“Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli üçün çərçivə sazişi hazırlanır”.
Tribunainfo.az xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiqi deyib.
O bildirib ki, İran prezidentinin Azərbaycana səfərindən sonra bank maneələrinin aradan qaldırılması, Təbriz-Bakı ilə Tehran-Bakı və əks istiqamətdə birbaşa uçuşların artırılması sahəsində mühüm açılışlar əldə olunub. “Bbu da iki ölkə arasında kommunikasiyaların asanlaşdırılmasında fundamental rol oynayır”.
Nazir onu da ddeyib ki, əldə edilən anlaşmalara əsasən, gələn ay ərzində nəqliyyat və gömrük problemlərini araşdırmaq üçün birgə işçi qrupu yaradılacaq və onun nəticələri üçtərəfli görüşdə birləşdiriləcək.
Sadiqi sonda Naxçıvanla-Zəngilanı birləşdirəcək yeni yolla bağlı da danışıb. O bəyan edib ki, Kəlalə-Ağbənd sərhəd körpüsü və terminalı Novruz bayramına qədər istismara hazır olacaq.