İşçiləri zeytun yığımına 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Oktay Həmzəyev başçılıq edir
Bakının Pirallahı rayonunda 2 saylı DOST Mərkəzindən Komunnal Təsərrüfat Sahəsinə ayrılan işçilərin tez-tez zeytun yığımına aparıldığı bildirilir.
Bu barədə azfakt.com-a daxil olan məlumata görə zeytun yığımına 153 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Oktay Həmzəyev başçılıq edir. MİS rəisi işçilərə zeytunun icra başçısı Vasif İmanov və digər vəzifəliilər üçün yığıldığını bildirir. Yığılan zeytun meyvələri paytaxtın başqa bir rayonuna aparılaraq yağ çəkilir.
İşçilər şikayət edirlər ki, Oktay Həmzəyev yağışa-küləyə baxmır və ən pis hava şəraitində belə onları zeytun yığımına məcbur aparır.
Bildirək ki, Vasif İmanov sabiq SOCAR prezidenti Rövnəq Adullayevin kadrı kimi tanınır və 2013-cü ildən Pirallahı rayon icra başçısı vəzifəsini tutur.