Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin başlanmasını sülh prosesinin iqtisadi təməli kimi qiymətləndirmək olarmı? 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, iqtisadi münasibətlər təbii ki, siyasi münasibətlərin əsasını təşkil edir. 

Onun sözlərinə görə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə yekun sülh müqaviləsinin imzalanması perspektivləri açılır: 

“Məlumdur ki, 44 günlük İkinci Qarabağ savaşından sonra Azərbaycan Ermənistana yönəlik sülh təklifi ilə çıxış etdi. Həmin dövrdən etibarən bu siyasət tərəfimizdən ardıcıl şəkildə davam etdirilir. 

Təəssüflər olsun ki, uzun müddət ərzində Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Amma 8 avqust tarixində Vaşinqtonda imzalanmış çərçivə sülh razılaşmasından sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə yekun sülh müqaviləsinin imzalanması perspektivləri açılıb. 

Qeyd etdiyim kimi, Azərbaycan hələ 2020-ci ilin sonlarından etibarən sülh təşəbbüsləri ilə çıxış edib və bu istiqamətdə ardıcıl addımlar atmaqdadır. Ermənistan tərəfinə bir sıra jestlər də olunub. 

Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstanda səfərdə olarkən elə oradan verdiyi bəyanatda Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzitinə razılıq verildiyini bildirdi. 

30 il ərzində, torpaqların işğal altında olduğu müddətdə Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin keçirilməsi ilə bağlı bir məhdudiyyət qoyulmuşdu. Bu, qüvvədə olan məhdudiyyətin aradan qaldırılması demək idi və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana yönəlik bir jest idi. 

Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da göndərldi və tərəflər arasında müəyyən ticarət dövriyyəsi formalaşmağa başladı. Məlumdur ki, iqtisadi münasibətlər siyasi əlaqələrin əsasını təşkil edir. Bu baxımdan, Azərbaycan atdığı addımlarla bir daha göstərir ki, regionda hərtərəfli münasibətlərin qurulmasında maraqlıdır”. 

Deputat vurğulayıb ki, Azərbaycanın region ölkələri ilə siyasətinin əsas prioriteti dayanıqlı sülh və sabitlik şəraitində birgə yaşayışın təmin olunmasıdır: 

“Biz bütövlükdə əsas siyasətimizi region ölkələri ilə dayanıqlı, sabit və sülh şəraitində birgə yaşamağa yönəltmişik. 

Məqsəd bölgəyə uzunmüddətli sabitlik və sülhün gətirilməsidir. Bu istiqamətdə fəaliyyət və siyasət, o cümlədən Ermənistanla münasibətlər kontekstində, davam etdirilir. Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və bu öhdəliklər mütləq şəkildə yerinə yetirilməlidir. 

Azərbaycana qarşı ərazi iddiaları, konstitusion müddəalar aradan qaldırılmalı, delimitasiya və demarkasiya prosesi normal məcrada başa çatdırılmalıdır. Bundan əlavə, Ermənistanın yerinə yetirməli olduğu bir sıra digər tələblər də mövcuddur. 

Təbii ki, Azərbaycan bu şərtlər müqabilində Ermənistanla normal sülhə nail olmağın tərəfdarıdır. Bu kontekstdə iqtisadi münasibətlərin də inkişafı vacibdir”. Arzuxan Əlizadə qeyd edib ki, gələcəkdə problemlər aradan qaldırılacağı təqdirdə təbii ki, Azərbaycan–Ermənistan sərhədinin açılması da gözlənilir: 

“Bizim təklif etdiyimiz layihələr çərçivəsində, o cümlədən Zəngəzur dəhlizinin adından asılı olmayaraq, müvafiq tranzit layihələrinin həyata keçirilməsi Ermənistanı da tranzit ölkəyə çevirə bilər. Azərbaycan Naxçıvanla Ermənistan ərazisindən keçməklə böyük bir layihənin reallaşdırılmasını hədəfləyir və burada Ermənistanın da çox böyük iqtisadi maraqları olacaq. 

İqtisadi münasibətlərin inkişafı və logistik imkanların açılması Azərbaycan ilə Ermənistan arasında sülhün və normal qonşuluq münasibətlərinin formalaşmasının əsas elementlərindəndir. 

Bu kontekstdə birmənalı olaraq ticari-iqtisadi münasibətlərin və logistik əlaqələrin qurulması bölgədə dayanıqlı sülhə aparan yoldur və iki ölkə arasında münasibətlərin sülh çərçivəsində inkişafı üçün əhəmiyyətli addımlardan biridir”. 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru