Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                 

Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
Tarix: 16-04-2026, 12:30 | Çap et

Bir neçə gün əvvəl mediada Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi açıqlanıb. Onun sözlərinə görə, ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb.

Vüqar Gülməmmədov deyib ki, “Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır.”

Qeyd edək ki, dövlət satınalmalarında htimal olunan qiymətdən 20 faiz aşağı bağlanan müqavilələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli səhiyyə müəssisələrində daha çox rast gəlinir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilmiş satınalmada olduğu kimi.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən mətbəə mallarının satınalınması üzrə 09.12.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “RUMPEL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 12.765 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən nəzərdə tutulmuş mətbəə mallarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 33.829,18 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “RUMPEL” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “RUMPEL” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bundan əlavə Elmi-Tədqiqat Pediatriya İnstitutu bir mənbədən satınalma metodu tətbiq etməklə ultrasəs aparatı üçün 2 (iki) ədəd ötürücünün satınalınması üzrə10.03.2026-ci ildə “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 25.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, “Arash Medical Company” QSC ilə bağlanmış bu müqavilədə də qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Belə ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-ni bir sıra kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “Arash Medical Company” QSC arasında bağlanılmış satınalma müqavilələrində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadır. O, sözügedən vəzifəyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icra direktoru Vüar Qurbanovun əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Hesablama Palatasının elə Aynur Poluxovanın Pediatriya İnstitutuna rəhbərliyi dövrü araşdırsa yuxarıdakı qanun pozuntularına oxşar çox nöqsanlar aşkarlaya bilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru